Ana səhifə

Peyğəmbərimiz daş və ya torpaq üzərinə səcdə edərdi?


YazdırSend to friend
Sual Detayı: 
salam.cammati o qeder cas bas salirlarki,bilmirik kime inanaq.Biri deyir mohurle namaz duzdu biri deyir sehvdi.biri deyir tekbirde ellerini qulaq dibine qeder qaldira bilersen,biri deyir olmaz.Bele seyler coxdu.Cammat bilmir neynesin.Peygemberimiz mohursuz qilib deyiller,kim gorub onu,hansi fakta esaslanib deyiller?Kim ozune nece serf edir elede deyir.Neise duzunu Allah bilir,kim nece qilirsa Allah qebul eylesin
Cavab: 

     Bizlərə düşən  saleh insanların, alimlərin ardınca getməkdir, çünkü həyatlarını Peyğəmbər Əfəndimizin yaşantısına (sünnəsinə) uyğunlaşdıran, Ona ən çox bənzəməyə çalışan və Ona ən çox tabe olanlar o saleh müsəlmanlardır. 

    Namazın qiyam, rüku, səcdə, .. kimi rüknləri, bütün Əhl-i sünnə məzhəblərində eynidir.

    Kərbəladan gətirilən daş üzərinə səcdə etmə bəzi Şiə qruplarda vardır. Bunu Hz. Hüseyn (Allah ondan razı olsun) 'in xatirəsinə edərlər. Hz. Peyğəmbər sallallahu aleyhi və səlləm əfəndimiz zamanında belə bir tətbiq yoxdur.

    Peyğəmbər Əfəndimiz (sallallahu aleyhi və səlləm.) təmiz olan hər yerə səcdə etmiş və bizə nümunə olmuşlar. Çünki, Onun üçün kürə-i ərz bir məsciddir. Şiə alimlərinin isə, sadəcə daş və torpaq üzərinə səcdə edilməsinin rəvayətinin qaynağını verə biləcəkləri mi görəsən? Və ya qətiyyən yiyilen və içilən şeylərin üzərinə səcdə edilməməsi barəsində bir rəvayət göstərilməsi mümkün müdür?

Geyimlər Üzərinə Səcdə:

    Ənəs (Allah ondan razı olsun) nəql edir:

"Biz çox isti günlərdə Rəsulullah (SAV) ilə birlikdə namaz qılardıq. Birimiz anlını isti səbəbiylə yerə qoya bilməyəcək olsa paltarını sərər, onun üzərinə səcdə edərdi. " (İbrahim Canan, Kutubu Sittə, Müxtəsəri və Şərhi, VIII/535.)

Səccadə Üzərinə Səcdə:

    Amr İbnü Dinar rahiməhullah izah edir:

"İbn-i Abbas Radıyallahu anhumə Bəsrə`də xalçası üzərində namaz qıldı, sonra yoldaşlarına Rəsulullah Aleyhissalatu Vəssəlamın xalçası üzərində namaz qıldığını söylədi." (İbrahim Canan, Kutubu Sittə Müxtəsəri və Şərhi, XVII/43.)

    Samit İbnü Samit (RA) nəql edir:

"Rəsulullah sallallahu aleyhi və səlləm, bir paltara bürünmüş olaraq Məni Abdiləşhəl qəbiləsində namaz qıldı. (Səcdədə) çınqılların soyuqluğundan qorunmaq məqsədilə əllərini paltarının üzərinə qoymuşdu. " (İbrahim Canan, Kutubu Sittə, Müxtəsəri və Şərhi, XVII/44.)

Açıqlama:

    Səcdə əsnasında alın və əllərin yerə qoyulması əsas isə də, soyuq və ya isti səbəbiylə imkansızlıq  vəziyyətində, geyilən paltarın bir kənarına alın və ya əllərin qoyula biləcəyinə hökm edildi.

    Əbu Hənifə və cumhurun(alimlərin) ​​görüşü budur.

 

Namazda möhürdən istifadə etmə.

Namazda iftitah təkbiri necə alınmalı,



02-07-2014 06:33:28