Ana səhifə

Peyğəmbərimiz aleyhissalâtu vəssəlâm namazı necə qılmış?


YazdırSend to friend
Sual Detayı: 
MEHEMMED PEYGEMBER SAGLIQINDA SUNNI NAMAZI QILIB YOXSA SIE?
Cavab: 

Salam aleykum və rahmətullah.

İslâm dininin ibadət əsaslarından birincisi olan [246] və düşmən qarşısında belə olsa vaxtında qılınması gərəkən; [247] yaradılışımızın qayəsi olan [248] namaz ; Uca Yaratanımızı zikr etmək , xatırlamaq üzrə [249] hər cür pisliklərdən geri durmaq üçün [250 ] qılınar.

Namaz ; qiyam , qiraət , rüku və səcdə kimi rüknlərdən ibarət olan bir ibadət olub Qur`an - ı Kərimin müxtəlif ayələrində bu rükünlərlə namaza işarə edilmiş olduğu. [251] hətta rüku və səcdə bənzətmələrilə də namazın qəsd olunduğu görülür. Necə ki:Dövrünün alimlərindən Nâfi b. Əzrak, Abdullah b. Abbas'a:

    "Beş vaxt namaz Qur’ân’da var mı?" deyə soruşduğu zaman, Abdullah b. Abbas :

"Bəli ! Vardır! " deyərək Rum surəsinin 17 və 18-ci ayələrini :

"Fəsübhânallâhi hinə tümsûnə və hinə tusbihûnə vələhülhamdü fissəmâvâti vəl'ardi və aşiyyən və hînə tuzhirûnədeyərək oxuyub ; " ‘Hinə tümsûnə’ axşam namazıdır. ‘Və hfnə tusbihûnə’ sübh namazıdır. 'Və aşiyyen’ əsr namazıdır. 'Və hînə tuzhirûnə' zöhr namazıdır!" dedikdən sonra; Nur surəsinin 58-ci ayəsindəki "və min ba`di salâti'l - ışâi = Bir də, şam namazından sonra ... " qisimini oxumuşdur. [252] 

Beş Vaxt Namazın Fərz Edilməsi və Vaxtlarının Tərif Edilməsi.

Beş vaxt namaz; bir rəvayətə görə, Peyğəmbərimiz (aleyhissalâtu vəssəlâm)`in Mədinə`yə hicrətindən  yarım il əvvəl, [253] Mirac gecəsində fərz edilmişdir. [254]

Mirac gecəsinin səhərində Cəbrayıl (as) enərək [255] Peyğəmbərimiz (aleyhissalâtu vəssəlâm)`ə göstərmək üçün, beş vaxt namazı, vaxtlarında imam olub qıldırdı. [ 256]

Peyğəmbərimiz(aleyhissalâtu vəssəlâm) bu xüsusdakı hədisi- şəriflərində belə buyurmuşdur:

" Cəbrayıl mənə Beyt`in (Kəbə`nin) yanında. [257] iki dəfə, yəni iki gün [258] imam oldu.

Günəşin zaval vaxtında, kölgə bir nalın daşması qədər uzandığında, günorta namazını qıldırdı.

Sonra, hər şeyin kölgəsi bir misli olunca, ilkindi namazını qıldırdı.

Sonra, oruclu iftar etdiyi (orucunu açdığı) zaman, axşam namazını qıldırdı.

Sonra, şəfəq itdiyi zaman, şam namazını qıldırdı.

Sonra, orucluya yemək, içmək haram olduğu zaman, səhər namazını qıldırdı.

Ertəsi günü isə, günorta namazını, hər şeyin kölgəsi bir misli olduğu zaman qıldırdı.

Sonra, ilkindi namazını, hər şeyin kölgəsi iki misli olduğu zaman qıldırdı.

Sonra, axşam namazını, oruclu iftar etdiyi ( orucunu açdığı ) zaman qıldırdı.

Sonra, işa namazını, gecənin üçdə birinin əvvəlində, [ 259 ] üçdə birinin əvvəlinə doğru [ 260] qıldırdı.

Sonra, ətraf ağardığı, aydınlandığı zaman da səhər namazını qıldırdı.

Sonra, mənə yönəlib :

'Ya Muhamməd Bu, səndən əvvəlki peyğəmbərlərin (namaz) vaxtıdır. ( Namaz üçün ) vaxt, bu iki vaxtın arasıdır 'dedi. "[ 261 ]

Namazın Peyğəmbərimiz (aleyhissalâtu vəssəlâm)`dan Əvvəlki Peyğəmbərlərin Şəriətlərində də Yer Aldığı

Namaz, Peyğəmbərimiz (aleyhissalâtu vəssəlâm)`dan əvvəlki peyğəmbərlərin şəriətlərində də vardı. İbrahim və İsmayıl (aleyhissəlam) lar, davamlı surətdə namaz qılarlardı. Nəsillərindən də namaza davamlı bir ümmət gəlməsi üçün, Uca Allaha dua etmişdilər. [262] İshaq və Yaqub (aleyhissəlam)`lar da namaz qılarlardı . [ 263 ]

Şuayb (aleyhissəlam)`ın çox namaz qılmağı, qövmünün onunla lağ etməsinə səbəb olmuşdu. [264] Musa (aleyhissəlam) namazla məmur idi. [ 265 ] Namaz qılmaları barəsində, İsrail oğullarından da qəti söz almışdı. [266 ]

Loğman (aleyhissəlam) namaz qılar, oğluna da bunu əmr edərdi. [ 267] Zəkəriyyə (aleyhissəlam) namaza davamlı idi. [ 268] İsa (aleyhissəlam) da namazla məmur idi. [ 269 ]

Beş Vakit Namazdan Əvvəlki Namaz : Təhəccüd Namazı

Beş vaxt namaz fərz edilməmişdən əvvəl, gecənin gec vaxtlarına qədər, uzun surələr oxunaraq gecə namazı ( təhəccüd) qılmaq, fərz idi . [270 ] Bu, bir il davam etmiş; namazda uzun müddət ayaq üstə qalmaqdan, Müsəlmanların ayaqları şişmişdi.

Nəhayət, beş vaxt namaz fərz edilib, təhəccüd namazı Müsəlmanlar haqqında yüngülləşdirilib nafiləyə çevrilmiş, [271] Lakin Peyğəmbərimiz (aleyhissalâtu vəssəlâm)`ın buna xüsusi olaraq davamı əmr buyurulmuşdur. [272]

Vitr Namazı və Vaxtı

Peyğəmbərimiz ( A.Ş. ) , vitr namazı haqqında da :

"Uca Rəbbim mənə bir namaz daha da artırdı ki, o , vitr namazıdır. Onun vaxtı da, dan yeri ağarana qədər olan zaman arasındadır.” [273]

“Şübhəsiz ki, Allah, haqqınızda, qırmızı tüklü dəvələrdən (dünya malından) daha xeyirli olan bir namazla yardımda oldu ki, o vitr namazıdır.Allah, onu işa ilə dan yeri ağarana qədər olan zaman arasında qılmanızı məşru etdi " buyurmuşdur. [ 274 ]

 Peyğəmbərimiz (aleyhissalâtu vəssəlâm)`ın Beş Vaxt Namazı Qılması , Qıldırması.

Namaz, dəstəmazlı olaraq qılınar. [275] Dəstəmaz, namazın açarıdı. [ 276] Dəstəmazsız, namaz olmaz və qəbul edilməz. [277]

Peyğəmbərimiz (aleyhissalâtu vəssəlâm) namaz qılacağı zaman Qibləyə dönər, [278] əllərini qulaqlarının səviyyəsinə qədər qaldırıb "Allahu Əkbər" deyərək təkbir alır; [279] sağ əliylə sol əlini tutar, [280] sağ əlini sol əlinin üzərinə qoyar ( bağlayar ); [281] "Sübhânəkə allâhümmə və bihamdikə və təbârəkə ismükə və təâlâ cəddükə vəlâ ilahə ğayrükə!"  deyərək namaza başlayardı. [282]

Sonra , içindən Əuzu və Bəsmələ çəkərdi.

(Səhər, axşam, şam namazlarıyla Cümə və Bayram namazında) açıqdan Fatihə surəsini oxuyar, [ 283 ] Fatihənin sonunda yavaşca " Amin! " deyər və " Amin " deyilməsini də əmr edərdi. [284]

Peyğəmbərimiz (aleyhissalâtu vəssəlâm)`in :

"Hər kim içində Ümmü`l - Qur`an`ı ( Fâtiha'yı) oxumadan bir namaz qılarsa, o namaz nöqsandır, tamam deyildir!" buyurduğu bildirilməkdədir . [285]

Peyğəmbərimiz (aleyhissalâtu vəssəlâm), səhər namazında, Fatihə surəsindən sonra, Yasin surəsini [286] və Qaf surəsini, [287] ya da bənzəri surələri [288 ] və ya Tûr sûrəsini [289] və ya Muminun surəsini [290] və ya Təkvir surəsini [291] və ya bənzəri surələri oxuyardı. [292]

Peyğəmbərimiz (aleyhissalâtu vəssəlâm)`in oxuduğu ayələrin sayı altmış və hətta yüzə çatardı. [ 293]

Birinci rükətdə uzun surə , ikinci rükətdə qısa surə oxuyardı. [ 294 ]

Cümə günü isə, səhər namazında Səcdə surəsi ilə Dəhr surəsini oxuyardı. [ 295 ]

Zöhrlə əsrin ilk iki rükətlərində Fatihədən sonra, bir surə, [296] məsələn Târik və Buruc surələrini [297] və bənzərilərini, [298] Günorta namazında, Leyi surəsini, İkindi namazında, onun kimi bir surəni oxuyardı.Günorta namazında, A'lâ surəsini oxuduğu da olardı. [299]

Günortanın birinci rükətində otuz, ikincidə on beş ayə qədər oxuyardı. [ 300 ]

Axşam namazında, Mursəlat surəsini , [ 301] Tûr sûrəsini oxuduğu da olardı. [ 302 ]

Yatsı namazında, Tin surəsini, [303] Şəms və bənzəri surələri oxuyardı. [ 304 ]

Muaz b. Cəbal`ə şam namazında A'lâ, Leyi və Alaq surələrini oxuması tövsiyə buyurulmuşdur. [ 305 ]

Peyğəmbərimiz (aleyhissalâtu vəssəlâm), qiraətdən sonra , "Allahu əkbər !"deyərək təkbir alır, belini büküb rüküyə gedər, əllərini diz qapaqlarının üzərinə qoyar, [306] "Sübhânə Rabbiyəl azîm!" deyər; [307] " Səmiallahu limən hamidəh" deyərək [ 308] başını qaldırıb onurğa sümüklərindən hər biri yerli yerinə gələnə qədər doğrulunca, [309] "Rəbbəna və ləkəlhamd!" deyər; [310] "Allahu əkbər !" deyərək səcdəyə gedərdi.

Səcdəyə getdiyi zaman; qollarını nə yerə sərər, nə də yanlarına yapıştırırdı .Ayaqlarının barmaqlarını, Qibləyə tərəf dikərdi . [311]

Peyğəmbərimiz (aleyhissalâtu vəssəlâm), bu səcdə vəziyyətini izah edərkən də :

"Mən, biri cəbhə (alınla burun), ikisi dizlər, ikisi də ayaq ucları olmaq üzrə, yeddi sümük ( orqan ) üzərində səcdə etməklə əmr olundum. Namaz qılarkən, paltarımızla saçımızı, düzəltmək üçün yığmaqdan da, nəhy olundum (qadağan olunmaq). "[ 312]

"Səcdə etdiyi zaman, qulun yeddi üzvü :Üzü, İki əli, İki dizi, İki ayağı da, onunla birlikdə, səcdə edər" buyurmuşdur. [313]

Peyğəmbərimiz (aleyhissalâtu vəssəlâm), səcdədə "Sübhânə Rabbiyəl a'lâ!" deyərdi. [314] Gərək rükûdəki, gərək səcdədəki təsbehi(zikir) ən az üç dəfə deyilməsini tövsiyə etmişdir. [31]

Peyğəmbərimiz (aleyhissalâtu vəssəlâm) "Allahu əkbər!" deyərək başını səcdədən qaldırar və sol ayağını büküb , üstünə otururdu və ikinci səcdədə də belə edərdi.

İkinci səcdəni etdikdən sonra "Allahu əkbər !" deyərək ikinci rükətə qalxar, [ 316] onu da qılıb oturunca " Əttahiyyâtü ..." nü və arxasından, şəhadət kəlmələrini oxuyardı və namazın sonunda, buna " Allahummə salli ..." və " Allahummə barik ..." salavatlarını əlavə edər və bundan sonra istədikləri duanı etmələrini müsəlmanlara əmr edərdi. [ 317 ]

Özləri isə, ən çox "Allâhümmə Rabbəna âtinâ fi'd-dünyâ hasənətən və fi'l-âxirəti hasənətən və qına azâbənnâr!" deyərək dua edərdi. [ 318 ]

Peyğəmbərimiz (aleyhissalâtu vəssəlâm), bundan sonra, başını əvvəl sağ çiyninə çevirib "Əssəlâmü aləyküm və rahmətullâh!," Sonra da sol tərəfinə çevirib "Əssəlâmü aləyküm və rahmətullâh!" deyərək salam verərdi. [ 319 ]

Salam verdikdən sonra, üç dəfə "Əstağfirullâh!", [ 320] bir dəfə də "Allâhümmə əntəssəlâmu və min kəssəlâmu təbârəktə yâ zəlcəlâli vəl'ikram. Lâ ilahə illallâhu vahdədû lâ şərîkə ləh ləhül mülkü və ləhül hamdü yuhyî və yümîtu və nüvə alâ külli şey'in qadîr. Allâhümmə lâ mania limâ ataytə və lâ mûtî limâ məna'tə. Vəlâ yənfau zəlcəddi minkəl cədd" deyərdi. [ 321 ] Ardından da :

Otuz üç dəfə " Sübhanallah , "

Otuz üç dəfə "Əlhəmdülillah , "

Otuz üç dəfə "Allahu əkbər , "

Sonunda da, bir dəfə "Lâ ilahə ilallâhu vahdəhu lâ şərikə ləh ləhül mülkü və ləhül hamdü və hüvə alâ kulli şey'in qadir " deyərdi [322] - ki, belə deyən kimsənin günahlarının, dəniz köpükləri qədər çox olsa da, hamısının bağışlanacağını müjdələmişdir. [323]

Peyğəmbərimiz (aleyhissalâtu vəssəlâm), ən sonunda "Sübhânə Rabbikə Rabbil izzəti amma yasıfûn və səlâmün aləl mürsəlîn vəlhamdü lillâhi rabbil âləmîn" âyəsini oxuyardı. [324 ]

Peyğəmbərimiz (aleyhissalâtu vəssəlâm), fərz namazların ardından Âyətə'l - Kürsî'yi oxuyan kimsənin də, ikinci bir namaza qədər Uca Allah`ın himayəsində olacağını xəbər vermişdir. [ 325 ]

"Peyğəmbər (aleyhissalâtu vəssəlâm)`ın Kur`ân'ı oxuması necə idi?" deyə soruşulunca , Ənəs b. Mâlik :

"Uzadılması lazım olanı uzadardı" dedikdən sonra, Besmeleni oxuyaraq : " ' Bismillâhiyi uzadardı, ' ərrah -mân'ı  uzadardı,' errahîm'i uzadardı " demişdir. [ 326]

Hz. Hafsa və Hz. Ümmü Sələmə`nin(Allah onlardan razı olsun) bildirdiklərinə görə; Peyğəmbərimiz (aleyhissalâtu vəssəlâm)  Qur`ân-ı Kərîm'i âyə-âyə oxuyardı:

'Bismillâhirrahmânirrahîm' deyər, kəsərdi.

'Əlhamdulillâhi rabbil âləmîn'  deyər, kəsərdi.

'Mâliki yəvmiddîn deyər, kəsərdi. [ 327] 

Peyğəmbərimiz (aleyhissalâtu vəssəlâm)`ın Beş Vaxt Fərz Namazlarla Birlikdə Qıldıqları Sünnə və Rükətləri

Hz. Aişə`nin (Allah ondan razı olsun) bildirdiyinə görə; Peyğəmbərimiz (aleyhissalâtu vəssəlâm):

Səhər namazının fərzindən əvvəl, evində iki rükət, Günorta namazının fərzindən əvvəl, evində dörd rükət; fərzindən sonra, evində iki rükət, [328]

İkindi namazının fərzindən əvvəl, evində dörd rükət , [ 329]

Axşam namazının fərzindən sonra, evində iki rükət, Yatsı namazının fərzindən sonra, evində iki rükət nafilə namaz qılardı.[330]

Bunu dörd qıldığı da olardı. [331]

Peyğəmbərimiz ( A.Ş. ):

" Günortanın fərzindən əvvəl dörd rükət, fərzindən sonra da dörd rükət qılmağa davam edəni, ( Allah ) Cəhənnəm atəşinə haram edər! " [ 332]

"İkindi (əsr) namazının fərzindən əvvəl dörd rükət namaz qılana, Allah rəhmət etsin!" buyurmuşdur. [ 333]

Yatsı namazının fərzindən əvvəl qılınan dörd rükət nafilə isə, Müsəlmanların istəklərinə buraxılmış olan; daha uyğun bir deyimlə, Müsəlmanların qılmağa məzun olduqları və müstəhsən(bəyənilən) görərək qıldıqları nafilələrdəndir ki, bu da Peyğəmbərimiz (aleyhissalâtu vəssəlâm)`ın bu hədis-i şərifinə əsaslanır

Əshab-ı Kiram`dan Talha b. Ubeydullah dəyir ki:

" Nəcd xalqından, saçı darmadağın bir kimsə, Rəsulullah (aleyhissalâtu vəssəlâm)`a gəldi. Onun səsini uzaqdan qarmaqarışıq eşidir, lakin nə söylədiyini anlamırdıq. Nəhayət, yaxınlaşdı. [ 334]

"Yâ Rasûlallâh! İslâm nədir?" deyə soruşdu. [ 335]

Məgər, İslâmın nə demək olduğunu soruşurmuş .

Onun bu sualına, Rəsulullah (aleyhissalâtu vəssəlâm):

"Bir gün bir gecədə beş namaz !" buyurdu.

Adamcağız :

"Üzərimdə bu namazlardan başqası da olacaqmı ?" deyə soruşdu.

Rəsulullah (aleyhissalâtu vəssəlâm):

"Xeyr, olmayacaq! Ancaq istəsən ( nafilə olaraq ) qılarsan... " buyurdu. [ 336]

 Namaza Etina Göstərməyin Önəmi

Peyğəmbərimiz (aleyhissalâtu vəssəlâm) bir gün [337] Məsciddə oturarkən, [338] çöl ərəbi kimi [339] bir adam gəlib [340] Peyğəmbərimiz (aleyhissalâtu vəssəlâm)`ın yaxınlığında [341] iki rükət [342] namaz qıldı. [ 343] Namazı etinasızca və başdansovdu qıldı. [ 344]

Peyğəmbərimiz (aleyhissalâtu vəssəlâm) onun etinasızca qılmağına baxırdı. [ 345]

Adam Peyğəmbərimiz (aleyhissalâtu vəssəlâm)`ın yanına gəlib salam verdi.

Peyğəmbərimiz (aleyhissalâtu vəssəlâm), onun salamına qarşılıq verdikdən sonra. [346] adama:

"Geri dön də, yenidən qıl! Çünki, sen ( tam ) namaz qılmış olmadın!" buyurdu.

Adam dönüb, [ 347] daha əvvəl qıldığı kimi, təkrar namaz qıldı. [348]

Sonra, dönüb Peyğəmbərimiz (aleyhissalâtu vəssəlâm)`ın yanına gələrək, [ 349] təkrar salam verdi.

Peyğəmbərimiz (aleyhissalâtu vəssəlâm), onun salamına qarşılıq verdi [ 350] və :

"Dön də, namazını yenidən başdan qıl! Çünki, sen ( tam ) namaz qılmış olmadın !" buyurdu. [ 351]

Adam təkrar döndü. Namaz qıldı , gəlib salam verdi.

Peyğəmbərimiz (aleyhissalâtu vəssəlâm), salamına cavab verdikdən sonra, ona:

"Dön də, namazını yenidən başdan qıl! Çünki, sen ( tam ) namaz qılmış olmadın !" buyurdu.

Bu, üç dəfə təkrarlandı. [ 352 ]

Namazı xəfifə alanın, namaza etina göstərməyənin namaz qılmış olmayacağı, Məscid'dəki insanları da qorxutdu. Bu, onlara da ağır gəldi. [ 353]

Bunun üzərinə, adam:

"Ey Allahın Rəsulu ! Atam , anam sənə fəda olsun! Sənə Kitabı nazil edən, [354] səni haqq dinlə peyğəmbər göndərən Allah`a and içərəm ki; mən bunun daha yaxşısını bilmirəm! [355 ]. Yâ Rasûlallâh! [356 ] Necə edəcəyimi, [357] namazın doğrusunun necə olduğunu [358] mənə göstər! [359 ] Öyrət ! [360]. Mən nə də olsa bir insanam : Doğru da , səhv də edə bilərəm ! "Dedi.

Peyğəmbərimiz ( A.Ş. ):

"Yaxşı! [361] Namaz qılmaq istədiyin, [362] namaz qılmağa qalxacağın zaman, [363] Allah`ın sənə əmr etdiyi kimi, [364] gözəlcə tam dəstəmaz al! [365 ].

Qibləyə yönəlib [366] 'Allahu əkbər!' deyərək təkbir al! [367]Ümmü'l-Kitâbı( Fatihəni ) oxu! [ 368 ]

Sonra, Qur’ân'dan, əzbərində olanı, sənə asan gələni, [369] istədiyini, [370] Allah'ın okumanı dilədiyi qədər oxu! [371] Sonra, rükü et! [372] Rüküyə çatdığında, ovuclarını diz qapaqlarının üzərinə qoy! Kürəyini donqar etmədən, dümdüz tut ! [373]

Üzvlərin tərpənməz hala gələnə qədər rükü halında qal! [374]

Rüküdan başını qaldırdığın zaman, sümüklər oynaqlarda yerləşincə, [375] üzvlər sakitləşənə qədər ayaq üsdə dimdik dur!

Səcdəyə getdiyində, üzvlərin sakitləşənə qədər səcdədə dur![376]

Səcdədən başını qaldırıb [ 377 ], üzvlərin sakitləşənə qədər [ 378 ] sol ombavın üzərinə otur!

Bunu hər rükət və səcdədə, [ 379 ] namazının bütün rükətlərində et! [ 380]

Bunları tam etdiyin zaman, namazını tamamlamış; bunlardan nəyi  əksildərsənə.[381] ancaq namazından əksiltmiş olarsan! "buyurdu.[382]

 Qəbul Olunan və Olunmayan Namazın Vəziyyəti

Peyğəmbərimiz (aleyhissalâtu vəssəlâm), bir hədisi- şəriflərində :

"Gözəl bir dəstəmaz alıb, namazı vaxtında qılan, rüku və səcdələrini əskiksiz yerinə yetirən və qəlbdən də xuşu ilə təvazökarlıq içində olanın namazı, ağ bir işıq olub göyə yüksələrək sahibi üçün deyər ki: Məni qoruduğun kimi Uca Allah da səni qorusun. Namazı vaxtında qılmayıb, dəstəmazı yaxşı almayan, rüku və səcdələrini huşu içində yerinə yetirməyənin namazı, qapqara olaraq göyə çıxar, sahibi üçün: Məni nöqsan etdiyin kimi Uca Allah da səni nöqsan, əskik etsin, deyər. Uca Allah nə vaxt diləsə o zaman, onun bu namazını bir bez kimi yığıb yüzünə vurar."  buyurmuşlar. [ 383]

Beş Vaxt Namazı Etina Edərək Qılan və Qılmayanların Vəziyyəti

Peyğəmbərimiz (aleyhissalâtu vesselâm), başqa bir hədis-i şəriflərində də :

"Beş vaxt namazı Allah fərz etdi.Hər kim bu namazların dəstəmazını tam alır, onları vaxtında qılar, rüku və huzûlarını əskiksiz etsə, Allah`ın, onu bağışlayacağı haqqında vədi vardır.Hər kim də bunu etməzsə, Allah`ın ona bir vədi yoxdur. İstəsə onu bağışlayar, istəsə əzaba uğradar!" buyurmuşlar. [ 384]

 -----------------------------------------   

 

[246] İmam-ı Azam Əbu Hənifə, Müsnəd, s. 3, Ahməd b. Hanbəl, Müsnəd, c. 2, s. 143, Buxârî, Səhih, c. 1, s. 8, Müslim, c. 1 , s. 45.

[247] Nisa: 101-102.

[248] Tâhâ: 14.

[249] Zâriyât: 56.

[250] Ankəbüt: 45.

[251] Furkân: 64, Hicr: 98, Zümər: 9, 20, Hacc 77, Tövbə: 112, Bakara: 228.

[252] Tabərî. Təfsir, c. 1. s. 29. Hâkim. Müstədrək. c. 2. s. 410-411.

M. Asım Köksal, İslâm Tarihi, Köksal Yayıncılık: 2/233-234.

[253] İbn Sa'd, Tabak âtü'l-k übrâ, c. 1, s. 213, Belâzurf, Ənsâbu’l -əşrâ f, c. 1, s. 255, Əbu’l-Fərəc İbn Cəvzî, əl –Vəli, c. 1, s. 218.

[254] İbn Əbi Şəybə, Musannəf, c. 14, s. 304, İbn Sa'd, Tabakât, c. 1 , s. 213, Ahməd b. Hanbəl, Müsnəd, c. 3, s. 149, Müslim, Səhih, c. 1, s. 146-147, Beyhakî, Delâilü' n-nübüvvə, c. 2, s. 384, İbn Əsîr, Câmiu "l-usû I, c. 1 2, s. 54, Zəhəbî, Târîhu'l -islâm, s. 266- 267.

[255] Abdurrəzzak, Musannəf, c. 1, s. 532.

[256] İbn Seyyid, Uyûnu'l-eser, c. 1, s. 148, Əbu'l-Fidâ, əl-Bidâyə və’n-nihâyə, c. 3, s. 117.

[257] Abdurrəzzak, Musannəf, c.1, s. 531, İbn Əbi Şəybə, c. 1, s. 317, Ahməd b. Hanbəl, c. 1, s. 333, Əbu Davud, c. 1, s. 107, Tirmizî, c. 1, s. 279, Hâkim, c. 1, s. 193, Beyhakî, Sünənü’l-kübrâ, c. 1, s. 364, İbn Əsîr, c. 6, s. 146.

[258] İbn Əbi Şəybə, c. 1, s. 317, Ahməd b. Hanbəl, c. 1, s. 354, Əbu Davud, c. 1, s. 107, Tirmizî, c. 1, s. 279, Hâkim, c. 1 , s. 193, Beyhakî, c. 1, s. 364, İbn Əsîr, c. 6, s. 1 46.

[259] Abdurrəzzak, Musannəf, c. 1, s. 531, İbn Əbi Şəybə, Musannəf, c.1 , s. 317, Hâkim, Müstədrək, c. 1, s. 193, Beyhakî, Sünənü’l-kübrâ, c.1, s. 364,

[260] Ahməd b. Hanbəl, Müsnəd, c. 1,s.333, Əbu Davud, Sünən, c. 1, s. 107, İbn Əsîr, Câmiu'l-usûl, c. 6, s. 147.

[261] Abdurrəzzak, c.1, s. 532, İbn Əbi Şəybə, c. 1,s.317, Ahməd b. Hanbəl, c. 1, s. 333, Əbu Davud, c. 1, s. 1 07 Tirmizî, c. 1, s. 279-280, Hâkim, c. 1, s. 193, Beyhakî, c. 1, s. 364, Bəgau, Məsâbîhu’s-sünnə, c. 1, s. 30, İbn Əsîr, c. 6. s. 147.

M. Asım Köksal, İslâm Tarihi, Köksal Yayıncılık: 2/234-235.

[262] İbrahim: 14/37-40.

[263] Ənbiya: 21/73.

[264] Hûd: 11/87.

[265] Tâhâ: 20/14.

[266] Mâidə: 5/12.

[267] Loğman: 31/17.

[268] ÂI-i İmran: 39.

[269] Məryəm: 19/31.

M. Asım Köksal, İslâm Tarihi, Köksal Yayıncılık: 2/235-236.

[270] Müzzəmmil: 73/2-4.

[271] Müzəmmil: 73/20, Nəsâi, Sünən, c. 3, s. 200.

[272] İsrâ: 18/79.

M. Asım Köksal, İslâm Tarihi, Köksal Yayıncılık: 2/236.

[273] Ahməd b. Hanbəl, Müsnəd, c. 5, s. 242.

[274] Əbu Davud,Sünən ,c.2ıs. 61, Tirmizî, Sünən, c. 2, s. 314, İbn Abdilberr, İStJâb, C. 2, S. 41 9.

M. Asım Köksal, İslâm Tarihi, Köksal Yayıncılık: 2/236.

[275] Mâidə: 5/6.

[276] Ahməd b. Hanbəl, c. 1, s. 129, Tirmizî, c. 1, s. 9, Dârımf, Sünən, c. 1, s. 175.

[277] Ahməd b. Hanbəl, c. 2, s. 20, Buxârî, Səhih, c. 1, s. 43, Müslim, Səhih, c. 1, s. 204, Tirmizî, d ,s.5.

[278] Ahməd b. Hanbəl, c. 4, s. 316, Əbu Davud, c. 1, s. 193, İbn Mâcə, Sünən, c. 1, s. 264.

[279] Ahməd b. Hanbəl, c. 4, s. 316, Buxârî, c. 1, s. 1 80, Müslim, c. 1 , s. 292, Əbu Davud, c. 1, s. 193.

[280] Ahməd b. Hanbəl, Müsnəd, c. 4, s. 316, Əbu Davud, Sünən, c. 1, s. 193.

[281] Ahməd b. Hanbəl, c. 4, s. 316, Əbu Davud, c. 1, s. 193, Dârimî, Sünən, c. 1, s. 255.

[282] Əbu Davud, c. 1, s. 206, Tirmizî, Sünən, c. 2, s. 10, 11, İbn Mâcə, Sünən, c. 1, s. 264, Nəsâî, Sünən, c. 2, s. 132.

[283] Tirmizî, Sünən, c. 2, s. 14-15.

[284] Malik,Muvatta', c. 1,s.87, Ahməd b. Hanbəl, c. 4, s. 31 6, Buxârî, Səhih, c. 1, s. 1 90, Tirmizî, c. 2, s. 28.

[285] Malik,Muvatta',c.1, s. 84, Ahməd b. Hanbəl, c. 2, s. 241, Müslim, c.1, s. 296, Əbu Davud, c.1, s. 216-217, Tirmizî, c. 2, s. 121, Nəsâî, c. 2, s. 135.

[286] Ahməd b. Hanbəl, Müsnəd, c. 4, s. 34.

[287] Ahməd b. Hanbəl, c. 4, s. 34, Müslim, c. 1, s. 337.

[288] Ahməd b. Hanbəl, c. 5, s. 34, Müslim, c. 1, s. 337.

[289] Buxârî, Səhih, c. 1, s. 1 87.

[290] Buxârî, Səhih, c.1, s. 187.

[291] Müslim, c.1, s. 336, Tirmizî, c. 2, s. 109.

[292] Ahməd b. Hanbəl, c. 5, s. 104.

[293] Ahməd b. Hanbəl, c. 4, s. 419, Buxârî, c. 1, s. 1 87, Müslim, c. 1 , s. 338, Tirmizî, c. 2, s. 109.

[294] Ahməd b. Hanbəl, c. 5, s. 295, Buxârî, c. 1, s. 1 85, Müslim, c. 1 , s. 333, Əbu Davud, c. 1,s.212.

[295] Ahməd b. Hanbəl, c. 1, s. 328, İbn Mâcə, c. 1, s. 269-270.

[296] Ahməd b. Hanbəl, c. 4, s. 383, Buxârî, c. 1, s. 1 85, Müslim, c. 1 , s. 333.

[297] Ahməd b. Hanbəl, c. 5, s. 103, Əbu Davud, c. 1, s. 213, Tirmizî, c. 2, s. 111.

[298] Ahmet b. Hanbəl, c. 5, s. 1 03.

[299] Ahməd b. Hanbəl, c. 5, s. 86, Müslim, c. 1, s. 337-338.

[300] Tirmizî, c. 2, s. 111.

[301] Ahməd b. Hanbəl, Müsnəd, c. 4, s. 83, Əbu Davud, Sünən, c. 1, s. 214-215, İbn Mâcə, Sünən, c. 1, s. 272.

[302] Ahməd b. Hanbəl, c. 1, s. 215.

[303] Ahməd b. Hanbəl, c. 4, s. 284, Buxârî, c. 1, s. 1 86, Müslim, c. 1 , s. 339, Tirmizî, Sünən, c. 2, s. 115.

[304] Tirmizî, Sünən, c. 2, s. 114.

[305] Müslim, Səhih, c. 1 , s. 340.

[306] Ahməd b. Hanbəl, c. 5, s. 424, Buxârî, c. 1, s. 201, Əbu Davud, c. 1, s. 194.

[307] Abdurrəzzak, Musannəf, c. 2, s. 1 55, Ahməd b. Hanbəl, c. 5, s. 382, Tirmizî, c. 2, s. 48.

[308] Abdurrəzzak, c. 2, s. 165, Ahməd b. Hanbəl, c. 5, s. 424, Buxârî, c. 1, s. 201, Əbu Davud, c. 1.S.194

[309] Ahməd b. Hanbəl, c. 5, s. 424, Buxârî, c. 1, s. 201, Əbu Davud, c. 1, s. 194.

[310] Ahməd b. Hanbəl, c. 4, s. 353, Buxârî, c. 1, s. 1 93.

[311] Ahməd b. Hanbəl, c. 5, s. 424, Buxârî, c. 1, s. 201, Əbu Davud, c. 1, s. 194.

[312] Abdurrəzzak, Musannəf, c. 2, s. 179-1 80, Buxârî, c. 1, s. 198, Müslim, c. 1, s. 354, Dârimî, Sünən, c. 1, s. 244-245.

[313] Ahməd b. Hanbəl, c.1, s. 206, Müslim, c. 1 , s. 355, Əbu Davud, c. 1, s. 235, Tirmizî, c. 2, s. 61 , İbn Mâcə.c. 1, s. 286. 31 4.

[314] Abdurrəzzak, c. 2, s. 155, Ahməd b. Hanbəl, c. 5, s. 382, Tirmizî, c. 2, s. 48.

[315] Tirmizî, Sünən, c. 2, s. 47, İbn Mâcə, Sünən, c. 1 , s. 287-288.

[316] Əbu Davud, Sünən, c. 1 , s. 194.

[317] Ahməd b. Hanbəl, Müsnəd, c. 1, s. 408, Buxârî, Səhih, c. 1, s. 203, Müslim , Sahîh.c. 1, s. 301-302, Əbu Davud, c. 1, s. 254, Tirmizî, Sünən, c. 2, s. 81 , İbn Mâcə, Sünən, c. 1, s. 290.

[318] Ahməd b. Hanbəl, c. 3, s. 101, Buxârî, c. 7, s. 1 63, Əbu Davud, c. 2, s. 85.

[319] Abdurrəzzak, Musannəf, c. 2, s. 219, Ahm ed b. Hanbəl, c. 1, s. 390, Əbu Davud, c. 1, s. 261 -262, Tirmizî, Sünən, c. 2, s. 89, İbn Mâcə, c. 1 , s. 296.

[320] Ahməd b. Hanbəl, c. 5, s. 275, Müslim, c. 1 , s. 414.

[321] Ahməd b. Hanbəl, c. 4, s. 245, Buxârî, c. 1 , s. 205, Əbu Davud, c. 2, s. 82, Tirmizî, c. 2, s. 96-97, Dârimî, Sünən, c. 1,s. 253.

[322] Ahməd b. Hanbəl, c. 2, s. 238, Müslim, c. 1 , s. 418, Əbu Davud, c. 2, s. 82, Dârimî, c. 1, s. 254.

[323] Müslim, c. 1, s. 418, Əbu Davud, c. 2, s. 82.

[324] Tirmizî, c. 2, s. 97, Heysemî, Mecmau'z-zevâid, c. 2, s. 147-148.

[325] Heysemî, Mecmau'z-zevâid, c. 2, s. 148.

[326] Buxârî, Səhih,c.6, s. 112.

[327] Ahməd b. Hanbəl, Müsnəd, c. 6, s. 288, 302.

M. Asım Köksal, İslâm Tarihi, Köksal Yayıncılık: 2/237-241.

[328] Ahməd b. Hanbəl, Müsnəd, c. 6, s. 30, Müslim , Səhih, c. 1, s. 504, Ebu Davud, Sünən, c. 2, s. 18-19.

[329] Tirmizî, Sünən, c. 2, s. 294.

[330] Ahməd b. Hanbəl, c. 6, s. 30, Müslim, c. 1, s. 504, Əbu Davud, c. 2, s. 18.

[331] Ahməd b. Hanbəl, c. 1, s. 341, Buxârî, c. 1, s. 37, Əbu Davud, c. 2, s. 45.

[332] Ahməd b. Hanbəl, Müsnəd, c. 6, s. 326, Tirmizî, Sünən, c. 2, s. 293.

[333] Ahməd b. Hanbəl, c. 2, s. 117, Əbu Davud, Sünən, c. 2, s. 23, Tirmizî, c. 2, s. 296.

[334] Malik, Muvatta', c. 1, s. 175, Buxârî, Səhih, c. 1, s. 17, Müslim, Səhih, c. 1,s. 40-41, Əbu Davud, c. 1, s. 106, Nəsâî, Sünən, c. 1, s. 226-227, Beyhakî, Sünənü’l-kübrâ, c. 1, s. 361.

[335] Ahməd b. Hanbəl, c. 1, s. 162.

[336] Malik, c.1 ,s.175, Buxârî, c. 1, s. 17, Müslim, c. 1,5.4041 , Əbu Davud, c. 1 ,s.1O6, Nəsâî, c. 1, s. 226-227, Beyhakî, c. 1,5.361.

M. Asım Köksal, İslâm Tarihi, Köksal Yayıncılık: 2/241-242.

[337] Tirmizî, c.2, s. 100-101.

[338] Abdurrəzzak, Musannəf, c. 2, s. 370, Ahməd b. Hanbəl, c. 4, s. 340, Tirmizî, c. 2, s. 100.

[339] Tirmizî, Sünən, c. 2, s. 101.

[340] Ahməd b. Hanbəl, c. 4, s. 340, Tirmizî, c. 2, s. 101.

[341] Ahməd b. Hanbəl, c. 4, s. 340.

[342] Abdurrəzzak, c. 2, s. 370.

[343] Abdurrəzzak, c. 2, s. 370, Ahməd b. Hanbəl, c. 4, s. 340, Buxârî, c. 1, s. 184, Əbu Davud.c.1 , s. 226, İbn Mâcə .Sünən, c. 1, s. 336.

[344] Tirmizî, Sünən, c. 2, s. 101.

[345] Abdurrəzzak, Musannəf, c. 2, s. 370.

[346] Abdurrəzzak, c.2, s. 370, Buxârî, Sahîh, c. 1,s.184,192, Əbu Davud, Sünən, c.1, s. 226, Tirmizî, Sünən, c. 2, s. 101, İbn Mâcə, Sünən, c. 1, s. 336, Nəsâî, Sünən, c. 2, s. 124.

[347] Abdurrəzzak, c.2, s. 370, Ahməd b. Hanbəl, Müsnəd, c. 4, s. 340, Buxârî, c. 1,s.184, Əbu Davud, c. 1, s. 226, Tirmizî, c. 2, s. 101, İbn Mâcə, c. 1, s. 336, Nəsâî, c. 2, s. 124.

[348] Ahməd b. Hanbəl, c. 4, s. 340, Buxârî, c. 1, s. 1 84, Ebu Davud, c. 1, s. 226, Nəsâî, c. 2, s. 124.

[349] Abdurrəzzak, c. 2, s. 370, Ahməd b. Hanbəl, c. 4, s. 340, Buxârî, c. 1, s. 184, Əbu Davud, c.1 , s. 226, Tirmizî, c. 2, s. 101, İbn Mâcə, c. 1, s. 336, Nəsâî, c. 2, s. 1 24.

[350] Abdurrəzzak, c. 2, s. 370, Buxârî, c. 1, s. 184, Ebu Davud, c. 1 , s. 226, İbn Mâce, c. 1, s. 336.

[351] Abdurrəzzak, c. 2, s. 370, Ahməd b. Hanbəl, c. 4, s. 340, Buxârî, c. 1, s. 184, Əbu Davud, c. 1 , s. 226, İbn Mâcə.c. 1, s. 336, Nəsâî, c.2, s. 124.

[352] Abdurrəzzak, c.2, s. 370, Buxârî, c. 1, s. 184, Əbu Davud, c.1 , s. 226, Tirmizî, c. 2, s. 104, Nəsâî, c. 2, s. 124.

[353] Tirmizî, Sünən, c. 2, s. 105.

[354] Abdurrəzzak, Musannəf, c. 2, s. 370.

[355] Buxârî, c. 1, s. 184, Əbu Davud, c. 1, s. 226, Nəsâî, c.2, s. 124.

[356] Ahməd b. Hanbəl, c. 4, s. 340, İbn Mâcə, c. 1, s. 336.

[357] Ahməd b. Hanbəl, Müsnəd, c. 4, s. 340.

[358] Tirmizî, Sünən, c. 2, s. 102.

[359] Abdurrəzzak, Musannəf, c. 2, s. 370.

[360] Abdurrəzzak, c. 2, s. 370, Ahməd b. Hanbəl, c. 4, s. 340, Buxârî, c. 1, s. 184, Əbu Davud, c.1 ,s. 226, Tirmizî, c. 2, s. 104, İbn Mâce, c.1, s. 336.

[361] Tirmizî, Sünən, c. 2, s. 102.

[362] Abdurrəzzak, Musannəf, c.2, s. 370, Ahmədb. Hanbəl, Müsnəd, c. 4, s. 340.

[363] Buxârî, Sahîh, c. 1, s. 1 84, Əbu Davud, Sünən, c. 1, s. 227.

[364] Mâide: 6, Tirmizî, Sünən, c. 2, s. 102.

[365] Abdurrəzzak, c. 2, s. 370, Ahməd b. Hanbəl, c. 4, s. 340, Buxârî, c. 7, s. 226, Əbu Davud, c.1 , s. 226, Tirmizî, c. 2, s. 102, İbn Mâce, Sünən, c. 1 ,s.336.

[366] Abdurrəzzak, c. 2, s. 370, Ahməd b. Hanbəl, c. 4, s. 340, Buxârî, c. 7, s. 132, Əbu Davud, c. 1 , s. 227, İbn Mâcə, c. 1, s. 336.

[367] Abdurrəzzak, c. 2, s. 370, Ahməd b. Hanbəl, c. 4, s. 340, Buxârî, c. 1, s. 184, Əbu Davud, c.1 ,s. 226, Tirmizî, c. 2, s. 104, İbn Mâcə, c. 1, s. 336, Nəsâî, Sünən, c. 2, s. 124.

[368] Ahməd b. Hanbəl, c. 4, s. 340, Əbu Davud, c. 1, s. 227.

[369] Buxârî, Sahîh, c. 1, s. 1 84, Əbu Davud, c. 1, s. 226, Tirmizî, c. 2, s. 104, İbn Mâce, c. 1, s. 336, Nəsâî, c. 2, s. 124.

[370] Ahməd b. Hanbəl, Müsnəd, c. 4, s. 340.

[371] Əbu Davud, Sünən, c. 1 , s. 227.

[372] Abdurrəzzak, c.2, s. 370, Buxârî, c. 1, s. 184, Əbu Davud, c. 1, s. 226, Tirmizî, c. 2, s. 104, İbn Mâcə, c. 1, s. 336, Nəsâî, c.2,s.124.

[373] Ahməd b. Hanbəl, c. 4, s. 340, Əbu Davud, c. 1, s. 227.

[374] Abdurrəzzak, c. 2, s. 370, Ahməd b. Hanbəl, c. 4, s. 340, Buxârî, c. 1, s. 184, Əbu Davud, c.1 , s. 226, Tirmizî, c. 2, s. 104, İbn Mâce, c. 1, s. 336, Nəsâî, c. 2, s. 1 24.

[375] Ahməd b. Hanbəl, Müsnəd, c. 4, s. 340.

[376] Abdurrəzzak, c. 2, s. 370, Ahməd b. Hanbəl, c. 4, s. 340, Buxârî, c. 1, s. 184, Əbu Davud, c.1 ,s. 226, Tirmizî, c. 2, s. 104, İbn Mâce, c. 1, s. 336-337, Nəsâî, c. 2, s. 1 24.



05-05-2014 03:36:50

Düğüme özel