Ana səhifə

Peyğəmbərimizin (s.ə.s.) ilk süd anası kimdir?


YazdırSend to friend
Sual Detayı: 
Peyğəmbərimizin (s.ə.s.) ilk süd anası kimdir?
Cavab: 

Həzrəti Əminə dinc və sürurlu idi. Nurtopu balası şirin təbəssümləriylə, ərinin vəfat ağrısını bir az unutdurduğu kimi, gələcəyə ümid ilə baxmasını da təmin edən tək təsəlli idi. Bəxtiyar Əminə, şərəfli balasını ancaq bir həftə qədər əmizdirə bildi. Bundan sonra Əbu Ləhəbin nökəri Süveybə Xatun Kainatın Əfəndisinə süd ana oldu və onu günlərlə əmizdirdi. 1
Süveybə Xatun daha əvvəl də Həzrəti Həmzəni əmizdirmişdi. Beləcə Rəsulu Kibriya Əfəndimizlə möhtərəm əmisi arasında bir də süd qardaşlığı bağının qurulmasına vasitə olmaq kimi bir bəxtiyarlıq və şərəfə çatmış olurdu.
Özünə edilən yaxşılıqların ən kiçiyini də unutmayacaq və onu qarşılıqsız buraxmayacaq qədər böyük bir fəzilət və yüksək bir vəfa duyğusunun sahibi olan Fəxri Aləm Əfəndimiz, şəxsinə bir müddət süd analıq etdiyi üçün Süveybə Xatunu həyatı boyunca unutmadı. Onu tez-tez ziyarət edər, hər gördüyündə özünə bol lütfkarlıq, iltifat və ikramda olardı.
Bəli, vəfa, Fəxri Aləm Əfəndimizin dünyaya gətirdiyi gözəl əxlaqın təməli idi. Onun tər təmiz, sadə həyatında vəfasızlığı hiss etdirən ən kiçik bir davranışa rast gəlinə bilməz.
Onun fəzilət və vəfa duyğusundan dərs alan möhtərəm zövcələri Xədicə-i Kübra da evinə tez-tez gəlib gedən Süveybə Xatunu azadlığına qovuşdurmaq üçün bir ara satın almaq istədisə də, Əbu Ləhəb buna razılaşmadı. Ancaq, Rəsulu Kibriya Əfəndimiz Mədinəyə hicrətindən sonra, Əbu Ləhəb, Süveybəni özbaşına azad etdi. 2
Əbu Ləhəb Peyğəmbərimiz (s. a. s. )in öz əmisi idi. Sonraları Rəsulu Əkrəmin risalətini  təsdiq etmədiyi kimi, həyatı boyunca da bütpərəstlikdən imtina edə bilməyərək qarşısına ən böyük bir düşmən olaraq dikilməkdən geri dayanmadı. Bu səbəblə Allahın lənətinə məruz qaldı və nökəri Süveybə Xatunun bir dırnağı qədər dəyər qazana bilmədi. Hətta, Süveybə Xatun səbəbiylə axirətdə bir az lütfə məzhər olduğu izah edilmişdir. Onu ölümündən sonra yuxuda görmüşlər idi. Cəhənnəmin şiddətli əzabı içində fəryad edib dayanırdı. Özünə soruşdular:
"Niyə fəryad edirsən? Nəyin var?"
Əbu Ləhəb,
"Nəyim olacaq; susuzluq məni atəşdən qovurur! Həyatımda heç bir xeyr görmədim. Yalnız bir tək xeyr tapdım: Məhəmmədi əmizdirən Süveybəni azad etdiyim üçün mənə də buradan əmib sulanmaq imkanı bağışlandı" deyərək şəhadət barmağını göstərdi. 3
Hadisə həqiqətən ibrət vericidir. Kainatın Əfəndisinə həyatı boyunca pislik, əziyyət və təhqir etməkdən geri dayanmayan Əbu Ləhəb kimi azılı bir İslam düşməni, yalnız onu əmizdirən Süveybə Xatunu azad etdiyi üçün beləsinə İlahi bir kərəm və lütfə məzhər olur və Cəhənnəmdə əzabı bir az yüngülləşirdi. Demək ki, yalnız sevimli Peyğəmbərinin şəxsinə deyil, şəxsinə xidmət etmiş olanlara edilən yaxşılıqları da Cənabı Haqq lütf və kərəmiylə qarşılıqsız buraxmırdı.
Bunun yanında, dünyada Kainatın Əfəndisini özlərinə hər barədə mütləq imam və rəhbər qəbul edib, sünnəsi seniyyesine ittiba' etməkdən şərəf duyan gerçək möminlərə əbədi aləmdə nə böyük ikram və İlahi lütfkarlıqların hazırlanmış olduğu düşünülsün.

1. Tabakat, 1/108; Ensab, 1/42
2. Tabakat, 1/108
3. Tabakat, 1/108
Salih Suruç
 



01-05-2010 12:50:22

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz