Ana səhifə

Ölümdən sonra ruhun vəziyyəti haqqında ətraflı məlumat verərsiniz?


YazdırSend to friend
Sual Detayı: 
Ölümdən sonra ruhun vəziyyəti haqqında ətraflı məlumat verərsiniz? Adam öldüyünü nə vaxt anlar?
Cavab: 

Ölünün qəbiri torpaqla örtülüb düzləndiyi və insanlar dağılmağa başladıqları zaman, qəbrin yanında dayanıb belə deməyi səhabələr müstəhəb görərdilər: "Ey filan, Lə ilahə illəllah da." Bunu üç dəfə təkrar edər. Sonra yenə ölüyə xitab olaraq: "Ey filan, Rəbbim Allah, dinim islam, Peyğəmbərim Məhəmməddir (s.ə.s.) də" deyə təlqində olarlar.

 

Dəfindən sonra təlqin vermək qanunidir. Amma edilməsi qətiliklə əmr edilmiş bir iş deyil. Peyğəmbərimizin təlqin verdiyinə dair bir xəbərə rast gəlinməmişdir. Ancaq səhabələrdən və təbiindən yuxarıdakı rəvayətlər gəlmişdir.

 

Ölü ruhun cəsədindən ayrılmasından sonra öldüyünü anlamaqdadır. Necə ki hədislərdən də aydın olduğu kimi ruhun cəsəddən ayrılması ilə nemət və əzab başlamaqdadır. Ayrıca ölünün yalnız baş tərəfi deyil bütün vucudunun üstünə taxta, kərpic və ya qamışdan şeylərlə örtmək müstəhəbdir.

 

Ölüm mütləq yoxluq deyil, bir haldan bir başqa hala keçiş və bir evdən digər bir evə köçüşdür şübhəsiz. Bu köçüşün başlanğıcı, dünyada bir-birinə ən möhkəm bağlarla bağlı olan, bədənlə ruhun bir-birindən ayrılmalarıdır. Bu səbəblə ruhun bədəndən ayrılışı, çıxışı və bundan sonra əbədi istirahətgahı olan Cənnət ya da Cəhənnəmə çatana qədər olan səfəri və bu səfər əsnasında keçəcək olan hadisələr əhəmiyyətlidir.

 

Ruh bədəndən ayrılınca, yəni insan ölüncə artıq biz onun olduğu aləmdə davam etdirdiyi həyatı müşahidə edə bilmirik. Amma şəri naslarda xəbər verilmiş olan hər şeyə qəti olaraq inanırıq. Müşahidə və təcrübə sahəsindən uzaq olan, dünyadakı qatı cisimlərin idrakı üçün verilmiş olan duyğularımızla idrak edə bilmədiyimiz bu fizika sonrası aləmdə meydana gələn hadisələri və ölümdən etibarən insanların başına gələcək şeyləri ancaq nəqli dəlillərdən öyrənə bilərik. İnsanların bu əbədiyyət səfəri əsnasındakı halları, ayə və hədislərdə yetəri dərəcədə izah edilmişdir.

 

Qurani Kərimdə həm: "Sizdən birinizə ölüm gəldiyi vaxt, elçilərimiz (mələklərimiz) onun ruhunu alarlar." 1 buyurulmaqda, həm: . "Allah, nəfslərin ölümü zamanında canlarını alar." 2 buyurulmaqda, və həm də: "(Ey Rəsulum, onlara) de ki; sizin canınızı almağa vəkil olan ölüm mələyi (Əzrail) canınızı alacaq..." 3 buyurulmaqdadır. Buna görə, ölüm mələyi,. Allah Təala və Allahın ruhları almaqla vəzifələndirdiyi mələklər ruhu almaqdadırlar.

 

Ölüm mələyinin ruhları alışı, Allahın icazəsiylədir. Allahın icazəsi olmadan bir ağcaqanadın canını almağa belə güc çatdıra bilməz. 5 çünki mələklərin azad iradələri olmadığı kimi, əmr olunan işləri etmək üçün lazım olan qüdrəti də özlərinə Allah Təala verər. Onun əmri və icazəsi olmadan heç bir şeyə güc çatdıra bilməzlər.

 

Ölüm mələyinin köməkçiləri, rəhmət və əzab mələklərindəndir. Bir insan vəfat edəcəyi zaman ölüm mələyi ilə birlikdə rəhmət və əzab mələkləri də hazır olar. Bunların saylarının dörd, ya da üç rəhmət, üç də əzab olmaq üzrə altı olduğunu bildirən rəvayətlər vardır. 6

 

 

 

 

Haşiyələr:

 

1) Ən'am, 6/61.

 

2) Zumər, 39/42.

 

3) Səcdə, 32/11.

 

4) Eyni əsər, s. 25-26.

 

5) Baxın. Eyni əsər, s. 25.

 

 

Qaynaq: Süleyman Torpaq, Ölüm və Sonrası



29-12-2009 08:50:59

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz