Ana səhifə

Örtünmənin, təsəttürün dünyadakı faydaları nələrdir?


YazdırSend to friend
Sual Detayı: 
Örtünmənin, təsəttürün dünyadakı faydaları nələrdir?
Cavab: 

Qurani Kərimdə qadınların örtünmələrini əmr edən ayələrin bir çox hikmətləri, dünyəvi və uxrəvî (axirət) ölçüləri, şəxsi və ictimai faydaları vardır.

İslama uyğun olaraq örtünmənin, dünya həyatı baxımından faydalarını, hikmətlərini və vacibliyini Bədiüzzaman Səid Nursi Həzrətlərinin Təsəttür (Hicab) Risaləsindən istifadə etdiyimiz ölçüdə belə ifadə edə bilərik:

1- Hicab, qadınlar üçün fitridir və yaradılışları gərəyi təsəttürə ehtiyacları vardır. Çünki qadınlar zəif və incə olaraq yaradıldıqlarına görə, özlərini və həyatından çox sevdikləri balalarını qoruyacaq bir kişinin himayə və yardımına möhtac olduqlarına görə, bir qadın, özünü sevdirmək və nifrət etdirməmək və nifrətə məruz qalmamaq üçün təsəttürə yaradılış gərəyi bir meyli var.

2- Qadınların onundan altı yeddisi, ya qocadır, ya çirkindir ki, yaşlılığını və çirkinliyini hər kəsə göstərmək istəməzlər. Ya qısqancdır, özündən daha gözəllərə nəzərən çirkin görünməmək və ya təcavüzdən və ismətinə, namusuna söz gəlməsindən və bu kimi bir günah ilə töhmət altında qalmaqdan qorxur; təcavüz kimi acınacaqlı bir hadisəyə məruz qalmamaq və ərinin nəzərində xəyanətlə günahlandırılmamaq üçün, yaradılış gərəyi təsəttürü istəyirlər.

3- İnsan sevmədiyi və nifrət etdiyi adamların baxışından sıxılır, narahat olur. Əlbəttə açıq-saçıqlıq qiyafəsinə girən gözəl bir qadın, ona baxmasından xoşu gəldiyi kişilərin onda ikisi üçü varsa, yeddi səkkizindən nifrət edir.

Həm hələ gözəlliyi pozulmamış, gözəlliyini itirməmiş gözəl bir qadın, incə olduğu və mənfiliklər çox tez təsir etdiyinə görə, özünü sanki göz həbsinə salan pis baxışlardan əlbəttə sıxılır.

4- O şəfqət mədəni və kişinin əbədi həyat yoldaşı olan qadınların, cəmiyyətin təcavüz kimi üzqarası bir xəyanətinə məruz qalmaması və bu ehtimal nəticəsində gələ biləcək, qadın fitrəti üçün tamamilə bir çöküntü və zillət olan hallara düşməməsi və pis baxışlarını, şəhvani arzularını tatmin edəcək adi bir mal olaraq gördükləri səviyyəyə alçalmamaları və o baxışların verdiyi narahatçılıq və mənəvi əsarətdən və səfalətdən xilas olmasıancaq və ancaq təsəttür ilə ola bilər.

5- Qadınlar günah işləməkdə kişilərə əsla çata bilməz. Qeyri-məşru (qeyri qanuni) bir əlaqədə kişi heç bir zərər görməz ikən, qadın bir çox zərər görür. Bəli, səkkiz doqquz dəqiqə bir zövqü son dərəcə ağrılaşdıran səbəb; səkkiz doqquz ay ağır bir uşaq yükünü əziyyətlə çəkməklə bərabər, himayəsiz, sahibsiz bir uşağın səkkiz doqquz il ağır yükünü daşımaq kimi, o səkkiz doqquz dəqiqə qeyri-qanuni zövqün bəlâsını çəkmək ehtimalıdır.

Təəssüf ki, hal-hazırda bu hadisə çox gerçəkləşdiyinə görə, qadın, yaradılışı gərəyi şiddətlə özünə haram olan kişilərdən qorxur və çəkinmək istəyir. Bu baxımdan təsəttürlə, nâmahrəmin iştahını açmamaq və təcavüzünə meydan verməmək üçün, zəif fitrəti örtünməyi əmr edir və qüvvətli xəbərdarlıq edir. Təsəttürün qadının bir sipəri və qalası, olduğunu göstərir.

6- Qadın və kişi arasında çox əsaslı və şiddətli münasibət, məhəbbət və əlaqə, yalnız dünyəvi həyatın ehtiyacından irəli gəlmir. Bəli, bir qadın, ərinə yalnız dünya həyatına məxsus bir həyat yoldaşı olmayıb, əbədi həyatda da onu əbədi olaraq müşayiət edəcək bir həyat yoldaşıdır.

Madam əbədi həyatda da ərinə həyat yoldaşıdır; əlbəttə, əbədi yoldaşı və dostu olan ərinin baxışından başqa, digər kişilərə öz gözəlliyini göstərməmək və onun ürəyini sıxmamaq və qısqandırmamaq lazımdır.

Madam Mömin olan əri, iman sirri ilə, onunla əlaqəsi yalnız dünya həyatına məxsus deyil, yalnız nəfsi və şəhvani arzuların həyata keçməsi üçün istifadə etdiyi ehtiyac da deyil. Yalnız gözəllik vaxtına məxsus, müvəqqəti bir məhəbbətlə bağlandığı üç günlük dünyanın üç günlük yoldaşı da deyil.

Halbuki qadın, sonsuzluq aləmində kişinin sonsuza qədər davam edəcək həyat yoldaşı olduğu üçün, əbədiyyətə yaraşan əsaslı və ciddi bir məhəbbətlə, bir ehtiramla qiymət verilməyə layiqdir. Həm yalnız gəncliyində və gözəllik zamanında deyil, əksinə qoca və çirkin vaxtında da o ciddi hörmət və məhəbbətə məzhər olması gərəkdir.

Əlbəttə buna qarşılıq, qadının da öz gözəlliyini yalnız ərinin nəzərinə yönləndirməsi və məhəbbətini yalnız ona verməsi, insanlığın gərəyidir.

7- Bir ailənin xoşbəxtliyi, kişi və xanım arasındakı qarşılıqlı etibar, səmimi hörmət və məhəbbətlə davam edir. Təsəttürsüzlük və açıq-saçıqlıq, o etibarı pozur, o qarşılıqlı hörmət və məhəbbəti də qırır. Çünki açıq-saçıqlıq qılığına girən on qadından ancaq bir nəfəri olar ki, ərindən daha yaraşıqlısını görmədiyindən, özünü yada sevdirməyə çalışmaz. Doqquzu, ərindən daha yaxşısını görür. Və iyirmi adamdan ancaq bir nəfəri, qadınından daha gözəlini görmür. Gördüklərinin çoxu yoldaşından daha gözəl görünür. Həmin vaxt yoldaşlar arasındakı o səmimi məhəbbət və qarşılıqlı hörmət getməyə məhkum olur.

8- Evlilik müəssisəsinin qorunması üçün də şiddətlə təsəttürə ehtiyac vardır. Çünki açıq-saçıqlıq cəmiyyətdə fahiş işləri artırıb evlənmələri azaldaraq ailə qurumunun təxrib olunmasına, nəsillərin pozulmasına səbəb olur.

9- Təsəttürə riayətsizlik açıq-saçıqlığı yayır. Bu da cəmiyyətdə kişilərin duyğularının ifrat dərəcədə cinsəllik (seksuallıq) üzərində köklənməsi, cinsi əxlaqsızlığın çoxalması, namus və təhlükəsizliyin zay olması və zamanla nəslin tibbi olaraq zəifləməsi kimi acı nəticələri doğurur.



26-03-2016 07:59:50

Düğüme özel