Ana səhifə

Ölünün arxasından yemək ziyafəti vermək caizmi və qəbirləri bəzəmək doğrudur?


YazdırSend to friend
Sual Detayı: 
Ölünün arxasından yemək ziyafəti vermək caizmi və qəbirləri bəzəmək doğrudur?
Cavab: 

Adam vəfat edərkən qonşuların ölü evinə yemək gətirməsi sünnədir. Ancaq ölünün vəfatından sonra qohumlarının qonşulara yemək paylamasını ifadə edən bir hökm yoxdur. Bu bölgəyə aid bir adətdir.

 

Ölünün qırxıncı və əlli ikinci gecəsi ilə əlaqədar heç bir şey varid olmamışdır. Belə gecələr üçün xüsusi mərasim tərtib etmək doğru deyil. Meyit üçün dua etmək hər vaxt yaxşıdır. Bu və ya bu gecəyə təsis edilməz.

 

Edilən hər cür ibadətin savabı keçmişlərimizə hədiyyə edilə bilər. Bu səbəblə insanlara yemək yedirmək, şirin ikram etmək və bunun savabını da keçmişlərimizə hədiyyə etmək caizdir.

 

Ölünün qohumları və qonşularının ölü evinə yemək aparması müstəhəbdir. Çünki rəvayət edildiyinə görə "Cəfər b. Əbu Talib (r.ə.) öldürülüncə, Hz. Peyğəmbər (s.ə.v.) belə buyurdu: Cəfərin ailəsinə yemək aparın. Çünki başlarına bir müsibət gəlmişdir. (1)

 

Qonşular etdikləri yeməkləri ölü ailəsinə köməkdə olmaq və ürəklərini qazanmaq üçün göndərərlər. Çünki cənazə sahibləri müsibətlə, gələn gedənlərlə məşğul olarkən yemək bişirə bilməmiş ola bilərlər.

 

Bunun əksinə ölü evinin gələn gedənlərə yemək hazırlaması məkruhdur, bidətdir, əsli əsası yoxdur. Çünki belə etməklə ölü ailəsinin çətinlik və kədəri bir qat daha artırılmış olar, məşğuliyyətlərinə məşğuliyyət qatılmış və cahiliyyə dövrünün adətlərinə bənzədilmiş olar. Hələ ölünün varisləri arasında yetkinlik çağına girməyən uşaqlar varsa belə bir evdə yemək hazırlayıb qonaqlara və ziyarətçilərə təqdim etmək haramdır. Cərir b. Abdullah belə demişdir: "

 

Əgər yemək etməyə ehtiyac varsa caizdir. Çünki ölü evinə cənazə və başsağlığı üçün kəndlərdən və uzaq yerlərdən gələnlər olar, ölü evində gecələmələri lazım olsa o təqdirdə yemək bişirilib yedirilə bilər.

 

İslam Fiqhi Ensiklopediyası. Prof. Dr. Vehbe Zuhaylı



22-08-2010 02:56:34

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz