Ana səhifə

Peyğəmbərimiz (s.ə.s.) kimlərə qarğış etmişdir? Utbə bin Əbu Ləhəbə qarğış etdiyi doğrudur?


YazdırSend to friend
Sual Detayı: 
Peyğəmbərimiz (s.ə.s.) kimlərə qarğış etmişdir? Utbə bin Əbu Ləhəbə qarğış etdiyi doğrudur?
Cavab: 

Tam adı Utbə bin Əbu Ləhəb bin Abdulmuttalib əl-Qureyşi əl-Haşimidir. Ləqəbi isə, Əbu Qəyyumdur. Peyğəmbərlikdən əvvəl Rəsulu Əkrəm Əfəndimizin (s.ə.s.) mübarək qızlarından Hz. Rukiye (r.ə.) ilə evlənmişdi. Peyğəmbərlikdən sonra İslam dininə olan düşmənliklərindən ötəri başda atası Əbu Ləhəb olmaq üzrə ailəsinin də təzyiqləri ilə Hz. Rukiyəni (r.ə.) boşamışdır.

 

Utbə, Nəcm Surəsi endiyi zaman, Rəsulu Əkrəm Əfəndimiz (s.ə.s.)ə gələrək küfrünü açıqlamış, təhqirlərdə olmuş və bununla da qalmayıb mübarək köynəyindən çəkərək cırmışdır. Peyğəmbər Əfəndimiz də (s.ə.s.) "Allahım ona bir itini müsəllət et " buyuraraq özünə qarğış etmişdir.

 

Abdullah İbni Abbasdan (r.ə.) edilən rəvayətə görə bu hadisədən sonra Utbə ticarət karvanı ilə birlikdə Şama getmək üzrə yola çıxdı. Karvan Şam yolu üzərində olan Ğadıra Vadisində gecəni keçirmək üzrə yerləşdi. Oradakı yerlilər onlara, gecələri vəhşi heyvanların gəldiyini söylədilər. Əbu Ləhəb yoldaşlarına, "Ey əhli Qureyş, oğulumu qorumaq üçün bir tədbir görün. Çünki Məhəmməd ona qarğış etdi" dedi. Bunun üzərinə, karvanda olanlar bir saf halında düzüldü və Utbə də bu safın ortasına oldu. Dəvələr də arxa və önə yerləşdirilərək bir qalxan yaradıldı. Karvanda olan Həbbar bin Esved belə deyər: "Gecə bir aslan dəvələrin arasından gələrək sıra ilə hər kəsi iylədi. Sıra Utbəyə gəldiyində onu pəncələri arasına alaraq parçaladı."

 

Utbə bin Əbu Ləhəbin bu hadisəsi, siyer və təfsir qaynaqlarında, Zəmahşəri, Əbul-Fereç əl-İsfehani və İbni Kəsr kimi alimlərin ifadələrində dəyişik üslublarla izah edilər. Ayrıca söz mövzusu hadisə Rəsulu Əkrəm Əfəndimizin (s.ə.s.) şairlərindən olan Həsən bin Sabitin (r.ə.) şeirində isə, hadisə Utbənin ləqəbi ilə izah edilər: " Qəyyumun  başına gələn nədir? Aslanın onun parçalaması nə üçündür? Şübhəsiz bu hadisədə, özünə tabe olunan Rəsulu Əkrəm Əfəndimiz (s.ə.s.) və ona inananlar üçün böyük bir ibrət vardır…"



11-01-2010 09:02:25

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz