Ana səhifə

Peyğəmbərimiz (s.ə.s.)ın anası nə vaxt, harada və necə vəfat etmişdir?


YazdırSend to friend
Sual Detayı: 
Peyğəmbərimiz (s.ə.s.)ın anası nə vaxt, harada və necə vəfat etmişdir?
Cavab: 

Hz. Əminə, Kainatın Əfəndisi oğluyla Mədinədə bir ay qaldıqdan sonra, Məkkəyə dönməyə qərar verdi. Qohumlarıyla vidalaşaraq şəhərdən ayrıldılar.
Səhra səccadəsində üç yolçu: Hz. Əminə, Şanlı Övladı və Ümmü Eymən. Hamısının da məna aləmində bir başqalıq vardı. Əziz ana və şərəfli övladının ruhlarını ayrılıq və həsrət küləyi dalğa dalğa döyürdü.
Hələ gənc yaşda və evliliklərinin ilk aylarında əbədi aləmə yolçu etdiyi ərini xatırlayan Hz. Əminənin gözləri dayanmadan su axıdan bir bulağı xatırladırdı. Peyğəmbər Əfəndimiz də, əziz anasının bu gözyaşlarına dözə bilmir, o da ışıl ışıl ağlayırdı. Damla damla axan gözyaşları, rəhmət yağışı kimi paltarını isladırdı.
Hələ yolu yarısına çatmışdılarki , Həzrəti Əminə birdən xəstələndi. Peyğəmbərimiz (s.ə.s.) və Ümmü Eyməni bir təlaş örtdü. Getdikcə şiddətini artıran xəstəlik qarşısında nə edə bilərdilər?
Mədinənin 23 mil cənubunda Ebva Kəndi yaxınlarında bir ağacın kölgəsində oturmaqdan başqa əllərində çarə yox idi. Həzrəti Əminənin dizlərindən güc qüvvət çəkilmişdi və özünü tuta bilməyərək birdən yerə yıxıldı. Üstünü örtdülər. Hz. Əminə, xəstəliyin şiddəti içində tər tökür, Sevimli Peyğəmbərimiz (s.ə.s.) isə, onu itirəcəyi və anasız qalacağı narahatlığı içində gözyaşı axıdırdı. Sanki hər şey özləriylə birlikdə lal kəsilmişdi. Yerdə səs yox, göydə sükut hakim idi.
Hz. Əminə yerdə halsız bir şəkildə yatırdı.
Bir ara, Peyğəmbərimiz (s.ə.s.) özünü yığışdıraraq,
"Necəsən anam" deyə soruşdu.
Könlü şəfqət xəzinəsi ana, biricik balasının kədərlənməsini istəmirdi. Şiddətiylə qıvrılıb dayandığı xəstəliyinin ağır olduğu hissini oyandırmamaq üçün,
"Yaxşıyam canım oğulum, bir şeyim yox" deyə cavab verdi.
Bu bir neçə sözlük danışmadan sonra da özündən keçdi. Artıq xəstəlik, danışacaq taqəti dodaqlarından çəkib almışdı. Bir ara, "Su" dediyi eşidildi. Yaydan atılan ox sürətiylə Peyğəmbər Əfəndimiz, əziz anasına suyu yetişdirdi.
Həzrəti Əminə suyu içdi. Su qabı ilə birlikdə ciğerparesinin yumşaq əllərini də tutdu. Gözlərini açdı. Peyğəmbər Əfəndimizin nur saçan simasına doya doya baxdı və əllərini bir ana şəfqətiylə oxşadı. Kainatın Əfəndisi bir ara, anasını bir az qaldırıb başını qucağına aldı. Gözlərindən axan mübarək yaşlar, anasının çiyinlərinə  yaz yağışı kimi düşürdü.
Həzrəti Əminənin ruh və ürəyində fəryadlar qopur, fırtınalar əsirdi. Ərini itirmiş izdirabına, indi də oğuluyla vidalaşma həsrətinimi əlavə edəcəkdi? Bu dözülməz bir izdirap, çəkilməz bir dərd idi. Özünü tutan xəstəlikdən daha çox bu ayrılıq onu yandırıb qovururdu. Amma nə edə bilərdi, bu İlahi qədərin dəyişməz hökmü idi.
Həzrəti Əminə, özünü tutan xəstəlikdən xilas ola bilməyəcəyini artıq anlamışdı. Son olaraq, günəş kimi parlayan nur balasının üzünə ayrılıq və həsrətin verdiyi duyğu içində baxdı, əllərini doya doya iylədi və dilindən bu cümlələr töküldü:
"Ey dəhşətli ölüm oxundan Allahın kömək və lütfkarlığı ilə yüz dəvə qarşılığında xilas olan şəxsin oğulu!
Allah, səni əziz və davamlı etsin. Əgər yuxuda gördüklərim doğru isə, sən cəlal və bol ikram sahibi olan Allah tərəfindən Adəmoğullarına halal və haramı bildirmək üzrə peyğəmbər göndəriləcəksən."
Sən, cəddin İbrahimin təslimiyyət və dinini tamamlamaq üçün göndəriləcəksən."
Allah səni millətlərlə birlikdə davam edib gələn bütlərdən, bütpərəstlikdən qoruyacaq və saxlayacaq."
Hər yaşayan ölər, hər yeni köhnələr. Yaşlanan hər kəs zaval tapar. Hər şey fanidir, gedər."
Bəli, mən də öləcəyəm. Lakin adım əbədi yadedilecektir. Çünki, tər təmiz bir övlad doğurmuş, arxamda xeyirli bir yadedici buraxmış oluram. "1
Kədərli və sanki gələcəkdən xəbər verən bu sözlərindən sonra Həzrəti Əminənin gözləri yumuldu və ruhunu orada uca Allaha təslim etdi. Yer Məkkə ilə Mədinə arasında olan Ebva Kəndi; tarix, Miladi 576.

Hz. Əminənin Dəfni
Sevimli Peyğəmbərimiz (s.ə.s.) ilə Ümmü Eymen donub qalmışlardı. Sanki dilləri tutulmuşdu. Danışan yalnız Kainatın Əfəndisinin gözyaşları idi.
Ümmü Eymen bir ara özünü yığışdırdı və əziz balanın gözyaşlarını sildi. Sonra da bağrına basaraq təsəlliyə çalışdı:
"Kədərlənmə, ağlama, canım Məhəmmədim," dedi. "İlahi qədərə qarşı boyumuz tükdən incədir. Can da Onun, mal da. Hamısı bizə əmanət. Əmanəti necə vermişsə, elə də alar."
Sevimli Peyğəmbərimiz (s.ə.s.) dərin bir ah çəkdikdən sonra,
"Mən də bilirəm. Onun hökmünə hər vaxt boyun əyərəm. Lakin ana üzü unudulmayacaq bir üzdür. O üzü təkrar görə bilməm deyə kədərlənirəm" dedi. Sonra da dərhal özünü yığışdırdı və gözyaşlarını silərək Ümmü Eymenə,
"O əmanəti Sahibinə təslim etdi. Biz də onun cəsədini torpağa təslim edək, rahatlasın" dedi.
Dünyanın ən bəxtiyar anası Həzrəti Əminənin cəsədini orada torpağın bağrına təqdim etdilər. Ruhu isə, Kainatın Əfəndisini bağrından çıxardığı üçün, kim bilər, nə qədər yüksəklərdə mələklərlə bayram edirdi.

Dəfindən Sonra
Anasız qalan Dürrü Yetimi Məkkəyə aparmaq vəzifəsi baxıcısı Ümmü Eymenə düşdü.
Ümmü Eymən, yol boyunca ona anasız qaldığını hiss etdirməmək üçün əlindən gələn səyi göstərdi. Onu öz övladıymış kimi bağrına basdı və təsəlliyə çalışdı. Əfəndimiz də, sanki onu bir ana qəbul edərək, "Ana, ana" deyə çağırdı. Daha sonraları da hər gördüyündə, "Anamdan sonra anam" deyərək iltifat edərdi. 2
Nur üzlü Kainatın Əfəndisi, artıq atadan yetim, anadan yetimidi. Lakin, onun həqiqi gözətçisi və himayəçisi vardı. O Hafiz, onu ömürü boyunca qüsursuz mühafizəsi və əskiksiz murakabesi altında saxlayacaq, hər cür təhlükə və çətinlikdən qurtaracaq.
"Rəbbin səni yetim tapıb da saxlamadımı?" 3 tərcüməsindəki ayəti kərimə, Peyğəmbər Əfəndimizin bu halını xatırladar. Kainatın Əfəndisi illər sonra, Hicrətin altınçı ilində Hudeybiye Ümrəsi əsnasında, yenə Ebvadan keçəcək. Allahın icazəsiylə anasının qəbirini ziyarət edib, əlləriylə düzəldəcək. Sonra da təəssüründen ağlayacaq.
Onun mübarək gözlərindən tahassür gözyaşları axıtdığını görən Səhabələr də ağlayacaqlar və
"Ya Rəsulullah, nə üçün ağladınız?" deyə soruşacaqlar.
Rəsulu Əkrəm, "Anamın, mənim haqqımdakı şəfqət və mərhəmətini düşündüm də ağladım" deyə cavab verəcək. 4

1. İsfahani, Delailü'n-Nübüvveh, s. 119-120
2. Rəsulu Əkrəm Əfəndimiz haqqında, "Cənnətlik bir qadınla evlənmək istəyən Ümmü Eymenlə evlənsin" buyurduğu Ümmü Eymeni daha sonra azad edərək azadlığına qovuşdurmuşdur. Birinci ərinin ölümündən sonra da onu Zeyd min Hərisə ilə evləndirdi. Üsamə Həzrətləri, bu evlilikdən dünyaya gəldi.
3. Duha Surəsi, 6
4. Tabakat, 1/116-117
Salih Suruç
 



01-05-2010 12:54:50

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz