Ana səhifə

Peyğəmbərimizin insani və peyğəmbərlik istiqamətini izah edən ayələri açıqlayarsınız?


YazdırSend to friend
Sual Detayı: 
Peyğəmbərimizin insani və peyğəmbərlik istiqamətini izah edən ayələri açıqlayarsınız?
Cavab: 

Hz. Peyğəmbərin bir-birindən fərqli iki şəxsiyyəti vardır :

 

1-Bəşəri istiqaməti

 

2-Risalət istiqaməti

 

Hz. Peyğəmbər, bəşəri istiqaməti etibarı ilə bizim kimi bir insandır.İstidən soyuqdan təsirlənər. Sabah nə olacaq, gələcəkdə nələr olacaq bilə bilməz.

 

Risalət istiqaməti ilə isə, vəhyə tabedir. Allahdan gələn mesajlara bir alıcı vəziyyətindədir.

 

Peyğəmbərin bir bəşər olması, Onun üçün bir nöqsanlıq deyil, əksinə bir kamaldır. Bir bəşər deyil, bir mələk olsaydı, insanlara öndər ola bilməzdi, rəhbərlik edə bilməzdi.

 

Səhabələr, Hz. Peyğəmbərin bəşəriyyət və risalət istiqamətlərini ayırd edə bilirdilər. Məsələn, Bədir döyüşü əvvəli Rəsulullah ordunu bir yerə yerləşdirdiyində səhabələrdən Hubab b. Münzir "Ya Rəsulullah, əgər bura yerləşməmiz Allahdan sənə gələn bir vəhylə deyilsə, suları tutub düşmənə görə üstünlüklü bir vəziyyətdə olmamız daha uyğundur" deyər. Hz. Peyğəmbər uyğun hesab edər. Hubabın fikirinə görə hərəkət edilər.

 

Rəsulullah risalət istiqaməti ilə bir sıra qeybi sirlərə tabedir. Bunun ən böyük dəlili başda qurandır. Quranı Kərimdə bunun çox nümunələrinə rast gəlməkdəyik.

 

"Peyğəmbər, yoldaşlarından birinə gizlicə bir sirr söyləmişdi. Lakin yoldaşı, bunu başqasına xəbər verdi. Allah bunu, peyğəmbərinə bildirdi. Peyğəmbər, bir qisimini söyləyib bir qisimindən imtina etmişdi. Peyğəmbər bunu xəbər verincə yoldaşı "bunu sənə kim xəbər verdi" dedi. Peyğəmbər, "Alim və Habir olan Allah xəbər verdi" dedi" (Təhrim, 3)

 

Biz səni ancaq aləmlərə rəhmət olaraq göndərdik. Bu ayədə Hz. Məhəmmədin, ancaq aləmlərə rəhmət üçün göndərildiyi ifadə edilməkdədir. Rəhmət ağrımaq mənasını verməkdədir. Ayənin mənası budur: Allah insanlara ağrıdığından ötəri onları xurafatlardan, pis xasiyyətlərdən qurtarmaq və doğru yola yönəltmək üçün Hz. Məhəmmədi göndərmişdir.

 

Qurani Kərim, gərək Hz. Peyğəmbəri (s.ə.s.) gərəksə onun sünnəsini bir çox istiqaməti ilə ələ almışdır. Edilən bir araşdırmaya görə, mövzuyla əlaqədar müqəddəs kitabımızda iştirak edən ayələrin sayı 115 dənədir.

 

Quranda olmayan xüsuslarda, Hz. Peyğəmbərə (s.ə.s.) hökm qoyma, haram və halal təyin etmə səlahiyyəti, yenə şəxsən Cənabı Haqq tərəfindən verilmişdir. Beləliklə, Quranda olmayan xüsuslarda, Hz. Peyğəmbərin (s.ə.s.) sünnəsi şəri və İslami bir qaynaqdır.

Məhəmməd içinizdən heç bir kişinin atası deyil, lakin Allahın elçisi və peyğəmbərlərin sonuncusudur. Allah hər şeyi haqqıyla bilər. Bu ayə də Peyğəmbərimizin risalətini təsdiq edən ayələrdəndir.



22-02-2010 06:02:11

Düğüme özel