Ana səhifə

Orucun vaxtı nə üçün hər il dəyişir?


YazdırSend to friend
Sual Detayı: 
Orucun vaxtı nə üçün hər il dəyişir?
Cavab: 

Qidalanma rejimində bir aylıq dəyişiklik

Bədənin bir ay müddətində fərqli qidalanma rejiminə uyğunlaşması vücudun xəstəliklərə müqavimət gücünü artırır, qida maddələrinin orqanizmdə tam istifadəsini təmin edir. Bütün gün yüngül bədənlə işləməyi, gecə də yaxşı istirahət və qidalanmanı təmin edir. Bu vaxt ortaya qoyulan səbir və dözümün şəxsiyyətin formalaşmasında rolunu, qanın bağırsaq və mədəyə deyil, beyinə sərf olunması nəticəsində formalaşan sağlam düşüncəni, hadisələri düzgün qiymətləndirmə qabiliyyətini qazanılmasını nəzərə alsaq, bu növ pəhrizin, yəni orucun insan üçün nə qədər zəruri olduğunu görərik.   

İslami bəzi günlərin dəyişməsi Günəş ilinə görədir. Qəməri dediyimiz Ay ilinə görə əsla dəyişməz. Mübarək gün və gecələr də Qəməri ilə görə olduğundan Qəməri ilə görə hər il eyni tarixdə olur. Ayrıca hər yeni ilin günü digər ilin günü deyildir. Allah hər zamanı fərqli yaradır. Necə ki bizlər də əvvəlki ilin eynisi deyilik.

Bilindiyi kimi Ramazan orucu və həcc ibadəti Hicri ilə görə edilir. Yəni fərz olan Ramazan orucu bu ayda tutulduğu kimi, fərz olan həcc ibadəti də Şevval, Zilqədə və Zilhiccə ayları içində əda edilir. Bu aylar otuz üç il içində bütün mövsümləri dolaşır. Məsələn, Ramazan ən uzun və ən isti yaz mövsümünə gəldiyi kimi, soyuq və qısa qış mövsümünə də rast gəlir. Həcc mövsümü də eyni.

Beləliklə, mömin oruc, həcc və ibadətində tam bir imtahanla üz-üzədir. Yəni ilin ən qısa və soyuq günlərində rahatca və asanlıqla oruc tutduğu kimi, yazın isti və uzun günlərində də tutmaq məcburiyyətində qalır. Beləliklə, mömin hər cür şərtlərdə Rəbbinə olan qulluq vəzifəsində axsaqlıq etməməyə çalışır.

Bu barədə Muhamməd Həmidullahın belə deyir:

"Hamımız bilirik ki, qəməri təqvimdə ilin ayları yer dəyişdiri. Məsələn, Ramazan bəzən qışa, bəzən yaya rast gələr, bəzən də yaz və ya payızda olur. İndi istifadə etdiyimiz Günəş ili, İslamdan əvvəl ərəblər  tərəfindən bilinirdi. Quran-ı Kərim, görəsən nə üçün onu ləğv edərək yerinə qəməri ili gətirdi? "

İlin mövzümlərinin fərqli təsirləri vardır. İnsan, çox soyuqdan mütəəssir olduğu kimi, çox istidən da narahat olur. Soyuq və isti mühitə görə dəyişir. Məsələn, Məkkə-i Mükərrəmədə qış mövsümü mötədil keçər. Halbuki qütblərə yaxın ərazilərdə yazın gəlməsi dörd gözlə gözlənildiyi halda, Ekvatora yaxın məmləkətlərdə heç də istənilməz. Orta və cənubi Hindistanda bahar mövsümü deyə bir şey yoxdur. Orada yaz, qış və yağış mövsümü vardır.

   Bütün bunlardan görülür ki, bir bölgə üçün rəhmət olan şey, başqa bir yer üçün zəhmət olur. Bütün bəşəriyyətə şamil olan bir dinin, möminlərin bir qisiminə, yəni bəzi bölgə sakinlərinə davamlı rəhmət olub da digərlərinə davamlı surətdə zəhmət olması uyğun deyildir. Oruc çətin bir ibadətdir. İldən ilə Ramazan ayının mövsümünün dəyişməsi belə bir şikayətə imkan verməz.

Bundan başqa dünyanın hər tərəfində eyni zamanda eyni mövsüm hökm sürməz. Mən bu sətirləri Yanvar ayında yazıram. Dünən radioda dinlədim ki, Fransanın bəzi bölgələrində soyuq sıfırın altında qırx dərəcədir. Eyni gündə Cənub Amerikada, Argentinada istilik sıfırın üstündə qırx dərəcədir. Ən gözəl Yaradıcı olan Allah nə qədər xeyirxahdır ki, Ekvatorun üstündəki məmləkətlərdə qış bütün şiddətiylə hökm sürdüyü halda, Ekvatorun altındakı məmləkətlərdə tamamilə yaydır.

Əgər Həzrət-i Peyğəmbər (s.ə.s.) orucu, məsələn, qışda tutmağı ümmətinə bildirsəydi, Şimali Amerikadakı insanlar Yanvar ayında, Cənubi Amerika'dakılar isə İyul ayında oruc tutmuş olacaqdılar. Qədr gecəsinə qədər Nuyork'da oruc tutmuş olan bir kimsə, əgər Buenos Aires'ə (Cənubi Amerika) gedəsi olsa ancaq altı ay sonra, yəni qış gəlincə orada bayram edə biləcək. İyuna rast gələn Şaban ayının sonlarında Buenos Airesdən çıxan, bir gün sonra Nuyork'a çatan bir kimsə Ramazan orucunu tuta bilməyəcəkdi. Çünki Ramazan Nuyork'da İyulda deyil, Yanvarda olacaqdı. Əgər bir kimsə oruc tutmamaq üçün Ekvatorun şimalından cənubuna, cənubundan şimalına getsə, buna imkan tapa biləcəkdi və ömrü boyunca heç oruc tutmayacaqdı. Və din gülünc, qarışıq bir şey olacaq, anarxiya halına gələcəkdir. 

Bu qısa izah göstərir ki, orucun Ramazan ayında tutulması haqqında İslamın əmrləri, Allahın qullarına olan rəhmət və lütfünün əsəridir. Bunda maddi və mənəvi bir çox faydalar vardır. Bu əmrlər ağla və məsləhətə uygundur. (Muhamməd Həmidullah. "Nə üçün oruc tuturuq?" Diyanət İşləri Başqanlığı, 1960 İl, s. 12-14)

Ourucun tutulma vaxtının il ərzində dəyişib, müxtəli fəsillərə rastlaması və həmçinin ac qalma müddətini dəyiməsinin bəzi hikmətlərini bildirək.

Vegetativ sinir sisteminin funksiyalarının pozulması nəticəsində parasimpatik (sinir) sistemi fəaliyyətinin artması mədə şirəsi ifrazının və qastrin hormonunun çoxalmasına səbəb olur. Nəticədə də mədə və ya onikibarmaq bağırsaqda xora xəstəliyi əmələ gəlir.

Vegetativ sinir sistemində dəyişikliklər, xüsusilə, yaz və payız mövsümlərində baş verir. Ancaq bu ilin digər vaxtlarında da ola bilər. Mədə xorası aclıq ağrıları ilə əlaqədar olduğundan, bu pəhrizlərin oruc kimi, ilin müxtəlif vaxtlarına düşməsi məqsədəuyğundur.

Hər mövsümün özünəməxsus meyvə və qidaları vardır. İnsanlar müxtəlif vaxtlarda pəhriz saxlamaqla hər qidaya qarşı nəfsə hakim olma vərdişi qazanır. Bu da onu müxtəlif xəstəliklərdən qoruyur.

Məlumdur ki, bəzi xəstəliklər sırf müəyyən qidalarla bağlı özünü büruzə verir. Məsələn, bəzi dəri xəstəlikləri acı, turş, ədviyyat kimi qidalara çox həssasdır. Həmçinin allergiyanın da müxtəlif qidalarla əlaqəsi vardır.

Nəticə etibarilə, insanlar fərqli mövsümlərin qidalarına qarşı pəhriz saxlamaqla bu xəstəliklərdən qorunurlar. İnsanın doğumundan ölümünə qədər fasiləsiz olaraq işləyən həzm sisteminin ilin bir ayı, yarım gündən (12 saatdan) artıq istirahət etdirilməsinin tibbi faydaları inkarolunmaz həqiqətdir.

 



21-05-2018 08:26:01

Düğüme özel