Ana səhifə

Peyğəmbərimizin (s.ə.s.) atası Abdullahı qurban edilməsi hadisəsi necə reallaşmışdır?


YazdırSend to friend
Sual Detayı: 
Peyğəmbərimizin (s.ə.s.) atası Abdullahı qurban edilməsi hadisəsi necə reallaşmışdır?
Cavab: 

Peyğəmbərimizin Babası Abdülmuttalip gördüyü bir yuxu üzərinə Zəmzəm Quyusunu tapmağa, ortaya çıxarmağa qərar vermiş və fəaliyyətə keçmiş idi. Ancaq Abdülmuttalibin bu fəaliyyətini müşahidə edən Qureyşlilər, böyüklərinə xəbər verdilər. Bir müddət sonra, Qureyş böyükləri, qazılan yerə gəldilər və Abdülmuttalibə,
"Ey Abdülmuttalib! Bu atamız İsmayılın quyusudur. Onda bizim də haqqımız var. Bizi də bu işə ortaq et" dedilər. Abdülmuttalib,
"Xeyr, edə bilməm" dedi. "Bu iş yalnız mənə təsis edilmiş və aranızdan ancaq mənə verilmişdir."
Abdülmuttalibin bu qəti cavabı Qureyş irəli gələnlərinin xoşuna gəlmədi. İçlərindən Adiyy min Nevfel belə danışdı:
"Sən tək bir adamsan. Tək oğulundan başqa sənə kömək olacaq  bir kimsən də yox. Necə olar da bizə qarşı gəlir, bizə boyun əyməzsən?"
Bu söz, Abdülmuttalibin sanki içini yandırdı. Çünki, Qureyşlilər onu kimsəsizliklə kiçik hesab edirdilər. Bu sözdən çox narahat olduğunu halıyla da bildirdi. Bir müddət kədər içində susdu. Sonra içini belə tökdü:
"Demək sən məni təklik və kimsəsizliklə ayıblayırsan, eləmi?"
Həmsöhbətindən heç bir cavab gəlməyincə, bir müddət düşündükdən sonra, əllərini açaraq yüzünü səmaya doğru çevirdi və, "And içərəm ki," dedi. "Allah mənə on oğlan versə, bunlardan birini Kəbənin yanında qurban edəcəyəm." 2
Abdülmuttalibin bu sözləri həm bir dua, həm bir and, həm də bir əhd idi.
Zəmzəm quyusunu ortaya çıxardığı zaman Abdülmuttalibin yaşı kamal yaş olan qırxına basmışdı.
Otuz il sonra, Cənabı Haqqın lütfkarlığı ilə oğlanlarının sayı onu tapdı. Bu sırada illər əvvəl etdiyi vadini xatırladı: Oğlanlarından birini Kəbədə qurban etmək. Amma hansını? Hamısı da bir-birindən gözəl və sevimli idi. Lakin Abdullah çox daha başqa idi.
Abdullah, Abdülmuttalibin on oğlanından səkkizincisi idi. Surətdə digər qardaşlarından çox fərqli idi. Dünyaya gəlir gəlməz atasının alınında parlayan Nuru Məhəmmədi onun alınına keçmiş idi. Bu nur, üzünə möcüzə bir gözəllik və müstəsna bir şirinlik bəxş etmiş idi. Amma heç kim bu gözəllik və şirinliyin haradan və nə üçün gəldiyinin fərqində deyildi.

Abdülmuttalibin Oğullarıyla Danışması
Oğullarının onuda böyümüşdü.
Vədini unutmayan Abdülmuttalib, onları bir gün bir yerə topladı və işin hekayəsini izah edərək, içlərindən birini qurban etməsi lazım olduğunu bildirdi. Hamısı da tərəddüdsüz razı oldular. Sonra da atalarına soruşdular:
"Yaxşı, necə edək bunu? Kimin qurban ediləcəyini necə təsbit edək?"
Abdülmuttalib belə bir vəziyyətdə necə edilməsi lazım olduğunu bilirdi. Belə dedi:
"Hər biriniz bir ox alın, üzərinə öz adınızı yazın və oxları mənə verin!"
İtaatkar uşaqlar, atalarının əmrini dərhal yerinə yetirdilər. Hər biri oxlarından bir ox çəkdi. Üzərinə öz adını yazdıqdan sonra, atasına uzatdı. Oxları yığan Abdülmuttalib düz Kəbəyə gəldi. Məsələnin necə həll ediləcəyi aydın olmuşdu artıq: Hübel bütünün yanında ox çəkiləcək, kimin oxu çıxarsa o qurban ediləcəkdi…
Belə vəziyyətlərdə Qureyş bu üsula müraciət edərdi.

Püşk Çəkilişi
Kəbənin yanına çatan Abdülmuttalibin ətrafını şəhər xalqı əhatə etmişdi. Əlindəki on oxu, Allaha verdiyi sözündən daşınmış sayılmaması üçün, tərəddüdsüz ox çəkmə məmuruna uzatdı. On oxun üzərində on ciyərparasının adı vardı. Hansı ox çıxarsa çıxsın, ciyərindən bir parça qopacaqdı.
Məmur oxlardan birini çəkdi. Üzərindəki adı titrək bir səslə oxudu:
"Abdullah!"
Şəfqətli ata, eşitdiyinə inanmaq istəmədi. Oxu məmurun əlindən çəkib aldı, diqqətlicə baxdı və oxudu:
"Abdullah."
Göz mənbələri bir anda yaşlarla doldu. Boğazında hıçqırıqlar düyünlənildi. Şəfqəti və hissləri elə qabardı və coşdu ki, bir an "Ola bilməz" deyərək qışqıracaq kimi oldu. Son anda Allaha verdiyi sözünü xatırlayaraq polad kimi iradəsiylə şəfqət və hisslərinə gem vurdu. Yıxılmış bir halda üzünü Abdullaha çevirdi və belə dedi:
"Oğlum Abdullah! Allah, özünə qurban edilmək üzrə səni seçdi. Bu şərəfi qardaşların arasında sənə lütf etdi."
Bu xəbər, bir anda oradakıları hüznə boğdu. Hər kəs bir-birinə soruşurdu:
"Abdullahmı? O gözəl, o şirin uşaqmı qurban ediləcək?"
Abdülmuttalib yanan ürəyinə, qasırğalaşan hisslərinə, okean dalğalarını xatırladan şəfqət və mərhəmət duyğularına aldırmadan, biricik oğlu Abdullahın biləyini qavradı və onu düz İsaf və Nailə bütlərinin yanına apardı. Nur üzlü Abdullahda sanki Hz. İsmayılın təslimiyyəti vardı. Üzündə ən kiçik bir məmnuniyyətsizlik əlaməti görünmürdü.
Abdülmuttalibin bir əlində bıçaq, digər əlində oğlu Abdullahın əli vardı. Qurban edilməsi üçün hər şey tamam idi. Bu sırada bir sıra səs-küylər eşidildi. Qureyş şərəflisi gəlirdi. İçlərindən biri səsləndi:
"Ey Abdülmuttalib, nə etmək istəyirsən?" Abdülmuttalib nur üzlü oğuluna baxaraq cavab verdi:
"Onu qurban edəcəyəm!"
Bu cavab, izdiham arasında heyrət və həyəcan meydana gətirərək dalğalandı. Müdaxilə etdilər:
"Ey Abdülmuttalib," dedilər. "Bu necə olar? Sən ki, Məkkənin böyüyüsən; belə etsən, sonra hər kəs sənin etdiyini etməzmi? Hər kəs oğlunu qurban etsə, bizim də soyumuz kəsilməzmi.
Bütün izdiham Abdülmuttalibin əleyhində idi. Hətta hissləri, duyğuları da... Lehində olan tək şey, poladdan iradəsi idi. Allahına söz vermişdi və bu sözünü mütləq yerinə yetirməli idi. Çünki, Allah onun istədiyini vermişdi. On oğlan lütf etmişdi. Qurban etməmək ona qarşı nankorluq olardı.
Bu sırada Abdullahın dayısı Abdullah bin Mugire ortaya atıldı və,
"Ey Abdülmuttalib," dedi. "Vallah qanuni bir bəhanə olmadıqca, sən onu qurban edə bilməzsən. Onu qurtarmaq üçün lazım olsa bütün malımızı verməyə hazırıq!"
Abdülmuttalibin duyğuları, şəfqəti, mərhəməti də sanki dillənmiş və özünə eyni şeyləri qışqırırdılar. Lakin, poladdan iradəsi heç cür boşalmırdı.
Qureyşlilər və oğulları yalvarmalarının nəticə vermədiyini görüncə bu səfər belə bir təklif irəli sürdülər:
"Ey Abdülmuttalib! Abdullahı götür, Şama get. Orada bir qadın var; kahin və bilikli bir qadın. Şərqdən qərbdən çətinlikdə qalan hər kəs, ölkələr aşıb ona gedər. Hər kəsin dərdinə bir əlac tapar. Əlbəttə sənin üçün bir əlac tapar. Abdullah boğazlanılacaq desə, gəl onu boğazla. Yox əgər səni də, Abdullahı da, bizi də kədərdən qurtaracaq bir əlac tapsa, ona görə hərəkət edərsən."
Bu fikir Abdülmuttalibin ağlına yatdı. Dərhal Abdullahı yanına alıb Şama doğru yola çıxdı. Mədinəyə gəldiklərində kahin qadının Hayberdə olduğunu öyrəndilər. Oradan Hayberə gəldilər. Arrafe adındakı kahinəyi tapdılar. Abdülmuttalib vəziyyəti olduğu kimi izah etdi.
Qadın soruşdu:
"Sizdə bir insanın əvəzi nədir?"
Abdülmuttalib,
"On dəvə" dedi.
Bunun üzərinə kahin qadın,
"Gedin on dəvə hazırlayın. Uşaqla on dəvəni götürüb ox çəkdiyiniz yerə aparın. Bir tərəfdə uşağınız, digər tərəfdə isə on dəvə olmaq üzrə ikisi arasında ox çəkin. Əgər ox dəvələrə çıxarsa, dəvələri qurban edib uşağı qurtarın. Yox, əgər ox uşağa çıxarsa, hər dəfə dəvələrin sayına bir diyet miqdarı daha əlavə edərək Rəbbiniz sizdən razı olana qədər ox çəkməyə davam edin! Nə vaxt ox dəvələrə çıxarsa, onları boğazlayıb qurban edin. Bu şəkildə həm Rəbbinizi razı etmiş, həm də uşağınızı qurban olmaqdan qurtarmış olarsınız" dedi. 3
Ortaya qoyulan çarəni uyğun hesab edən Abdülmuttalib sevincdən uçacaq kimi oldu. Vaxt itirmədən Məkkəyə döndü. Abdülmuttalib ailəsi və Məkkə xalqı da bu xəbərə son dərəcə sevindi.

Püşkün Nəticəsi
Məkkəyə qayıtmasının sabahısı günü idi. Abdülmuttalib, biricik oğulu Abdullah və on dəvəni götürərək Kəbəyə getdi. Kahin qadının tövsiyəsi üzərinə Abdullah ilə on dəvə arasında püşk atılacaqdı.
Abdülmuttalib sevinc içində, məmura, "Çək" dedi. Çəkilən ox Abdullaha çıxdı. Dəvələrin sayını iyirmiyə çıxardılar. Məmur təkrar ox çəkdi. Ox yenə Abdullahı göstərdi. Dəvələr otuza çıxarıldı. Ox təkrar Abdullaha isabət etdi. Dəvələr qırx oldu. Ox yenə Abdullaha çıxdı. Əlli oldu; ox sanki Abdullaha çıxmaqda israr edirdi. Altmış, yetmiş, səksən, doxsan oldu. Ox israrla Abdullahı göstərirdi. Sanki başqa bir aləmdən əmr alır kimi idi.
Abdülmuttalib heyrət və həyəcan içində idi. Hər çəkiliş əsnasında əllərini səmaya doğru qaldıraraq dua etməkdən də geri dayanmırdı.
Nəhayət dəvələrin sayı yüz oldu. Təkrar ox çəkilincə, maraqla baxanlar dərin bir nəfəs aldılar. Çünki ox dəvələrə çıxmışdı. Hər kəs kimi Abdülmuttalibin də gözləri sevinclə parladı. Lakin, onun bu sevinci çox sürmədi. Dərhal ciddiləşdi. Özünü çox təbrikə imkan vermədi və belə danışdı:
"Vallah, üst üstə üç dəfə daha ox çəkəcəyəm. Ta ki, ürəyim mutmain olsun."
Çəkiliş üç dəfə daha təkrarlandı. Hər dəfə sevinc qışqırıqları atılırdı. Çünki, üç səfərində də ox dəvələrə çıxmışdı. Bu sevincini Abdülmuttalib, "Allahu əkbər, Allahu əkbər!" deyərək göstərdi və diz çökərək duada etdi. Beləcə Abdullah qurban edilməkdən xilas oldu.
Sevimli oğulunun qurban edilməkdən xilas olmasına son dərəcə sevinən Abdülmuttalib, yüz dəvənin Səfa ilə Merve arasına aparılıb, yan-yana qurban edilməsini əmr etdi. Əmri dərhal yerinə yetirildi. Qurban edilən dəvələrin ətlərindən Məkkə xalqı bol bol istifadə etdi. Götürə bilmədiklərini də qurdlar, quşlar, itlər, vəhşi və ehil bütün heyvanlar paylaşdılar.
O gündən etibarən bir insan diyeti, Qureyşlilər və Ərəblər arasında, 100 dəvə olaraq qəbul edilmə adəti mənimsəndi. 4
Rəsulu Əkrəm Əfəndimiz də bu adəti olduğu kimi buraxmışdır. 5


1. Sire, 1/150151
2. Sire, 1/160; Tabakat, 1/88; Taberi, 1/128
3. Sire, 1/163; Tabakat, 2/174
4. Sire, 1/164; Tabakat, 1/189; Taberi, 2/174
5. Tabakat, 1/89
Saleh Suruç
 



01-05-2010 12:44:51

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz