Ana səhifə

Oruclu olduğu halda masturbasiya edən birinə qəza yoxsa kəffarə düşür?


YazdırSend to friend
Sual Detayı: 
salam. men oruclu halda bilmeden masturbasiyon eledim ve eliyende sora yadima duwdu ki orucam. ne etməliyəm
Cavab: 

     Va aleykumussalam.

     Oruclu olduğunu həqiqətən də unudaraq belə bir şey etmək orucu pozmaz. Fəqət, oruclu olduğunu xatırlayan kimi bu işdən çəkilməlidir. Çəkilməsə orucu pozular.

     Fəqət, oruclu olduğu halda mastürbasiya edən kimsənin orucu pozular. Bunun üçün tövbə edib bir gün qəza orucu tutması lazımdır; kəffarə orucu tutmaq lazım deyil.

     Masturbasiyanın orucu pozduğu, lakin yalnız qəza lazım olduğu, Hindiyyə, Bahr və Dürr-ül-Muxtar və digər fiqh kitablarında yazılmışdır.

      Fərz olduğu halda Ramazanda qəsdən oruc tutmamaq və ya başlanan orucu pozmaq, haram olub böyük günahdır. Mastürbasiya etmək, orucu pozsa da kəffarə tələb etməz. Belə bir əməldən dolayı tövbə edilməsi və pozulan orucun gününə gün qəza edilməsi lazımdır.

      Burası da var ki, kəffarə gərəkməməsi, günahın kiçikliyini göstərməz.



11-07-2015 05:58:40