Ana səhifə

Peyğəmbərimizin (s.ə.s.) Hz. Xədicə ilə evlənməsi necə reallaşmışdır? Toy mərasimləri necə olmuşdur?


YazdırSend to friend
Sual Detayı: 
Peyğəmbərimizin (s.ə.s.) Hz. Xədicə ilə evlənməsi necə reallaşmışdır? Toy mərasimləri necə olmuşdur?
Cavab: 

Hz. Xədicə, Kainatın Əfəndisini uşaqlığından bəri tanıyırdı. Ticarət mallarının başında Şama göndərməsi isə, onu daha da yaxından tanımasına vəsilə olmuşdu.

Dul olan Hz. Xədicə, o sırada Qureyş qadınları arasında zadəganlıq, şərəf və zənginlik baxımından üstün mövqeyə sahib idi. Eyni zamanda Cənabı Haqq, çox az qadına nəsib olacaq bir gözəlliyi də özünə lütf etmişdi.

O ana qədər qəbiləsindən bir çox kimsə evlənmək üçün qapısını döymüş isə də, o bunların heç birini qəbul etməmişdi. 1 Sanki evlənməyi düşünmür kimi idi.

Nə var ki, qədər indi qarşısına tam fərqli bir şəxsiyyət çıxarmışdı. Ruhundakı gözəlliklər üzünə əks etmiş, könülündəki sevgi simasında təbəssümə çevrilmiş, zehinindəki dərin düşüncə çölə ciddilik və səmimiyyət şəklində təzahür etmiş müstəsna bir insan.

Daha əvvəl bütün Qureyş böyüklərinin evlənmə təklifini rədd edən və sanki evlənmək fikirini zehinindən atmış olan Hz. Xədicə, bu bənzərsiz insanla daha yaxından tanış olunca, bu fikirindən imtina etdi. İlahi qədər, bu iki insanın ürəyini bir-birinə istiləndirməyi təqdir etmişdi.

 

Hz. Xədicədən Gələn Təklif

Evlənmə təklifi, şəxsən Hz. Xədicədən gəldi. İffəti və namusunu qoruması səbəbiylə Cahiliyyə Dövründə belə tərtəmiz qadın mənasını verən "tahirə" ləqəbiylə xatırlanan Hz. Xədicədən.

Təklifi gətirən Hz. Xədicənin yaxın yoldaşı Münye qızı Nəfsə ilə Peyğəmbərimiz (s.ə.s.) arasında bu danışma keçdi:

"Ey Məhəmməd, səni evlənməkdən saxlayan şey nədir?"

"Əlimdə evlənəcək qədər pulum yox."

"Əgər bu təmin edilsə və sən, mala, gözəlliyə, şərəf və bərabərliyə dəvət edilsən razılıq edərsənmi?"

"Kimdir bu?"

"Hüveylidin qızı Xədicə."

"Amma, bu necə ola bilər?"

"Orasını mən bilərəm."

"O halda, mən də qəbul edirəm. "2

Nəfsə, sevinc içində Kainatın Əfəndisi ilə danışdıqlarını gəlib Hz. Xədicəyə çatdırdı. Hz. Xədicənin sonsuz məmnuniyyəti, üzündəki təbəssümlərdən oxunurdu. Nəfsəylə birlikdə sevinc və məmnuniyyətlərini yaşadıqdan sonra, Peyğəmbərimiz (s.ə.s. )-ə bu xəbəri göndərdi:

"Ey əmim oğlu! Sən, mənim qohumum olduğun 3, qövmüm içində şərəfli, etibarlı kimsə, gözəl xasiyyətli, doğru sözlü olduğun üçün səninlə evlənməyi arzu edirəm. "4

Təklifi alan Əfəndimiz, vəziyyəti əmisi Əbu Talibə bildirdi. Əbu Talib təklifi araşdırdı. Hz. Xədicənin belə bir evliliyi istədiyini şəxsən özündən öyrəndi.

 

Toy Mərasimi

Toy mərasiminin tarixi şəxsən Hz. Xədicə tərəfindən təsbit edildi. Mərasim də onun evində ediləcəkdi.

Təsbit edilən tarixdə Peyğəmbərimiz (s.ə.s.) əmiləri, bibiləri və Haşimoğullarının irəli gələnlərindən bəziləri ilə birlikdə Hz. Xədicənin evinə gəldi.

Gözəl bir toy mərasimi üçün lazım olan hər şey şəxsən Hz. Xədicə tərəfindən təmin edilmişdi. Qoyunlar kəsilmiş, yeməklər hazırlanmışdı.

Yeməklər yeyildikdən sonra, adət olduğu üzrə sıra iki tərəf böyüklərinin danışmasına gəldi. Hz. Xədicənin atası Ficar Hərbində ölmüşdü. Bu səbəblə onu təmsilən mərasimə, əmisi Əmr bin Esed qatılmışdı.

Ənənəyə görə ilk danışmağı etmək üzrə Əbu Talib ayağa qalxdı və belə dedi:

"Allaha həmd olsun ki bizi, İbrahimin nəslindən, İsmayılın sulbünden, Maadın mədənindən, Mudarın əslindən yaratdı.

Bundan sonra əsl məqsədə gəlir və deyərəm ki: Qardaşımın oğlu Məhəmməd bin Abdullah ki, qohumunuz olduğu məlumunuzdur. Onunla Qureyşdən heç bir gənc dartıla bilməz, ölçülməz. Şərəf və zadəganlıq tərəfindən, ağıl və fəzilət tərəfindən onların hamısından üstün gəlir.

Hərçənd malı azdır, lakin mal dediyin nədir ki? Keçici bir kölgə, bir pərdə, alınar verilər bir şey.

Allaha and içərəm ki, bundan sonra onun mərtəbəsi daha da böyüyəcək, daha da yüksələcək.

İndi o, sizdən qızınız Xədicəni istəməkdə, mehir olaraq da iyirmi kişi dəvə verməyi təəhhüd etməkdədir."

Əbu Talib danışmasını bitirincə də Hz. Xədicənin əmisi oğluVaraka bin Nevfel ayağa qalxdı. O da belə danışdı:

"Allaha həmd olsun ki, bizi də izah etdiyin kimi yaratdı. Saydıqlarından daha çoxuyla bizə üstünlük verdi. Biz də sizinlə qohumluqqurmaq və şərəflənmək istəyirik.

Ey Qureyş birliyi! Şahid olun ki, mən Huveylidin qızı Xədicəni bu qədər mehirle Məhəmməd bin Abdullahın oğuluyla evləndirdim."

Varaka bin Nevfel, danışmasını bitirdikdən sonra Əbu Talib, Hz. Xədicənin əmisi Əmr bin Esedin də razılığını istədi. Əmr də ayağa qalxaraq,

"Ey Qureyş birliyi, şahid olun ki, mən də Məhəmməd bin Abdullaha Hüveylidin qızı Xədicəni evləndirdim" dedi.

Beləcə Kainatın Sərvəri Əfəndimizlə Qureyş qadınlarının nəsəb, şərəf və zənginlik baxımından ən üstünü olan Hüveylidin qızı Hz. Xədicə ilə evlənmiş oldular. O sırada Rəsulu Əkrəm Əfəndimiz 25, Hz. Xədicə isə 40 yaşlarında idilər. Evlilikləri Miladi tarixlə 595 ilinə rast gəlirdi. Yəni, Əfəndimizin peyğəmbərliyindən 15 il əvvəl.

Bundan sonra Aləmlərə Rəhmət olaraq göndərilən Rəsulu Əkrəm Əfəndimiz, xanımını götürərək Əbu Talibin evinə gəldi. Burada iki dəvə kəsdirərək xalqa ziyafət verdi.

Əbu Talib də, bu məsud hadisənin xatiri üçün dəvələr kəsdirdi və xalqa yeməklər yedirdi. Sonra da Peyğəmbər Əfəndimizlə (s.ə.s.) ailəsini evinə dəvət etdi.

Onları qarşılamağa çıxdığında sevinc gözyaşları arasında, "Həmd olsun Allaha ki, bizdən bütün kədərləri yox etdi" deyir, Allaha həmd edirdi.

Əfəndimizlə ona ilk xanım olma şərəfini qazanmış olan Hz. Xədicə, Əbu Talibin evində ancaq bir neçə gün qaldılar. Sonra təkrar Hz. Xədicənin evinə döndülər. Artıq məsud həyatlarını burada keçirəcəkdilər.

 

1. Sire, 1/201; Tabakat, 1/131

2. Tabakat, 1/131

3. Ata tərəfindən Hz. Xədicənin soyu, Peyğəmbərimiz (s.ə.s. )in ata tərəfindən babası olan Kusayda birləşdiyi kimi, anası tərəfindən də soyu yenə Rəsulu Əkrəm Əfəndimizin ata tərəfindən babası olan Lüeydə birləşər.

4. Sire, 1/200-201; Taberi, 2/197

 

Saleh Suruç



02-05-2010 12:37:47

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz