Ana səhifə

Peyğəmbərimizin (s.ə.s.) Həzrəti Xədicə anamızla evlənməsi necə olmuşdur?


YazdırSend to friend
Sual Detayı: 
Peyğəmbərimizin (s.ə.s.) Həzrəti Xədicə anamızla evlənməsi necə olmuşdur? Bəziləri Peyğəmbərimizin (s.ə.s.) Həzrəti Xədicə ilə sırf pulu üçün evləndiyini söyləyirlər. Bu mövzuda nə deyərsiniz?
Cavab: 

Peyğəmbər Əfəndimizin (sallallahu aleyhi və səlləm) Həzrəti Xədicə anamızla evlənməsi belə olmuşdur.

     Həzrəti Xədicə öz ticarət malları olan zəngin bir qadın idi. Bu mallarını başqa şəhərlərə və ya ölkələrə aparıb ticarət edə biləcək birini axtarırdı. Məkkənin ən etibarlı insanı olan Muhamməd-ül Emin olan Peyğəmbər Əfəndimizə bu işi təklif etdi. Peyğəmbərimiz də o zamana qədər həmişə əmisi Əbu Talib ilə ticarət etməkdə idi. Həzrəti Xədicənin bu təklifini qəbul edib onun malları ilə ticarət etməyə başladı. Uzun müddət bu şəkildə ticarət etdikdən sonra Həzrəti Xədicənin özünə evlilik təklif etməsi ilə bu ədəb və fədakarlıq timsalı qadın ilə evləndi. Evlilik olduqdan sonra yenə onun ticarət işlərini yerinə yetirməyə davam etdi. Ancaq bu ticarəti yenə Həzrəti Xədicə üçün edirdi.

     Həzrəti Xədicə anamız (Allah ondan razı olsun) Peyğəmbər Əfəndimizə , peyğəmbərlik vəzifəsi verildikdən sonra ilk müsəlmanlığı qəbul edən insan oldu. İslamın ilk məşəqqətli illərində yanında ən böyük dəstəkçisi oldu. Müsəlmanlara boykot tətbiq olunan ən çətin günlərdə bütün mal varlığını çətində qalan müsəlmanlara payladı. Və Məkkənin o zəngin qadını İslam üçün bu fədakarlıqları etdikdən sonra bir çadır içində çətin günlərdə vəfat etdi.

     Peyğəmbər Əfəndimiz (Allahın Salamı Onun üzərinə olsun) Həzrəti Xədicə anamızın etdiyi bu fədakarlıqları heç bir zaman unutmadı. Həzrəti Xədicə anamıza olan vəfası ilə əlaqədar bir neçə nümunə göstərmək istəyirik:

Xədicənin Dostu

      Hz. Xədicə ( r.anha) , Onun ( s.ə.s.) otuz səkkiz illik evlilik həyatının iyirmi beş ilini eyni yastığa baş qoyaraq keçirdikləri , yeddi uşağından altısına analıq etmiş olan ilk həyat yoldaşı , ilk sevdiyidir.

Hz. Xədicə ( r.anha) ' nin vəfatından öz vəfatına qədər hər bəhanəylə Hz. Xədicə ( r.anha) 'yə duyduğu sevgini təkrar edər.

Hz. Aişə ( r.ə.) ilə evli olduğu zamandır. Yaşlı bir qadın evlərini ziyarət edər. Hz. Muhamməd  (sallallahu aleyhi və səlləm) onu tanımışdı. Lakin yenə də adını soruşur. qadın

" Cəssame ( Çirkin biri ) " , deyə cavab verər. Hz. Muhamməd  (sallallahu aleyhi və səlləm)düzəldər :

"Xeyr ! Sən Cəssame deyil , Hassane'sin ! (Gözəl biri). "Bundan başqa da , yaşlı qadına etdiyi nəzakətlərin çoxluğu Hz. Aişə ( r.anha) ' nın diqqətini çəkir və qadın getdikdən sonra soruşmaqdan özünü saxlaya bilməz.

"Ey Allahın Elçisi! Bu qadına nə çox iltifat etdiniz ? "

Hz. Muhamməd (s.ə.v.), gözləri dolaraq cavab verər:

"Bu qadın Xədicənin dostu idi , onunla evli olduğumuz illərdə bizi tez-tez ziyarət edərdi. " [1]

Hazrəti Xəticə'nin Arkadaşına Hədiyyə

     Hz. Xədicə ( r.anha ) vəfat edeli illər olmuşdur. O , Məkkə torpaqlarında yatmaqdadır. Hz. Muhamməd  (sallallahu aleyhi və səlləm)isə hicrət edərək Mədinəyə gəlmişdir. Xədicə ( r.anha)'nin yoldaşlarından bir qadın da hicrət edənlər arasındadır. Xidmətçisi Malik oğlu Ənəsin (Allah ondan razı olsun) izahatıyla Hz. Muhamməd  (sallallahu aleyhi və səlləm)' e bir şey hədiyyə edildiyində çox dəfə , gələn hədiyyəni o qadına yollamaqda və :

"Çünki o Xədicənin dostu idi , Xədicəni çox sevərdi." deməkdədir.

 Allah Rəsulu (s.ə.v.), Xədicə ( r.anha) 'ni, ilk sevdiyini heç unuda bilməmişdir. [2]

Xədicənin bacısı

      Hz. Xədicə ( r.anha) 'nin bacısı Hale'nin səsi bacısına çox bənzəməkdəydi. Bir gün hüzuruna girmək üçün bir qadın səsi Hz. Muhamməd  (sallallahu aleyhi və səlləm)-dən icazə istəyər. Səsi eşidən Hz. Muhamməd  (sallallahu aleyhi və səlləm)sarsılar , içindən dua edər ;

"Allahım! Bu icazə istəyən kimsə inşaallah Hale'dir ! "

    Həqiqətən də icazə istəyən kimsə Hale'dir . Xədicə ( r.anha) ' yi xatırladan bir yadigar . [3]

Xədicənin Boyunbağısı

     Bədir Döyüşü sonunda ələ keçirilən əsirlərdən biri də Əbul As'tır . Yəni Peyğəmbər (s.ə.s.) ' in kürəkəni . Qızı Zeynəbin əri .Həyat yoldaşı Hz. Zeynəb ( r.anha) , Əbul Asın azad olunması üçün(fidye) , anası Hz. Xədicə ( r.anha) ' nin ona evlənərkən taxdığı qızıl boyunbağını göndərir .

     Əsirlər üçün Məkkədən göndərilən qurtuluş ödənişləri arasında illər əvvəl vəfat etmiş Xədicə ( r.anha) ' nin boyunbağını görən Hz. Muhamməd  (sallallahu aleyhi və səlləm)'in gözləri dolur , yoldaşlarına :

"Əgər qəbul etsəniz bu boyunbağını Zeynəbə geri qaytaraq və Əbul Ası da qarşılıqsız olaraq buraxaq .", deyər. Vəziyyətin həssaslığının fərqinə varan yoldaşları :

"Hay hay ey Allahın Elçisi , siz necə istəyirsiniz elə olsun." Deyərlər.

Xədicə ( r.anha) 'nin Boyunbağısı Zeynep (r.anha ) ' də qalar. [4]

Xədicənin Daha Xeyirlisi

     Hz. Aişə ( r.anha) , Xədicə adının Hz. Muhamməd  (sallallahu aleyhi və səlləm)' in dilindən heç düşməməsi qarşısında bir gün dözə bilməz , deyər:

"Ey Allahın Elçisi! Allah sənə Xədicədən daha gəncini , daha gözəlini və daha xeyirlisini nəsib etmədi mi ? "

     Nəzərdə tutduğu özüdür. Hz. Muhamməd (s.ə.v.), vəfat etmiş olan ilk sevdiyinə, duyduğu vəfa adına günün sevgilisinin ürəyini qırma bahasına cavab verər.

"Xeyr ! And içirəm ki, Allah mənə ondan daha xeyirlisini nəsib etmədi. Hər kəs mənim peyğəmbərliyimi inkar edərkən o məni təsdiqlədi. Hər kəs mənə yalançı deyərkən o məni təsdiqlədi. Kimsə mənə bir şey verməzkən , o malını- mülkünü mənim əmrimə verdi. O mənə altı dənə uşaq verdi. "

Hz. Aişə ( r.anha) söylədiyinə peşman , suskunlaşır . [5]

____________________

[1] M. Yusuf Kandehlevi , a.g.e. , III/336 .
[2] Qazı iyaz , Şəfa- yı Şərif , s.126 .
[3] Ed : Prof. Dr. i . Lütfi çaxan , Həzrəti Peyğəmbər və Ailə Həyatı , s.77 .
[4] Afzalur Rəhman , Siret Ensiklopediyası , II/225 .
[5] Ed : Prof. Dr. İ. Lütfi çaxan , a.g.e. , 76 .



21-03-2014 09:19:37

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz