Ana səhifə

Peyğəmbərimizin (s.ə.s.)-in də qatıldığı "Hilfu'l Füdul Cəmiyyəti" necə qurulmuşdur?


YazdırSend to friend
Sual Detayı: 
Peyğəmbərimizin (s.ə.s.)-in də qatıldığı "Hilfu'l Füdul Cəmiyyəti" necə qurulmuşdur? Bu cəmiyyətin məqsədi nə idi?
Cavab: 

Peyğəmbər Əfəndimiz iyirmi yaşına girmişdi.

Son Ficar Hərbində çox kimsə həyatını itirmiş, çox qan axmışdı. Bununla Ərəb qəbilələri arasındakı düşmənlik duyğusu daha da pisləşmişdi. Hər an sadə səbəblər üzündən böyük hadisələr çıxa bilər, adam öldürülə bilər, qəbilələr bir-birinə hücum edə bilər vəziyyətə gəlinmişdi.

Məkkədə çöldən gələn xaricilər üçün can, mal və namus təhlükəsizliyi deyə bir şey qalmamışdı. İstəyən istədiyi xaricinin malını ala, qarşılığında tək qəpik ödəmirdi.

Aciz və gücsüzlər hər cür zülmə məruz qalır və bunlara etiraz etmə cəsarətini göstərə bilmirdilər.

Bu vəhşilik saçan mənzərəyə bir çarə olmasılazım idi. İnsanlıq şərəfinə yaraşmayan bu hərəkətlərin qabağına keçilməli idi. Lakin, nə edilə bilərdi?

Namus əhlinin, haqsızlıq qarşısında vicdanı izdirab duyanların, cəmiyyətin təhlükəsizlik və asayişini düşünüb dayananların həll etmək istədikləri məsələlər idi bunlar.

Yəmənin Zebid Qəbiləsindən birinin bir dəvə yükü malının şəhərin irəli gələnlərindən As bin Vail tərəfindən qəsb edilməsi hadisəsi oldu.

Zebidlinin kömək istəmək məqsədiylə döydüyühər qapı, üzünə bağlanılırdı. Sonunda Əbu Kubeys Dağına çıxaraq düşdüyü zülm və təhqiri Qureyşlilərə yüksək səslə bildirməyi sınadı və bu yüksək təpədən şəhər xalqını köməyə çağırdı. 1

Bu dəvət, cəmiyyətin pərişan halını düşünən başları oyandırdı. Dərhal bir yerə toplanılaraq bu sui-istifadələrə, bu qeyri qanuni davranışlara çarə axtarışa qoyuldular. Bu mövzuda başı çəkən və Məkkənin xatiri sayılar böyüklərini bir araya gətirməyə təşəbbüs göstərən ilk şəxs, Peyğəmbərimiz (s.ə.s. )in əmisi Zübeyr oldu. 2

Haşim, Muttalib, Zühre, Esed, Həris, Teymoğullarının irəli gələnlərindən bir çoxunun iştirakı ilə, Məkkənin zəngin, etibarlı və ən yaşlısı sayılan Abdullah bin Cudanın evində toplanıldı və "Hil-fu'1-Füdul" cəmiyyəti quruldu. Uzun uzandıya danışıb mübahisə  etdikdən sonra bu maddələri qərar aldılar:

1) Məkkədə, istər yerlisindən, istər çöldən olsun-zülmə uğramış kimsə buraxılmayacaq.

2) Bundan belə Məkkədə zülmə əsla meydan verilməyəcək, zalıma əsla dözüm və fürsət tanınmayacaq.

3) Məzlumlar zalımlardan haqqlarını alanaqədər məzlumlarla birlikdə hərəkət ediləcək. 3

Cəmiyyət üzvləri, bu əhdləri üzərində stabillik edəcəklərinə dair də beləcə andda oldular:

"Dənizlərin bir ət parçasını işıldadacaq suları qalmayıncaya, Hira və Sebir Dağı yerlərindən silinib gedənə, Kəbədə zəbtim ibadəti [Kəbənin təvafı əsnasında Hacerü'1-Esved'e əl sürtülməsi və izdiham səbəbindən şəxsən əl sürtülə bilmirsə uzaqdan salamlama işarəsinin edilməsi.> ortadan qalxana qədər bu əhdimizdə sadiq qalacayıq. "4

Qurulan bu cəmiyyətə "Hilfu'1-Füdul" adı verildi.

Səbəbi belə izah edilir.

"Hilf" and, "füdul" isə fazıllar demək.

Məkkədə olduqlarıbir sırada Cürhümi Qəbiləsindən Fəzl adında iki adam ilə, Qatara Qəbiləsindən Fudayl adında biri şəhərdə zülmə və təcavüzə meydan verməmək barəsində andda olmuşlar.

Qureyş irəli gələnləri də bunlara bənzər səbəblərdən ötəri bir araya gəlib qərar aldıqlarından, "Fazıllar Hadisəsi"ni xatırlama babında bu cəmiyyətə "Hilfu'1-Füdul" deyildi. 5

Cəmiyyətin etdiyi ilk iş, Yəmənli Zebidinin ticarət məqsədiylə gətirdiyi malın As bin Vaildən geri alınması oldu.

Sevimli Peyğəmbərimiz (s.ə.s.) də, hələ iyirmi yaşında bir gənc olmasına baxmayaraq, yaşlılardan təşəkkül edən bu cəmiyyətə əmiləriylə birlikdə qatılmış və zülmə qarşı birləşmədə, rəyini müsbət olaraq göstərmişdir.

Bu, Əfəndimizin gənc yaşından bəri yetkin düşüncələrə sahib olduğunun, zülmə qarşı nifrət duyduğunun və hələ o zamandan bəri qövmü və qəbiləsi arasında böyük bir etibara layiq görüldüyünün ifadəsidir.

Şəfqət və mərhəmət timsali şəxs, əlbəttə peyğəmbərliklə vəzifələndirilmədən əvvəl də məzlumun imdadına qaçacaq, bu barədə göstərilən səylərə köməkçi olacaq. Çünki o, gözəl əxlaqı tamamlamaq məqsədiylə göndərilmişdi. Elə isə, gözəl əxlaqa vasitə olan hər səyə özü də qatılacaqdı.

Necə ki, özlərinə İlahi risalət vəzifəsi verildikdən sonra da, adı çəkilən cəmiyyətə qatılmış olmaqdan duyduğu məmnuniyyəti bu ifadələrlə bəyan buyuracaq:

"Abdullah bin Cudanın evində edilən andlaşmada mən də oldum. Məncə o and, qırmızı tüklü dəvələrə sahib olmaqdan daha sevimlidir. Mən ona İslamdövründə belə çağırılsam razılıq edərəm. "6

 

1. Süheyli, Ravdü'l-Ünf, 1/91.

2. Tabakat, 1/128; Ravdü'l-Ünf, 1/91

3. Sire, 1/141; Tabakat, 1/129; 93

4. Tabakat, 1/129; Ravdü'l-Ünf, 1/93

5. Sire, 1/142; Tabakat, 1/129

6. Sire, 1/141-142; Tabakat, 1/129; Ravdü'l-Ünf, 1/94; İbni Kəsr, Sire, 1/261

 

Saleh Suruç



02-05-2010 12:36:14

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz