Ana səhifə

Peyğəmbərimiz meraca həm cismi həm də ruhu iləmi getmişdir?


YazdırSend to friend
Sual Detayı: 
Peyğəmbərimiz meraca cismi və ruhu ilə getmişdir?
Cavab: 

Özünə ayələrimizdən bir qisimini göstərək deyə, qulunu (Muhammədi) bir gecə Məscidi-Haramdan, ətrafını mübarək etdiyimiz Məscidi-Əqsaya (İsra -gecə yürüyüşü- ilə) aparan (Allah, hər cür nöqsanlıqdan) münəzzəhdir. Şübhəsiz ki, Səmi'(hər şeyi eşidən), Basir (haqqıyla görən), ancaq Odur. (İsra surəsi, 1)

   "Madam bu insanlar içində, bu kainat Sâni'inin (kainatı sənətlə yaradan Allahın) məqsədlərini ən mükəmməl bir surətdə bildirən və bu kainat tilsimini kəşf edən(sirlərini ortaya çıxaran) və xilqətin muammasını (yaradılışın gizliliklərini) açan və rübubiyyətin (Allahın tərbiyə və idarə ediciliyinin) səltənətinin gözəlliklərinə ən mükəmməl tərzdə dəllallıq (vasitəçilik) edən Muhamməd aleyhissalatu vəssəlamdır. Əlbəttə bütün insanların fərdləri içərisində elə bir mənəvi seyr ü süluku (mənəvi mərtəbələrdə səyahəti) olacaqdır ki, cismani (maddi) aləmdə seyr ü səyahət surətində bir Meracı (yüksəlməsi) olacaqdır. 'Yetmiş min pərdə' təbir olunan bərzax-ı əsma (isimlərin pərdələrinin) və təcəlli-i sifət və əf'al (sifətlərin və feillərin bütün kainatdakı parıldamalarının) və mövcudat təbəqələrinin arxasına qədər qat-ı məratib edəcəkdir (mərtəbələr keçəcəkdir). İşdə Me`rac budur." (Sözlər, 31. Söz, 245)   

    Bəli, Allah Rəsulu (s.ə.s) bu möcüzəvi səfərdə ruhu və vücudu ilə iştirak etmişdir. Bunun dəlilləri belədir:

   1. Qurani-Kərimdə bu hadisə təsvir edilərkən işlənən sözlər Rəsulullahın bu səfərə ruhən və cismən getdiyini göstərir. “Qulunu bir gecə Məscidül-Haramdan Məscidül-Əqsaya qədər…” ifadəsindəki “əbd” (qul) sözü ruh və bədəni ehtiva edir. “Əbd” sözü Quranın digər ayələrində də bu mənada işlənir. Nəss həqiqi mənanı verirsə, onun təvilinə (şərhinə) girmək doğru deyildir. Üstəlik bu səfər yuxuda olarkən və yalnız ruhla baş tutsaydı,  ayədə  “…qulunun ruhu ilə…” sözü işlənərdi. 

    2. İsra-Merac hadisəsindən bəhs edən “İsra” surəsi “Subhanəlləzi əsra bi abdihi” ayəsi ilə başlayır ki, ərəblər də heyrətamiz bir hadisə ilə qarşılaşıb dəhşətə gələndə “sübhanallah!” deyərdilər. Bu surənin belə bir cümlə ilə başlaması göstərir ki, burada qeyri-adi hadisələr təsvir olunacaq. Əgər bu, yuxuda görülmüş olsaydı, heyrətamizliyinə işarə edilməzdi. 

    3. Mövzu ilə bağlı bir ayədə “Sənə (Meracda) göstərdiyimi insanlar üçün bir fitnə (imtahan vəsiləsi) etdik(İsra, 17/60) ifadəsi işlənir ki, meydana gələn bu hadisə də ruh və bədənin birgə iştirakına işarədir. Belə ki, Rəsulullah əvvəllər də mənəvi aləmə dair bir çox hadisədən xəbər vermişdi. Ancaq müşriklər bunların heç birinə bu şəkildə qəti etiraz etməmişdilər və onlar bir imtahan vəsiləsi olmamışdı. Onsuz da, insanlar yuxularında bir çox qəribə hadisələr görür, keçilməz məsafələr aşırlar. Səhər durub bunları camaata danışanda da heç kim olanları qəribə qarşılamır və qeyri-mümkün hesab etmir. Ancaq İsra-Merac hadisəsini eşidən müşriklər ona qarşı çıxmış, bunun mümkün olmadığını iddia etmişdilər. Əgər İsra və Merac ancaq ruhla, cismən deyil, sırf mənən gerçəkləşmiş olsaydı, hadisəni bu cür sərt və kəskin etirazlarla qarşılamazdılar.        4. İsra və Meracın ruh və cisimlə olduğu haqda səhabə və ümmətin icması (yekdil fikri) var. Hz. Əbu Bəkir, Hz Ömər, Hz. Osman, Hz. Əli (Allah hamısından razı olsun) kimi böyük səhabələr bu hadisənin ruh və bədənlə gerçəkləşməsi məsələsində həmfikirdilər.

    5. Bu hadisədən sonra istər Ümmü Haninin Allah Rəsuluna görə narahat olması, istərsə də Onun (s.ə.s) öz əndişələri göstərir ki, İsra və Meraca ruh və bədəni ilə getmişdir. Əgər Rəsulullah İsra və Meraca cismi ilə deyil, yalnız ruhu ilə getsəydi, insanların bunu qəbul edib-etməyəcəyinə dair əndişə olmazdı.

   6. Əgər İsra və Merac yuxuda və sırf ruhla baş versəydi, nə Rəsulullahın peyğəmbərliyinə dəlil, nə də bir möcüzə sayılardı. Çünki insanlar yuxuda uçur, normal həyatda mümkün olmayan işləri görür, hər cür xariqüladə hadisələri görə bilir. Ancaq heç birini qəribə hadisə və ya möcüzə kimi təqdim etmir. Heç kim də yuxuda görülən bu cür şeyləri inkar etmir.

   7. Göz nə (sağa-sola) yayındı, nə də uzağa getdi. And olsun ki, (Peyğəmbər) Rəbbinin ən böyük qüdrət nişanəsini gördü. (Nəcm surəsi)

   8. Həmçinin Allah Rəsulunun Məscidül-Əqsada digər peyğəmbərlərə namaz qıldırması bu hadisənin ruh-bədən bütövlüyündə baş verdiyini isbat edir.

   Bütün bunlardan aydın olur ki, İsra və Merac Allah Rəsulunun bir möcüzəsidir. Qurani-Kərim, sünnə və icma (Əshabın yekdil rəyi ilə əqaid hökmünə çevrilmiş dinin əmrləri.) bu hadisənin olduğunu təsdiq edir.



13-04-2018 04:05:54

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz