Ana səhifə

Oral İntim Əlaqə caizmidir?


YazdırSend to friend
Sual Detayı: 
cinsi eleqe zamani agiza cinsi orqanin salinmasi olmaz beledir?. hemkinin de agiza bowalma?Allah razi olsun sizden
Cavab: 

Birinci olaraq onu qeyd edək ki, bu hərəkət təmiz fitrətlə zəddiyət təşkil etdiyinə görə, ötən əsrlərin fəqihləri bu barədə danışmağa və bunun barəsində hökm verməyə lüzum hiss etməmişlər. 

Müasir bəzi qələm əhli ər arvadın hər yerinin bir-birilərinə halal olması, həmçinin "əşyada əsl hökm onun mübah olmasıdır" kimi qaydalardan çıxış edərək ağızdan intim əlaqənin halal olmasına fətva vermişdir. Xüsusilə son illərdə qələmə alınan "Ailə və İntim Əlaqələr"ə dair kitablarda bu cür sözlərə rast gəlmək mümkündür.

Bizim bu məsələyə münasibətimiz isə tamamilə başqadır.

Belə ki, qənaətimizə görə bu məsələyə yuxarıdakı şəkildə deyil, İslamda təmizliyin yeri, İslamın insana verdiyi dəyər, insana bəxş edilən bədən üzvlərinin yaradılış məqsədi nöqteyi-nəzərindən yanaşılmalıdır. Hz. Peyğəmbər (s.ə.s) buyurur:

"...Sizdən biri yuxudan oyandıqda, suya əlini salmazdan əvvəl qoy əlini yusun, çünki sizdən heç kəs əlinin harada gecələdiyini  (haralarda gəzdiyini)  bilməz." (Buxari, Dəstəmaz, 26.)

Bu hədisdən də aydın olur ki, Hz. Peyğəmbər (s.ə.s) yuxuda olarkən insan əlinin natəmiz olan yerlərinə təmas edə biləcəciyini diqqətə çatdırır və yuyunarkən əvvəlcə əllərimizi yumağı bizə tövsiyə edir. Əks təqdirdə həm qabdakı suyu, həm də özümüzü mikroblara bulaşdıra bilərik Natəmiz ayıb yerlərə toxunan əllərimizin belə yuyulması bizə buyurulduğu halda, həmin yerlərə ağızı təmas etdirmək nə dərəcədə doğrudur?!

Oral yoldan intim əlaqə iyrənc hərəkətdir və tibbi cəhətdən də mənfi qarşılanır. Çünki cinsiyyət orqanlarından daim bəzi mayelər ifraz olnunur ki, bunların ağıza daxil olması mikrobların orqanizmə nüfuzu deməkdir. Hətta bunun ağız xərçənginə də yol açdığı haqqında fikirlər mövcuddur.

Qısa şəkildə desək, ağız yemək-içmək, danışmaq və s. bu kimi ali məqsədlər üçün xəlq edilmişdir. Bu və bunun daha da fövqündə Qur`an oxumaq, Allah`ı zikr etmək kimi müqəddəs amal üçün yaradılmış, hər zaman təmiz saxlanılmalı olan belə bir üzvün intim əlaqələr üçün istifadə edilməsi nə dini ədəb normalarına, nə gigiyena qaydalarına, nə ağla, nə də insan təbiətinə uyğun gəlir.

Əlavə olaraq qeyd edilməlidir ki, oral yoldan intim əlaqə anormal bir sevişmə olduğuna görə, insanda bir müddət sonra nifrət hisləri oyadır və bu da öz növbəsində normal intim əlaqələrdən insanı soyuda bilər.

 Məni(sperma) və məzi nəcis olduğu üçün bunların udulması haramdır.

Kişi xanımını belə bir əlaqəyə məcbur edə bilməz; buna haqqı yoxdur. Qadın Allah`ın razılığına uyğun olmayan mövzularda ərinə itaət etməməlidir.

İSLAM NÖQTEYİ-NƏZƏRİNDƏN EVLİLİK VƏ MƏHRƏM XÜSUSLAR.ARİF ABDULLAH. İpəkyolu Nəşriyyatı. 2011



09-06-2014 01:56:56