Ana səhifə

Otağımızda yatmaq məqsədi ilə soyunarkən mələklər bizi görərlər?


YazdırSend to friend
Sual Detayı: 
Salam Əleyküm. Otağımızda yatmaq məqsədi ilə soyunarkən mələklər bizi görərlər?
Cavab: 

Və aleykum Salam və rahmətullah.

        Bəli görürlər.Qadın və kişilər, tək başınaykən və heç bir ehtiyac olmadığı halda övrət yerlərini açması haram olmaz. 

      Ancaq tək başına belə olsa övrət yerlərini açmaqdan çəkinməsi və örtünməyə diqqət yetirməsi çox daha gözəl bir davranışdır.       

        Bununla birlikdə, paltar dəyişdirmək, tualet ehtiyacını aradan qaldırmaq kimi bir ehtiyacdan dolayı övrət yerinin açılmasının heç bir qorxusu olmaz.

     Necə ki Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Çılpaqlıqdan çəkinin, böyük dəstəmaz və adamın yoldaşı ilə cinsi təmasda olması xaric. Digər hal və zamanlarda sizinlə birlikdə olan və sizdən əsla ayrılmayan mələklər vardır. Onlardan həya edin  və onlara hörmət göstərin." (Tirmizî, Sünən, Ədəb 42, Hədis nömrə: 2801)

     Buna görə, yatarkən iç paltarlarını dəyişdirmənin də bir qorxusu olmaz. Əhəmiyyətli olan və diqqət yetirilməsi lazım olan şey, övrət yerlərini, bu yerləri görməsi haram olan kəslərdən qorumaqdır.



08-05-2014 12:48:30

Düğüme özel