Ana səhifə

Peyğəmbərimizin (s.ə.s.) dünyaya gəlişindən əvvəl yer üzündə vəziyyət necə idi?


YazdırSend to friend
Sual Detayı: 
Peyğəmbərimizin (s.ə.s.) dünyaya gəlişindən əvvəl yer üzündə vəziyyət necə idi?
Cavab: 

Yer üzünü mənəvi bir qaranlıq örtmüşdü.
Varlıqlar, bəşərin zülm və vəhşiliyindən sanki matəmə bürünmüşdü. Gözyaşı tökən gözlər deyil, ruh və ürəklər idi. Ürək və ruhların kədər, əzab və gözyaşına aləm də iştirak etmiş, sanki ümumi yas elan edilmişdi.
Yer üzü səadətin, sevincin, dincliyin qaynağı olan "Tövhid" inancından məhrum idi. Küfr və şirk fırtınası ruh və ürəkləri sıxıb qovurmuşdu. Könüllərdə tək məbud yerinə, bir çox batil ilahlar iştirak etmişdi. Həqiqi sahibini axtaran ruhların fəryadı ortalığı zingildədiyirdi.
İnsanlar bir-birini yeyən canavarlar kimi vəhşiləşmiş; küfr şirk, cəhalət və zülm bataqlığında boğulmağa üz tutmuşlar idi. Zalımın zülm qamçısı altında məzlum acı-acı inləyər hala gəlmişdi.
Aləm qəmli, varlıqlar qəmli, könüllər qəmli və simalar qəmli idi…
Ağıl, ruh və ürəkləri mənəvi məngənəsi altına alıb olanca qüvvətiylə sıxan bu küfr və şirkə, bu dəlalət və cəhalətə, bu hüzn və çətinliyə bəşərin daha çox dözməsinə Allahın sonsuz mərhəməti əlbəttə icazə edə bilməzdi. Bütün bunlara son verəcək şəxsi şəfqət və mərhəmətinin bir əsəri olaraq əlbəttə göndərəcəkdi.

Salih Suruç
 



01-05-2010 12:46:47

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz