Ana səhifə

Peyğəmbərimiz Ərəfə Günü Oruc Tuturdu?


YazdırSend to friend
Sual Detayı: 
PEYĞƏMBƏRİMİZ ƏRƏFƏ GÜNÜ ORUC TUTURDU?
Cavab: 

Rəsulullah sallallahu əleyhi vəsəlləm belə buyurmuşdur:

"Ərəfə günü tutulan orucun keçən ilin və gələcək ilin günahlarına kəffarə olacağına Allahın rəhmətindən ümidim var."

(Tirmizi, Savm: 46; İbni Macə, Sıyam: 40; Muslim, Sıyam: 196)

Ata əl-Xorasani radiyallahu anh deyir:

Əbu Bəkrin oğlu Abdurrəhman  Ərəfəgünü Hz. Aişənin hüzuruna girdi. Hz. Aişə oruclu idi. Hərarətdən ötəri üzərindən su damlayırdı. Abdurrəhman ona, "Orucunu poz" dedi.

Hz. Aişər.ə. Anhə:

"Rəsulullah sallallahu aleyhi vəsəlləm  'Ərəfə günü oruc tutmaq özündən əvvəlki ilin günahlarına kəffarə olar' dediyini eşitdiyim halda iftar edim? 'dedi." (ət-Tərgib vət-Tərhib, 2: 112)

Beyhəqinin bir rəvayətinə görə isə Hz. Aişə radiyallahu anhə belə demişdir:

Rəsulullah sallallahu əleyhi vəsəlləm belə buyurmuşdur:

"Ərəfə günü oruc tutmaq min gün oruc tutmaq kimidir." (ət-Tərgib vət-Tərhib, 2: 112)

Yalnız Ərəfə günü oruc tutmaq o il həccə getməyənlər üçündür. Yəni Ərəfə günü Ərafat vəqfəsində olmayanlar üçündür. Bu xüsusdakı hədisi-şərif belədir:

Əbu Hureyrə radiyallahu anh deyir:

"Rəsulullah sallallahu aleyhi vəsəlləm Ərəfə günü Ərafatda oruc tutmağı yasaqladı." (Əbu Davud, Savm: 63)

Haris binti Ümmül-Fəzl rəvayət edir:

Ərafatda Ərəfə günü insanlar Rəsulullah sallallahu aleyhi vəsəlləmin orucu haqqında ixtilafa düşdülər. Bəzisi, "O orucludur" dedi, bəzisi də, "Xeyr, oruclu deyildir" dedi.

Rəsulullah sallallahu aleyhi vəsəlləm Ərafatda dəvəsi üzərində vəqfədə ikən ona bir stəkan süd göndərdim onu ​​içdi. (Muslim, Sıyam: 110-111)

Hədis alimlərinin bu xüsusdakı şərhləri belədir:

Hafiz deyir ki: "Alimlər Ərəfə günü Ərafatda oruc tutulmasında ixtilaf etdilər."

İbni Ömər dedi ki: "Rəsulullah sallallahu əleyhi vəsəlləm, Əbu Bəkir, Ömər və Osman Ərəfə günü oruc tutmadılar, mən də tutmuram."

İmam Malik ilə İmam Sevri oruc tutmağı üstün tuturdular (seçirdilər).

Abdullah ibni Zübeyr ilə Hz. Aişə Ərəfə günü oruc tutmağa meyl edirdilər.

Ata, "Qışda tuturam, yazda tutmuram" deyirdi.

Qatadə isə, "Ərafatda dua etməyi zəiflətməzsə oruc tutulmasında bir zərər yoxdur" deyirdi.

İmam Şafii "hacılardan başqalarına Ərəfə günü oruc tutmaq müstəhəbdir. Hacılara gəldikdə, dua etmək üçün qüvvət verməsindən ötəri yeməsi mənə görə daha yaxşıdır " dedi.

İmam Əhməd isə, "Oruc tutmağa gücü çatsa tutar, əgər yeyərsə bu hal qüvvəyə ehtiyac duyduğu bir gündür" dedi.



19-09-2016 04:52:19