Ana səhifə

Peyğəmbərimiz həftənin neçənci günü çimirdi və necə yatırdı?


YazdırSend to friend
Sual Detayı: 
Peyğəmbərimiz həftənin neçənci günü çimirdi və necə yatırdı?
Cavab: 

Peyğəmbərimizin yuyunmaqla əlaqədar hədislərinə baxdığımız zaman bunlarla qarşılaşarıq: Əbu Hüreyrə (r.ə.) rəvayət edir.

Rəsulu Əkrəm Əfəndimiz (s.ə.v.) belə buyurdular: "Allah rizası üçün hər Müsəlmanın həftədə bir gün başını və bədənini yuması bir haqqdır, bir vəzifədir."

Cabir min Abdullahın rəvayətindəki hədisi şərifin tərcüməsi belədir:

"Hər Müsəlmanın həftədə bir gün yuyunması lazımdır. O gün də Cümə günüdür."

Hz. Səmürədən gələn rəvayətə görə Peyğəmbərimiz (s.ə.v.) belə buyurarlar:

"Cümə günü dəstəmaz alan mömin nə gözəl bir iş etmiş olar, lakin o gün qüsl almaq daha fəzilətli və savablıdır." (Hədislər üçün bax ət-Tac, 1:279, 110.)

Bütün bu hədislər bədən təmizliyinin ən az həftədə bir gün təkrarlanmasını, bu iş üçün də Cümə gününün seçilməsini tövsiyə etməkdədir. Hətta bu hədislərdən hərəkət edən bəzi üləma Cümə günü yuyunmağı vacib, bəziləri də sünnə olaraq görsələr də, bu məndup bir ibadətdir. Bu yuyunma, fərz olan yuyunmanın xaricindədir. Bir insana nə vaxt su zərurət etsə, vaxt keçirmədən dərhal yuyunması onsuz da fərzdir. Bunun üçün bir zaman və gün yoxdur. Həftə içində Cümə günü yuyunmanın xeyli çox hikmət və savabı vardır. Lakin bu hədislər həftənin sair günlərində yuyunmanın məkruhluğunu göstərməz. Əslində mümkünsə hər gün yuyunmaq, yada iki-üç gündə bir yuyunmaq, ən gözəlidir. Lakin bu da olmazsa həftəni keçirməmək lazımdır. Çünki bu bədənin səhhəti və rahatı üçün mühüm faydaları içində oldurmaqdadır.  (bax. Məmməd Paksu İbadət Həyatımız)


Peyğəmbərimizin yatma ədəbi haqqında aşağıdakı linkdə məlumat var.

http://www.sorularlaislamiyet.com/index.php?s=show_qna&id=2815



23-07-2010 10:40:19

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz