Ana səhifə

Peyğəmbərimizi (s.ə.s.) himayəsinə alan Əbu Talib və xanımı Fatimə xatunun Əfəndimizə qarşı davranışları necə idi?


YazdırSend to friend
Sual Detayı: 
Peyğəmbərimizi (s.ə.s.) himayəsinə alan Əbu Talib və xanımı Fatimə xatunun Əfəndimizə qarşı davranışları necə idi?
Cavab: 

Əbu Talib də, atası kimi Sevimli Peyğəmbərimiz (s. ə. s. )ə candan bağlı idi. Peyğəmbərimiz (s. ə. s. )in yetişməsinə son dərəcə diqqət göstərirdi. Qardaş oğlunu heç yanından ayırmazdı. Getdiyi yerə onu da aparar, yanına oturdar və bir yoldaş kimi özüylə söhbət edər, danışardı.

Əbu Talibin evində onsuz süfrəyə oturulmazdı. Süfrə hazırlandığında Peyğəmbər Əfəndimiz görülməyincə, "Məhəmmədim harda, çağırın gəlsin" deyərdi. Çünki onun olduğusüfrədə hər kəs doyaraq qalxar və yemək yenə də artardı. Olmadığı süfrələrdə isə, çox dəfə süfrədəkilər doymadan yeməklər bitirdi. 1

Onsuz da Sevimli P eygamberimiz, ta o zamandan bəri az yeyirdi. Süfrədə son dərəcə ciddi və nemətlərə hörmətli bir rəftar içində olardı. Digər uşaqlar qurular qurulmaz süfrəyə hücum edərkən o, böyükləri başlamadan loxmanı ağzına qoymazdı. Hətta bəzi dəfə əmisi, uşaqlardan narahat olmasın deyə onun üçün ayrı süfrə qurdurardı. 2

Sevimli Əfəndimiz, böyüklüyündə olduğu kimi bu yaşlarda da aclıqdan, susuzluqdan şikayət etmirdi. Baxıcısı Ümmü Eymen bu xüsusiyyətini bu ifadələrlə dilə gətirər: "Rəsulullahın uşaqlığında nə aclıqdan, nə də susuzluqdan şikayət etdiyini görmədim. Səhər bir qurtum Zəmzəm içərdi. Özünə yemək yedirmək istədiyimizdə, 'İstəməm, qarnım tox' deyərdi. "3

Peyğəmbər Əfəndimiz sevinc və həyat dolu gözlərini səhərləri tərtəmiz parlayan təmiz bir üzlə açardı. 4

 

Əbu Talibin xanımı Fatimə Xatunun da Peyğəmbər Əfəndimizə olan sevgisi və şəfqəti sonsuz idi. Onu öz övladı kimi sevir, baxımına son dərəcə diqqət yetirirdi. Hətta, onu yedirib doyurmadan uşaqlarına baxmır və onlarla maraqlanmırdı. Beləcə Dürrü Yetimə, anasız qalmış olmanın izdirab və həsrətini hiss etdirməməyə çalışırdı.

Sevimli Peyğəmbərimiz (s.ə.s.) də, Fatimə Xatuna sevgi və hörmətində heç bir zaman qüsur etmirdi. Ömürünün sonuna qədər də özünə edilən yaxşılığı unutmadı. Belə ki, Fatimə Xatun, vəfat etdiyində, "Bu gün anam vəfat etdi" deyərək ona qarşı olan sevgisini ifadə etmişdi. Sonra da köynəyini çıxararaq ona kəfən etmiş və bərabərində qəbirə enərək bir müddət məzarında uzanmışdı.

Rəsulu Əkrəmin bu hərəkəti, Səhabələrinin gözündən qaçmadı. Səbəbini soruşduqlarında, bu cavabı verdi:

"Əbu Talibdən sonra, bu qadıncığaz qədər mənə yaxşılıq edən heç bir qadın yoxdur. Axirətdə, Cənnət paltarlarından bir paltar geyməsi üçün ona köynəyimi kəfən etdim. Qəbirə istiləşməsi və alışması üçün də oraya özüylə birlikdə uzandım. "5

Kim tərəfindən olursa olsun, özünə edilən yaxşılıqları əsla unutmayan və o yaxşılıqların altında qalmayıb, bir neçə misliylə qarşılıq verən böyük Peyğəmbər (s.ə.s.)...

Rəsulu Əkrəmin bu yüksək xüsusiyyətinin, bu müstəsna sifətinin, insanların hidayətə çatmasında böyük təsiri olduğu həyat mərhələləri içində görüləcək.

 

1. Tabakat, 1/120

2. A. g. e., 1/119

3. Qazı İyaz, Şəfa, 1/729-730

4. A. g. e., 1/730

5. Süheyli, Ravdü'l-Ünf, 1/112; İbni Abdi'l-Berr, İstiab, 1/369-370.

 

Saleh Suruç



02-05-2010 12:31:42

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz