Ana səhifə

Peyğəmbərimizi (s.ə.s.) himayəsinə aldığı Əbu Talibin Qureyş içərisindəki mövqeyi necə idi?


YazdırSend to friend
Sual Detayı: 
Peyğəmbərimizi (s.ə.s.) himayəsinə aldığı Əbu Talibin Qureyş içərisindəki mövqeyi necə idi?
Cavab: 

Əbu Talib son dərəcə mərhəmətli bir insan idi. Lakin olduqca kasıb idi. Məkkə ətrafında yayılan və şəhərə gətirilincə südündən faydalanılan bir neçə dəvəsindən başqa bir mala və mülkə də sahib deyildi. Ailəsi sıx olan Əbu Talib, halıyla dolanışıq cəhətdən böyük bir çətinlik içində olurdu.

Bütün bunlara baxmayaraq o, dürüstlüyü və doğru yaşayışıyla Qureyşlilər tərəfindən sevilər, sayılar və hörmət edilərdi. Hz. Əli, atasının bu vəziyyətini bu ifadələrlə dilə gətirər:

"Atam, Qureyşin kasıb, lakin irəli gələnlərindən şərəfli biri idi. Halbuki, özündən əvvəl, belə yoxsul olduğu halda, qövmünün ulu adamı olmuş bir kimsə gəlməmişdir."

Əbu Talib, yaşayışı baxımından da, Cahiliyyə dövrünün pislik və çirkinliklərindən uzaq idi. Qureyşli müşriklərin su kimi içdikləri içkini o, atası Abdülmuttalib kimi əsla istifadə etməzdi. Əbu Talib, hər halıyla Kainatın Əfəndisini himayə edəcək vəziyyətdə idi.

Əbu Talib, eyni zamanda qardaşı Zübeyrdən özünə keçən "Kəbə perdedarlığı" demək olan "Rifade" və "hacılara su içirmə xidməti" demək olan "Sikayə" vəzifələrini də icra edirdi. Nə var ki, çox xərc tələb edən bu vəzifələrin altından dar büdcəsiylə qalxa bilməyəcəyini anlayınca, üç həcc mövsümündən sonra bu vəzifələri qardaşı Hz. Abbasa təhvil vermək məcburiyyətində qaldı. "Sikayə" və "Rifade" xidmətləri Məkkənin fəthinə qədər Hz. Abbasın əlində davam etdi. Rəsulullah Məkkəni fəth etdikdən sonra bu vəzifələri yenə götürdü.

 

 

Saleh Suruç



02-05-2010 12:30:46

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz