Ana səhifə

Peyğəmbər Əfəndimizin (s.ə.s) ən böyük möcüzəsi Qurani-Kərim olduğu kimi, Qurani-Kərimin ən böyük möcüzəsi də Peyğəmbər Əfəndimizdir deyilə bilər?


YazdırSend to friend
Sual Detayı: 
Peyğəmbər Əfəndimiz (s.a.s) haqqında...
Cavab: 

     - Birinci variant hədislərlə sabitdir. Həqiqətən Hz. Peyğəmbər (a.s.v) kimi ümmi bir şəxsin əlində belə bir kitabın olması, onun haqq peyğəmbər olduğunun dəlilidir. Ehtiva etdiyi müxtəlif elmlərlə-insanlık və cinlər aləminə- meydan oxuduğu ayələrlə sabitdir.

     Möcüzə istəyənlərə xitab olaraq Quranda verilən bu cavab da mövzumuza işıq salır:

"Onlara oxunan Kitabı sənə nazil etməyimiz onlar üçün kifayət deyilmi ?"(Ənkəbut, 29/51).

 -İkinci variantdakı məlumat mövzusunda ayə və hədislərdə açıq bir ifadə görməməklə yanaşı bunu deyə bilərik ki; Hz. Peyğəmbərin ümmiliyi/oxuyub-yaza bilən olmaması, qırx yaşına qədər bütün ətrafındakılar tərəfindən Muhəmmədul-Əmin olaraq xatırlanması, əxlaqın zirvəsində bir şəxsiyyət olaraq tanınması, hər kəsdən daha çox Quranın əmr və qadağalarına tabe olması, hər kəsdən daha çox Allaha güvənməsi, ölümdən belə qorxmaması, narahat olmaması, son nəfəsində belə öz ölümündən çox Allaha qulluq etməyin əhəmiyyətinə işarə etməsi, Hz. Əbu Bəkri namaz qıldırmaq üçün vəzifələndirməsi və mindən çox möcüzələr göstərməsi kimi şəxsi kamilliyi ilə parlayan bənzərsiz şəxsiyyəti əlində olan Quranın ilahi bir kitab olduğunun göstəricisidir.

   Necəki, Qur`an Allahın kəlamı olduğuna dair bütün möcüzələriylə Əfəndimiz Hz. Muhəmmədin (s.a.s) peyğəmbərliyinə bir dəlildir. Çünki Quranın Allahın kitabı olduğu isbat edilərsə, əlbəttə bu kitabı təbliğ edən şəxsin peyğəmbərliyi də qəbul edilmiş və isbat edilmiş olar.

   Çünki Allahın kitabı onun peyğəmbəri olan zatdan başqa kimə enə bilər? O kitabı Allahın Peyğəmbərindən başqa kim təbliğ edə bilər? Elə isə, Hz. Muhəmməd sallallahu aleyhi və səlləm Allahın peyğəmbəridir. Çünki Quran minlərlə xüsusiyyətindən biri olaraq o qədər çox oxunmasına baxmayaraq bezdirmir. Yəni, Quranın haqq olduğuna dair bir dəlili olan, "çox oxunmaqla bezdirməsini" Hz. Muhəmmədin (s.a.s) peyğəmbərliyinə dəlil göstərsək bu səhv olmaz. Çünki madam bezdirmir, o halda Allahın sözü olmalıdır və madam Allahın sözüdür, o halda o sözü insanlara bildirən insan da onun rəsuludur.

   Eynilə bunun kimi Peyğəmbər Əfəndimiz (a.s.v) da bütün möcüzələriylə, şəxsinin kamilliyiylə və peyğəmbərlik dəlilləriylə Quranın bir möcüzəsi və Quranın kəlamullah olduğuna qəti bir dəlildir. Çünki madam peyğəmbərdir, o halda əlbəttə Allaha yalan isnad etmək kimi bir zülmü etməyəcəkdir. Allahın söyləmədiyi bir sözü, Allahın sözü kimi göstərməyəcəkdir və madam Qurana "Allahın sözü" demişdir. Əlbəttə Quran Allahın sözü olmalıdır. Çünki bir peyğəmbərə "yalan danışmaq" isnadı mümkün deyildir.

   Peyğəmbər Əfəndimizin göstərdiyi bütün möcüzələr onun Peyğəmbər olduğunu göstərdiyi kimi, Quranın da Allah Kəlamı olduğunun dəlilidir. Məsələn Hz. Muhəmmədin (s.a.s) minlərlə möcüzəsindən biri olan barmağının işarəsiylə ayı ikiyə bölməsini düşünək. Madam barmağının bir işarəsiylə ayı ikiyə bölmüşdür, o halda Allahın peyğəmbəridir və madam Allahın peyğəmbəridir, o halda yalan söyləməz və Allaha iftira etməz və madam yalan söyləməz və Allaha iftira etməz, o halda Quran Allahın kitabı olmalıdır. Çünki o şəxs Quranın Allahın kitabı olduğunu bildirmişdir.

  Bəli, bizlər Quranın hər bir dəlilini istifadə edərək Hz. Muhəmmədin (s.a.s) peyğəmbərliyini isbat edə biləcəyimiz kimi, Əfəndimizin peyğəmbərliyini isbat edən bütün dəlilləri də Quranın Allahın kitabı olmasında istifadə edə bilərik. O halda Quranın dəlilləri hədd və hesaba gəlməz və deyə bilərik ki: "Hz. Muhəmmədin (s.a.s) peyğəmbərliyini isbat edən bütün möcüzələri, gözəl əxlaqı, etdiyi inqilablar, qəlblərə nüfuz etməsi kimi cildlərlə kitaba güclə sığa biləcək sübutların şəhadətiylə Quran Allahın kitabıdır. "



30-11-2016 12:09:05

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz