Ana səhifə

Oruca niyyət etmə şəkli, niyyətin hökmü və niyyətin vaxtı nə zamandır? Imsakdan sonra oruca niyyət edilərmi? Fərz və ya nafilə oruca görə niyyətin vaxtı dəyişərmi?


YazdırSend to friend
Sual Detayı: 
Salamun aleykum və rahmətullah. Niyyət gecəsi nə deməkdir? Bu gecədə nə edilər? Ramazan ayı ilə bağlıdı sualım. Ramazan ayından öncə edilən bu niyyətlə bağlı mənə izahedici məlumat verərsinizmi? Allah Sizlərdən daima razı olsun. Amin
Cavab: 

Orucda Niyyətin Hökmü Nədir?

İbadət niyyət ilə olacağı üçün, oruc ibadətində də niyyət şərtdir. Niyyət, əsl insanın ürəyindədir. Yəni gecə sabah oruc tutacağını bilmək və içindən keçirmək niyyət sayılır. Dil ilə söyləmək isə, şərt olmamaqla birlikdə sünnədir. Oruc tutmaq fikri ilə Gecə sahur yeməyinə duran bir şəxsin həmin düşüncəsi da niyyət yerinə keçər.

Oruca Ne Zaman Niyyət Edilməlidir?

Ramazan orucuna, zamanı müəyyənləşdirilmiş əhd(nəzir) orucuna və nafilə oruçlara; axşamdan etibarən ertəsi günü quşluq vaxtına(günortadan 45 dəqiqə əvvələ) qədər niyyət edilə bilər. Ramazan orucunun qəzası ilə vaxtı müəyyənləşdirilməmış əhd orucuna, nâfilə olaraq başlanıb pozulmuş orucların qəzasına və kəffarə oruclarına niyyət isə, axşamdan etibarən imsak vaxtına qədər edilər. Bu vaxtdan sonra edilən niyyətlə bu oruclar səhih olmaz. Şafiilərə görə, nâfilə oruc üçün, günəş batana qədər niyyət caizdir. Yetər ki niyyətə qədər orucu pozan bir şey edilməsin.

* Bir kimsə gecə hər hansı bir oruc üçün niyyət etdiyi halda, imsak vaxtından əvvəl bu niyyətindən dönsə, bu dönmə səhihdir(doğrudur).

* Ramazan-ı şərifin hər günü üçün ayrı niyyət lazımdır. Çünki araya gecələr girməkdə və hər günün orucu, ayrı bir ibadət sayılmaqdadır.

* Bir qəza orucuna günəşin doğuşundan sonra niyyət edilsə, o oruc qəza yerinə keçməz, nâfilə oruc tutulmuş olur. Qəza oruclarına mütləq imsak vaxtından əvvəl niyyət edilməsi şərtdir.

* Bir qadın, hələ aybaşı halında ikən gecədən oruca niyyət etsə, imsak vaxtından əvvəl də aybaşı halından çıxsa, niyyəti səhih olar, oruc tutması lazımdır.

Şafi məzhəbinə görə niyyətin vaxtı oruc fərz olursa gecədir; gündüzə buraxılmaz. Gecə niyyət edilmədiyi təqdirdə bayramdan sonra gününə gün qəza etmək lazımdır. Ancaq, İbn Həcər deyir ki: "Şafi olan kimsə Ramazan`da niyyətini unudub gecə vaxtında etməyən kimsə Hənəfi məzhəbini təqlidən gündüz günortadan əvvəl niyyət gətirsin. "

Maliki məzhəbinə görə, Ramazan-ı Şərifin başında bir niyyət gətirilsə kafidir. Hər gecə niyyət gətirmək lazım deyil. Bunun üçün Şafii və ya Hənəfi olan kimsə Ramazan-ı Şərifdə "Mən bu Ramazan-ı Şerif ayında oruc tutmağa niyyət etdim." desə yaxşı olar. Çünki bir günün niyyətini unudacaq olarsa da Maliki məzhəbinə görə orucu etibarlı olar ...



23-06-2014 07:48:33