Ana səhifə

Peyğəmbərimizin (s.ə.s.) Hz. Xədicə ilə olan ailə həyatı necə idi?


YazdırSend to friend
Sual Detayı: 
Peyğəmbərimizin (s.ə.s.) Hz. Xədicə ilə olan ailə həyatı necə idi? Hz. Xədicədən neçə uşağı dünyaya gəlmişdir? Peyğəmbərimiz (s.ə.s.) Hz. Xədicə həyatda ikən başqa biriylə evlənmişdirmi?
Cavab: 

Əfəndimizlə ona ilk xanım olma şərəfini qazanmış olan Hz. Xədicə, Əbu Talibin evində ancaq bir neçə gün qaldılar. Sonra təkrar Hz. Xədicənin evinə döndülər. Artıq məsud həyatlarını burada keçirəcəkdilər.

Kainatın Əfəndisi Peyğəmbərimiz (s.ə.s.), özünə "Xədicəyi Kübra" dediyi bu tahirə qadın həyatda olduğu müddətcə bir başqa qadınla evlənmədi. 1 Hər cür təsəllini və ən parlaq səadəti bu dinc evdə tapdı.

Peyğəmbər Əfəndimizə, atasından miras olaraq çox bir şey qalmamışdı. Uzun zamandır himayəsində olduğuƏbu Talib isə fakru zərurət içində idi. Bu baxımdan, Hz. Xədicə ilə evlənənə qədər min bir məşəqqət və zəhmət içində həyat sürmüşdü.

Hz. Xədicə ilə evləndikdən sonra, onun sərvətini ticarətdə istifadə etdi və bir dərəcə genişliyə qovuşdu. Lakin xanımı bol sərvət sahibi ikən o, yenə israfa, nümayiş və lüksə qaçmadı. Daha əvvəlki təvazökar və sadə həyatına yaxın bir yaşayışı davam etdirdi. Üstəlik dünya malına da ürəyində yer vermirdi. Onun o uca ruhunu tam fərqli ülvi və qüdsi duyğular əhatə etmişdi. Dünya və içindəkilərin məhəbbəti o ülvi duyğuları söküb atmağa heç bir zaman müqtədir ola bilmirdi.

Daha sonra Hz. Xədicəyi Kübradan, Rəsulu Əkrəm Əfəndimizin, sırasıyla Kasım, Zeynəb, Ruqiyyə, Ümmü Gülsüm, Fatimə, Abdullah (Tayyib-Tahir) adında altı uşağı oldu. 2

Bu məsud ailə yuvasında Kainatın Əfəndisi ilə Hz. Xədicə ən ülvi duyğularla yaşayırdılar. Ailə yuvasında hakim olan qarşılıqlı təhlükəsizlik, səmimi hörmət və məhəbbət idi. Hz. Xədicə, Kainatın Əfəndisi ərindən on beş yaş böyük olmasına baxmayaraq, uca şəxsiyyətindən ötəri özlərinə qarşı son dərəcə nəzakətli, duyğulu və etinalı davranırdı. Peyğəmbər Əfəndimizin şərəfli xanımına qarşı məhəbbətidə çox idi. Belə ki, vəfatından sonra belə heç bir vaxt məhəbbətini ürəyindən atmadı, könülünün ən mutena küncündə əbədi saxladı.

Rəsulu Əkrəm Əfəndimiz, Hz. Xədicənin, xeyriyyəçiliyini və özünə etdiyi böyük köməyi hər vaxt yad edərdi. Bu yad ediş, Hz. Aişə Anamıza, "Xədicəyi Kübradan başqa, Nəbiyyi Əkrəmin arvadlarından heç birini qısqanmadım"3 dedirdəcək və onun qısqanclıq damarını təhrik edəcək qədər çox idi. Necə yad etməzdi ki? Uşaqlarından biri xaric digərlərinin anası o idi. Hər kəs ona düşmən ikən, ona dost əlini uzadan o idi. Hər cür izdirab və çətinlik qarşısında özünü təsəlli edən o idi. Hər kəsin ona arxa çevirdiyi bir zamanda yanından ayrılmayan o idi.

Əlbəttə, beləsinə yüksək duyğu və üstünlüklər sahibi arvadını, Peyğəmbər Əfəndimiz heç bir zaman unutmayacaq və onu hər vaxt xeyrlə yad edəcəkdi.

 

1. Sire, 1/201

2. Sire, 1/202; Tabakat, 1/133; 8/16

3. Müslim, 7/133

 

Saleh Suruç



02-05-2010 12:38:57

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz