Ana səhifə

Peyğəmbərimizin insani istiqaməti, aləmlərə rəhmət olması.


YazdırSend to friend
Sual Detayı: 
Peyğəmbərimizin insani istiqaməti, aləmlərə rəhmət olması, hədislərin Quranı şərhi və təbliğdə yaxınlarından başlaması.
Cavab: 

Peyğəmbərimizin bəşəri və risalət istiqaməti

 

Hz. Peyğəmbərin bir-birindən fərqlilik ifadə edən iki şəxsiyyəti vardır :

 

1-Bəşəri istiqaməti

 

2-Risalə istiqaməti

 

Hz. Peyğəmbər, bəşəri istiqaməti etibarilə bizim kimi bir insandır. O da yeyər, içər, istidən soyuqdan təsirlənər. Sabah nə olacaq, irəlidə nələr olacaq bilə bilməz.

 

Risalə istiqamətiylə isə, vəhyə tabedir. Allahdan gələn mesajlara bir alıcı vəziyyətindədir.

 

Peyğəmbərin bir bəşər olması, Onun üçün bir nöqsanlıq deyil, əksinə bir kamaldır. Bir bəşər deyil də, bir mələk olsaydı, insanlara öndər ola bilməzdi, rəhbərlik edə bilməzdi.

 

Səhabələr, Hz. Peyğəmbərin bəşəri və risalə istiqamətlərini ayırd edə bilirdilər. Məsələn, Bədir döyüşü əvvəli Rəsulullah ordunu bir yerə yerləşdirdiyində səhabələrdən Hubab b. Münzir "Ya Rəsulullah, əgər bura yerləşməmiz Allahdan sənə gələn bir vəhylə deyilsə, suları tutub düşmənə görə üstünlüklü bir vəziyyətdə olmamız daha uyğundur" deyər. Hz. Peyğəmbər uyğun hesab edər. Hubabın fikirinə görə hərəkət edilər.

Rəsulullah risalə istiqamətiylə bir sıra qeybi sirlərə tabedir. Bunun ən böyük dəlili başda qurandır. Quranı Kərimdə bunun çox nümunələrinə rast gəlməkdəyik.

"Peyğəmbər, yoldaşlarından birinə gizlicə bir sirr söyləmişdi. Lakin yoldaşı, bunu başqasına xəbər verdi. Allah bunu, peyğəmbərinə bildirdi. Peyğəmbərə bunu xəbər verincə yoldaşı "bunu sənə kim xəbər verdi" dedi. Peyğəmbər, "Alim və Habir olan Allah xəbər verdi" dedi" (Təhrim, 3)

Peyğəmbərimizin rəhmət olaraq göndərilməsi

Biz səni ancaq aləmlərə rəhmət olaraq göndərdik. Bu ayədə Hz. Məhəmmədin, ancaq aləmlərə rəhmət üçün göndərildiyi ifadə edilməkdədir. Rəhmət ağrımaq mənasını verməkdədir. Ayənin mənası budur: Allah insanlara ağrıdığından ötəri onları xurafatlardan, pis xasiyyətlərdən qurtarmaq və doğru yola yönəltmək üçün Hz. Məhəmmədi göndərmişdir.

Hz. Məhəmməd (s.ə.s.)dan əvvəl insanlar bir-birlərini yeyirdilər. Qüvvətlilər zəifləri əzir, qadınlar təhqir içində tutulur, qız uşaqları diri diri torpağa basdırılır, insanlar əlləriylə etdiyi bütlərə tanrı deyə ibadət edirdilər. Dünya küfr və pozğunluq içində üzürdü.

Uca Allah İnsanları bu haqsızlıqlardan qurtarıb azadlığa qovuşdurmaq, zəifləri qorumaq, ruhlarını qorxu və xurafatların məhbusluğundan qurtarmaq üçün Hz. Məhəmmədi göndərmişdir. Onu göndərməsi, insanlara ağrıdığından, şəfqətindən ötəridir. O, özlüyündə aləmlərə rəhmət olmuşdur. Çünki gətirdiyi prinsiplər, onların xoşbəxtliyinə səbəb olmuşdur. Müslimin rəvayət etdiyi bir hədisə görə: Müşriklərə qarğış etməyi söyləyənlərə: Mən lənətçi olaraq deyil, aləmlərə rəhmət olaraq göndərildim. " demişdir.



22-12-2009 03:09:55

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz