Ana səhifə

Peyğəmbərimiz (s.ə.s.) özünün də çobanlıq etdiyini necə izah etməkdədir?


YazdırSend to friend
Sual Detayı: 
Peyğəmbərimiz (s.ə.s. )"Hiçbir peyğəmbər yoxdur ki, qoyun güdməmiş olsun" buyurmaqdadır. Peyğəmbərimiz (s.ə.s.) özünün də çobanlıq etdiyini necə izah etməkdədir?
Cavab: 

Rəsulu Əkrəm Əfəndimiz səadət ömürünün onuncu ili içində idi.

Bu sırada, himayəsində olduğuəmisi Əbu Talibin qoyun və keçilərini güdmək istədiyini söylədi. Onu canı kimi sevən əmisi əvvəl buna razı olmadı. Ancaq Əfəndimizin şiddətli arzu və israrı qarşısında qəbul etdi. Lakin bu səfər arvadı Fatimə Xatun bu istəyə şiddətlə etiraz etdi. Öz körpələrindən daha çox qiymət verdikləri Kainatın Əfəndisini yandırıcı günəş altında buraxmağa könülləri necə razılıq göstərə bilərdi?

Lakin, Fahrı Aləm Əfəndimiz bu arzusunda qərarlı idi. Bunun üçün Fatimə Xatunu da razı etdi.

Əfəndimiz, səhərlər qoyun və keçiləri götürərək vadilərdə və təpələrdə dolaşdırıb otlatmağa başladı.

Beləcə, həm dolanışıq çətinliyi içində olan əmisinə, heç olamassa çoban tutma xərcindən qurtarmaq surətiylə köməkdə olmuş, həm də tək başına yerləri və göyləri dərin dərin təfəkkür etmə imkanı əldə etmiş olurdu. Çöldə Cənabı Haqqın, hər an təzələnildirdiyi yer və göy səhifələrindəki ülvi mənzərələri seyr edir, ruhu onlardan bənzərsiz bir zövq və dərin bir bolluq alırdı. Üzərinə aldığı bu vəzifə onu eyni zamanda tefessüh etmiş, pozulmuş cəmiyyətin yalan, hiylə, fırıldaqçılıq və riya ilə bulaşmış həyatlarından uzaq qalma imkanına da qovuşdururdu.

Mübarək ömrünün bir ilini qoyun güdməklə keçirən Əfəndimiz, peyğəmbərlik vəzifəsi verildikdən sonra Səhabələriylə bir gün yaylağaçıxmışdılar. Merruzahran mövqeyindəbərabərcə misvak ağacının yemişini yığırdılar. Könülləri qucaqlayan təbəssümləri arasında Səhabələrinə belə buyurdu:

"Siz bu yabanı yemişlərin qurularını seçin. Çünki, onun qarası ən ləzzətlisidir."

Səhabələr maraq və heyrət içində,

"Ya Rəsulullah," dedilər. "Bu yemişin yaxşısını pisini çobanlar bilər. Siz də qoyun güddünüzmü?"

Nəbiyyi Əkrəm Əfəndimiz yenə ruhları oxşayan təbəssümləri arasında,

"Heç bir peyğəmbər yoxdur ki, qoyun güdməmiş olsun"1 cavabını verdilər.

Ömür dəftərinə şirin bir xatirə olaraq yazılan bu qoyun güdmə hadisəsini yenə Rəsulu Zişan Əfəndimiz bir gün belə yad edəcək:

"Musa (ə.s.) peyğəmbər olaraq göndərildi, qoyun güdərdi. Davud (ə.s.) peyğəmbər olaraq göndərildi, qoyun güdərdi. Mən də peyğəmbər olaraq göndərildim. Mən də öz ailəmin qoyunlarını Ciyadda [Məkkənin alt tərəfində bir yer> güdərdim. "2

Görülür ki, Quranda "Ən yüksək əxlaqın sahibi" olaraq təvsif edilən Rəsulullah Əfəndimizin hələ on yaşlarındakı səy və himməti də boş oturmağı xoş görməmiş və başqasına yük olmağı uyğun görməmişdir.

Şərh və izahı dəriləri örtəcək olan bu mübarək sözlərində də bu bir illik qoyun güdmə təcrübəsinin əsərini tapmaq mümkündür:

"Hamınız çobansınız. İdarəniz altında olanlardan məsulsunuz. Dövlət rəisi, idarəsi altındakılardan məsuldur. Adam, ailəsini güdüb qorumaqla mükəlləf və bundan məsuldur. Qadın ərinin evindən məsuldur. Xidmətçi, əfəndisinin malının gözətçisidir və bundan məsuldur. Adam atasının malının gözətçisidir və bundan məsuldur. Hamınız idarəniz altında olanlardan məsulsunuz. "3

 

1. İbni Sad, Tabakat 1/125-126; Buxari, 2/247-248; Müslim, 6/125; İbni Macə, Sünen, 2/727.

2. Tabakat, 1/126

3. Müslim, 6/8

 

Saleh Suruç



02-05-2010 12:32:38

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz