Ana səhifə

Peyğəmbərimiz (s.ə.s.)in soy silsiləsi necədir və məşhur babaları kimlərdir?


YazdırSend to friend
Sual Detayı: 
Peyğəmbərimiz (s.ə.s.)in soy silsiləsi necədir və məşhur babaları kimlərdir?
Cavab: 

Bütün qaynaqların ittifaqla ifadə etdikləri, Kainatın Əfəndisinin iyirminci babasına qədər uzanan soy silsiləsi belədir:

"Məhəmməd (s.ə.s.), Abdullah, Abdülmuttalib (əsl adı Şeybə), Haşim, Abdi Mənaf (Muğirə), Kusay, Kilab, Mürrə, Kab, Lüeyy, Qalib, Fihr (Qureyş), Malik, Nadr, Kinanə, Huzeymə, Müdrikə (Amir), İlyas, Mudar, Nizar, Maad, Adnan." 1

Anasının soyu da belədir: Vehb, Abdümenaf, Zührə, Kilab, Mürrə... Görüldüyü üzrə hər iki tərəfin soyu Kilabda birləşməkdədir.

Fahrı Kainat Əfəndimizin böyük babaları bu şəxslər idi. Hər birinin nəsili çoxalmış və hər biri xeyli çox camaatların rəisi və bir çox qəbilə və tayfaların babası və atası olmuşlar.

Ancaq, nə vaxt birinin iki oğulu olsa və ya bir qəbilə iki qola ayrılsa, sevimli Peyğəmbərimiz (s.ə.s. )in soyu ən şərəfli və ən xeyirli olan tərəfdə olar və hər əsrdə onun böyük babası kim isə, üzündə parlayan müstəsna nurdan bilinərdi.

 

İyirminci Babadan Sonrakı Nəsil Xətti

Nəsil alimləri tərəfindən, Peyğəmbər Əfəndimizin iyirminci babası olan Adnanın Hz. İbrahimin nəsilindən olduğu ittifaqla qəbul edilməkdədir. Adnan ilə İbrahim (ə.s.) arasında uzun bir zaman məsafəsi vardır. Bir qisim nəsil alimləri arada qırx batın (göbək) olduğunu ifadə edərlər. Buna görə aradakı zaman vahidinin nə qədər uzun olduğunu az çox təsəvvür etmək mümkündür.

Bu səbəblə, Rəsulu Əkrəm Əfəndimizin iyirminci babası Adnandan Hz. İbrahimə qədər olan ikinci addım nəsil silsiləsi, pillə-pillə təsbit edilə bilməmişdir. Bəzi nəsil alimləri Peyğəmbər Əfəndimizin nəslini yeddi, bəzisi də doqquz göbəkdə Hz. İsmayıla bağlarlar. Bu, halıyla arada bir çox pillələrin atlanıldığını ortaya qoyar.

 

Peyğəmbərimizin (s.ə.s.) məşhur olan babaları hansılarıdır?

 

Şübhəsiz, Kainatın Əfəndisinin nurunu alnında bir İlahi əmanət olaraq daşıyan atalarının hamısı haqqında çox bir məlumatımız yoxdur. Atalarından ən çox məlumat sahibi olduqlarımız isə, zaman baxımından ən yaxın olanlarıdır. Burada onların həyat və şəxsiyyətlərinə qısa bir nəzər salmaq yerində olacaq.

Kusay

Peyğəmbər Əfəndimizin, əsl adı Zeyd olan dördüncü qurşaqdakı babası Kusay, mühüm bir şəxsiyyət idi. Özünün yalnız Zührə adında bir qardaşı vardı.

Hz. Adəmdən bəri davam edib gələn nuru Əhmədini alınında daşıma şərəfi, bu iki qardaşdan Kusaya lütf edilmişdi. Böyük oğul olduğu üçün, ailənin rəisliyi vəzifəsi də özünə verilmişdi. Kiçikliyindən bəri qabiliyyətiylə diqqətləri üzərində yığan Kusay, böyüyüncə Məkkənin irəli gələn şəxsiyyətlərindən biri oldu. Təşkilatçılığı, idarəçiliyi, ədalətli qərarları ilə qısa zamanda Məkkə xalqı arasında böyük bir etimad qazandı. Bu səbəblə Məkkənin idarəsi ona verildi. Məkkəni ilk dəfə məhəllələrə o böldü; hər qəbiləni, özlərinə ayırdığı məhəllələrə o yerləşdirdi. Məkkənin ən mühüm işləri onun evində görüşülüb qərara bağlanardı. Kəbənin qarşısında və qapısı Kəbəyə baxan ilk ev onun üçün tikilmişdi. Bu ev, Məkkənin bir cür hökumət binası və ya içində Məkkə Şəhər Dövlətinin hər cür iş və məsələlərinin görüşüldüyü bir parlament idi. Kusayın bu evi tarixdə "Darın-Nedve" adıyla şöhrət tapmış və Hicrətdən yarım əsr sonrasına qədər də mühafizə edilmişdir.

 

 

Haşim

Haşim, Rəsulu Əkrəm Əfəndimizin ikinci qurşaqdan babasıdır.

Məkkənin irəli gələn şərəflisindən olan Haşim, ticarətlə məşğul olardı.

Peyğəmbərimiz (s.ə.s. )in doğum vaxtı yaxınlaşdığı üçün nuru Məhəmmədi onun alınında daha böyük bir surətdə parlayırdı. Ayrıca bir çox üstün fəzilətləri də üzərində daşıyardı.

Son dərəcə comərd idi. Bir qıtlıq ilində Məkkədə çörək tapılmaz olmuşdu. O, Şamdan gətirdiyi xas buğda unundan dümağ çörəklər etdirmiş, bir çox dəvələr və qoyunlar kəsdirmiş, çörək və ət ilə bütün Məkkə xalqına böyük bir ziyafət vermişdi.

Haşim, üstün səciyəli, qabiliyyətli, comərd, fəzilətli və hər kəs tərəfindən sevilən, sayılan yüksək bir şəxsiyyətin sahibi olduğu üçün adı, ailəsinə və soyuna ad olmuşdur. Bu səbəblə Fahrı Kainat Əfəndimizin də arasında olduqları bu uca soya, özlərindən sonra "Haşimilər" deyilmişdir.

Haşimin dörd oğlanı olmuşdu: Şeybə (Abdülmuttalib), Esed, Əbu Sayfi və Nadle. 1

Haşimin nəsili oğlanlarından Şeybe ilə Eseddən davam etmişdir. Şeybe, Rəsulu Əkrəm Əfəndimizin birinci qurşaqdakı babasıdır. Esed isə Hz. Əlinin anası Fatimənin dayısıdır.

Nə var ki, Esed sulbünden dünyaya gələn Huneyn də nəsil buraxmayınca, bütün Haşimiler yalnız Abdülmuttaliboğulları qolundan gələrək çoxalmış və dünyaya dağılmışlar. 2

Şeybə (Abdülmuttalib)

Peyğəmbər Əfəndimizin birinci qurşaqdakı babasıdır. Doğuşdan ax saçlı olduğundan özünə "Şeybə" adını vermişdilər. Abdülmuttalib onun ləqəbidir. O daha çox bu ləqəblə şöhrət tapmış və xatırlanmışdır.

Bu ləqəbi alışının hekayəsi belə izah edilər:

Şeybə kiçikliyində Mədinədə dayılarının yanında qalırdı. Bir gün məhəllə yoldaşları digər uşaqlarla Mədinədə bir meydanda ox atışı edirdilər. Bütün uşaqlar arasında, alınında parlayan Kainatın Əfəndisinə aid nur səbəbiylə rahatlıqla fərqinə varılırdı. Uşaqların bu yarışmasını seyr etmək üçün böyüklərdən bir sıxlıq da orada toplanmışdı.

Ox atma sırası Şeybəyə gəlmişdi. Oxunu yerləşdirdi. Özündən əmin bir rəftarla yayı çəkdi. Bir an nəfəsini kəsib yayı yolladı. Yaydan atılan ox, hədəfə tam dəymişdi. Hər kəs heyranlıq dolu baxışlarla özünə baxarkən, o isə bu müvəffəqiyyətdən duyduğu sevinc və həyəcanı bu sözlərlə dilə gətirirdi:

"Mən, Haşimin oğuluyam. Mən, (Betha) Beyinin oğuluyam. Oxum əlbəttə hədəfini tapar."

Seyrə gələn böyüklər Şeybənin bu tərifləyici sözlərini eşitdilər. Həris bin Abdi Mənafoğullarından biri yanına yaxınlaşdı və soruşub sual edərək onun Haşimin oğulu olduğunu öyrəndi. Məkkəyə dönüşündə bu adam, vəziyyəti əmisi Muttalibə izah etdi və beləsinə qabiliyyətli və ağıllı bir uşağın eldən buraxılmasının doğru olmayacağını ifadə etdi.

Muttalib bu xəbər üzərinə dərhal Mədinəyə gəldi. Şeybəni alaraq Məkkəyə gətirdi. Muttalib tərkində Şeybə ilə Məkkə küçələrinə girərkən soruşdular:

"Bu uşaq kim?"

Göz dəyməsindən qorxan Muttalibin ağzından, "Köləmdir" sözü çıxdı.

Evinə gəlincə arvadı Xədicə də özünə eyni sualı yönəltdi. Yenə cavabı "Köləmdir" oldu.

Sabahısı günü əmisinin özünə aldığı gözəl paltarlarla Məkkə küçələrində gəzməyə başlayınca, hər kəs onun kim olduğunu maraqlanmağa və soruşmağa başladı. Bilənlər, "Abdülmuttalib" (Muttalibin köləsi)" deyə cavab verirdilər. Hər nə qədər kim olduğu sonradan ortaya çıxdısa da, adı, o gündən sonra "Abdul-Muttalib" (Muttalibin köləsi) olaraq qaldı. 3

1. Tabakat, 1/75-80

2. A. g. e., 1/79-80

3. A. g. e., 1/82-83

 

Saleh Suruç



22-12-2009 03:14:31

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz