Ana səhifə

Ölümdən hər kəs qorxmalıdırmı ?


YazdırSend to friend
Sual Detayı: 
Insanlarin coxu yeni ibadet ehli olmayan olumden qorxur olmden her kes qoexmalidi?
Cavab: 

Və aleykumussalam və rahmətullah.

İnsanlar adətən bu səbəblərdən dolayı ölümdən qorxar:

1. Ölümün birbaşa özünün çətin və ağrı verən bir hadisə olduğunu düşünmələrindən.

2. Ölümlə birlikdə sahib olunan maddi və mənəvi dəyərləri itirəcək olmalarından.

3. Ölüm sonrasında başına gələcək şeyləri tam olaraq bilməmələrindən və ya pis şeylər gələcəyini təxmin etmələrindən.

Axirət qayğısına bağlı olaraq bir az qorxu faydalı olar. Amma bunun vəsvəsə şəklində yuxuları qaçıracaq tərzdə olması, insanı ümidsizliyə sövq edəbilər. Ümidsizlik isə caiz olmaz.

Bu kimi şeylər Allah'ın əmrinə və hikmətinə görə həyata keçər. Onun hikmətinə və rəhmətinə etimad etməli və əcəlin bir olub dəyişməyəcəyini düşünməli, amma davamlı da hazırlıqlı olmağa çalışaraq qorxu və ümid arasında olmalıdır.

Bədiüzzaman bu mövzuda belə demişdir:

"İman həm nurdur, həm qüvvətdir. Bəli, həqiqi imanı əldə edən adam, kainata meydan oxuya bilər və imanın qüvvətinə görə hadisələrin tazyikatından (hadisələrin çətinliyindən) qurtula bilər." (Risale-i Nur Külliyyatı, İyirmi Üçüncü Söz)

İman və Allah'a qulluq, hər cür yaxşılığın qaynağı olduğu kimi, cəsarətin də qaynağıdır. Hər cür pislik, küfr və dəlalətdən gəldiyi kimi, qorxaqlıq da eyni qaynaqdan çıxmaqdadır. Möminlərin cəsarəti, kafirlərin qorxaqlığı, xüsusilə savaşlarda çox açıq bir şəkildə görülməkdədir. Mömini cəsur edən, təməldə bu iki əsasdır.

a. "Onların əcəlləri gəldiyində, bir an geri qalmazlar, önə də keçməzlər" ayəsinin bildirdiyi "Əcəl birdir, dəyişməz." həqiqəti. (Əraf, 7/34; Yunus, 10/49; Nəhl, 16/61) Döyüşdə ön cəbhədə olanla, arxa cəbhədəki, ölümə eyni uzaqlıqdadır. Hətta cəbhədə olanla, evində istirahət edən arasında, ölümə uzaqlıq-yaxınlıq fərqi yoxdur. Necə insanlar vardır ki, bir çox savaşda iştirak edər, amm yatağında vəfat edər. Elələri də vardır, ilk dəfə döyüşdə həyatını itirər.

Xalid b. Vəlid`in həyatı, buna gözəl bir nümunədir. Yatağında ömrünün son dəqiqələrini keçirərkən, ətrafındakılara belə deyir:

"Bu qədər döyüşə qatıldım. Bədənimdə ok-nizə yarası və ya bir zərbə izi olmayan heç bir üzvün yox. Amma gördüyünüz kimi, yatağımda vəfat edirəm. Qorxaqların qulaqları cingildəsin!"

b. Mömin üçün, döyüşdə iki gözəldən biri vardır (Tövbə, 9/52): Ya şəhidlik, ya zəfər. "Ölsəm şəhidim, qalsam qazi! .." deyən bir mömin, belə gözləntiləri olmayan bir kafirdən, əlbəttə daha cəsur olacaq.

Nur Külliyyatında imanın bir intisab (mənsub olmaq, bağlanmaq) olduğu dərs verilir. "Sultan-ı Əzəliyə (Əzəli Sultana) iman ilə intisap edən və ubudiyyətlə xidmətinə girən bir mömin" cəsarətin ən böyük qaynağına çatmış deməkdir.

"İman həm nurdur, həm qüvvətdir. Bəli, həqiqi imanı əldə edən adam kainata meydan oxuya bilər. "

Ölüm yoxluq deyil. Daha gözəl bir aləmin qapısıdır. Necə ki, torpaq altına girən bir çəyirdək, görünüşdə ölür, çürüyür və yox olur. Lakin gerçəkdə daha gözəl bir həyata keçid edir. Çəyirdək həyatından ağaclıq həyatına keçir.

Eynilə bunun kimi, ölən bir insan da görünüşdə torpağa girir, çürüyür amma gerçəktə bərzəx və qəbir aləmində daha mükəmməl bir həyata qovuşur.

Bədən ilə ruh, lampa ilə elektrik kimidir. Lampa qırılınca elektrik yox olmur və var olmağa davam edir. Biz onu görməsək də inanırıq ki, elektrik hələ mövcuddur. Eynilə bunun kimi, insan ölməklə ruh bədəndən çıxır. Lakin var olmağa davam edir. Cənab-ı Allah Ruha münasib daha gözəl bir paltar geydirərək, qəbir aləmində həyatını davam etdirir.

Bu səbəblə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm,

"Qəbir ya Cənnət bağçalarından bir bağça, ya da Cəhənnəm çuxurlarından bir çuxurdur."

buyuraraq, qəbir həyatının varlığını və necə olacağını bizə xəbər verir.

İmanlı bir insan yaxşılaşmayan bir xəstəlikdən ölsə şəhiddir. Belə şəhidlərə mənəvi şəhid deyirik. Şəhidlər isə qəbir həyatında sərbəst gəzərlər. Özlərinin öldüyünü bilməzlər. Sanki yaşadıqlarını zənn edərlər. Yalnız daha mükəmməl bir həyat yaşadıqlarını bilirlər. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm), "Şəhid ölüm ağrısını hiss etməz." buyurur.

Qur'an-ı Kərim'də şəhidlərin ölmədiyi bildirilir. Yəni özlərinin öldüyünün fərqində deyildirlər. Məsələn iki adam düşünün. Yuxuda çox gözəl bir bağçada birlikdə olurlar. Biri yuxu olduğunu bilir. Digəri isə yuxu olduğunun fərqində deyil. Hansı daha mükəmməl ləzzət alar? Əlbəttə ki yuxu olduğunu bilməyən. Yuxu olduğunu bilən, indi oyansam bu ləzzət bitəcək deyə düşünər. Digəri isə tam və gerçək ləzzət alar.

Budur normal ölülər, öldüklərinin fərqində olduğu üçün ləzzətləri əskikdir. Halbuki şəhidlər öldüklərini bilmədiyindən aldıqları ləzzət tamdır.

İmanlı ölən və qəbir əzabı görməyən insanların ruhları sərbəst gəzər. Bu səbəblə bir çox yerə gedib gələ bilərlər. Bir anda çox yerdə ola bilərlər. Aramızda gəzmələri mümkündür. Hətta şəhidlərin əfəndisi Hz. Həmzə (Allah ondan razı olsun) bir çox insana kömək belə etmişdir, və hələ də kömək etdiyi insanlar vardır.

Ruhlar aləmindən ana qarınına gələn insanlar, oradan dünyaya doğularlar. Burada tanışıb görüşərlər. Eynilə bunun kimi bu dünyadakı insanlar da, ölüm ilə o biri tərəfə doğularlar və orada gəzərlər. Necə ki buradan o biri tərəfə gedəni yola salırıq. Qəbir tərəfindən də buradan gedənləri qarşılayanlar var. İnşallah bizləri də başda Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm.) olmaq üzrə, bütün sevdiklərimiz orada qarşılayarlar. Yetər ki bizlər Allaha gerçək qul olaq.

Yeni doğan uşağı burada qarşıladığımız kimi, buradan o biri tərəfə gedən bizləri də inşallah dostlarımız qarşılayacaq. Bunun şərti Allah'a iman, Ona və Peyğəmbərinə (s.ə.s.) tabe olmaq və iman ilə ölməkdir.

   Ölümü sevmək mi, ölümdən qorxmaq mı?

   Ölüm son deyil ...



04-07-2014 06:52:48

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz