Ana səhifə

Peyğəmbərimizin (s.ə.s.) ticarət üçün çıxdığı ikinci Şam səfəri necə reallaşmışdır?


YazdırSend to friend
Sual Detayı: 
Peyğəmbərimizin (s.ə.s.) ticarət üçün çıxdığı ikinci Şam səfəri necə reallaşmışdır?
Cavab: 

Məkkə xalqının məşğuliyyətlərinin başında ticarət gəlirdi. Əbu Talib də bir müddət ticarətlə məşğul oldu. Ancaq, qıtlıq quraqlıq illərinin baş göstərməsi, qəbilə döyüşlərinin bir-birini izləməsi və ailə efradının çox olması kimi səbəblər üzündən ticarət edə biləcək maliyyə qüvvəti çox qalmamışdı. Buna görə Əfəndimizi də yanına alaraqetdiyi Suriya səyahətindən sonra bir daha ticarət karvanlarına qatılma imkanını əldə edə bilmədi. Məkkənin içində bəzi işlər etməklə dolanıb gedirdi.

 

Məkkədə Peyğəmbər Əfəndimizin qohumlarından zəngin bir dul qadın vardı: Xədicə binti Hüveylid. O da sərvətiylə ticarət karvanlarına ortaq olurdu.

 

Peyğəmbər Əfəndimiz iyirmi beş yaşında olduğu sırada, Qureyş yenə Şama göndərmək üzrə bir ticarət karvanının hazırlığı içində idi. Bu karvana Hz. Xədicə də, mallarıyla iştirak edəcəkdi. Hər səfərində olduğu kimi, bu dəfə də mallarının başında göndərəcək əmin və möhkəm adamlar axtarırdı.

 

Dolanışıq çətinliyi içində qıvrılan Əbu Talib bunu eşitdi. Himayəsində olan qardaş oğlunu Əfəndimizi yanına çağıraraq özünə açılmaq məcburiyyətində qaldı və belə danışdı:

"Ey qardaşım oğlu!

Mal və mülk sahibi olmadığımı bilirsən. Şiddətli qıtlıq və quraqlıq əlimizi, ovucumuzu qurutdu. Bizdə nə ticarət buraxdı, nə də qalxacaq, tərpənəcək güc və dərman. Bax, qövmünün ticarət karvanı Şama getməyə hazırlanır.

Hüveylidin qızı Xədicə də bu karvana yükləyəcəyi mallarla qatılacaq və mallarıyla birlikdə qövmündən bəzi kəslər göndərəcək.

Xədicə, ticarətlə məşğul olan, sərvəti bol və başqasının da bu sərvətdən istifadə etməsini istəyən bir qadındır. Sənin kimi təhlükəsiz, təmiz, vəfalı bir insana onun bu mövzuda ehtiyacı vardır. Gedib bu xüsusu özünə izah etsən, hərhalda dürüstlüyün və üstünlüklərindən ötəri səni seçəcək."

 

Bu danışmasının ardından narahatlığını da kədər içində belə ifadə etdi:

"Hərçənd, səni Şama göndərməkdən çəkinirəm. Yəhudilərin sənə bir zərər verməsindən də qorxuram. Amma nə edim ki, dolanışığımızı təmin mövzusunda bundan başqa xatirimə gələn bir fikir də yox. "1

 

Peyğəmbərimiz (s.ə.s.),

"Əmiciyim, sən necə istəyirsənsə elə et" buyuraraq əmisini rahatlaşdırdı.

Əbu Taliblə Rəsulu Əkrəm Əfəndimiz arasında keçən danışma, Hz. Xədicəyə çatdı. Nəbiyyi Mükerremin doğru sözlü, etibarlı, təhlükəsiz, üstün əxlaqlı olduğunu bilən Hz. Xədicə, dərhal xəbər göndərərək çağırtdı, özünə belə dedi:

"Sizi Şama gedəcək ticarət mallarımın başında göndərmək istəyirəm. Sizin doğru sözlü, son dərəcə etibarlı və gözəl əxlaqlı olduğunuzu bilirəm. Sizə qövmünüzdən heç kimə vermədiyim yüksək bir ödəniş verəcəyəm."

 

Peyğəmbər Əfəndimiz, təklifi əmisi Əbu Talibə xəbər verdi. Buna son dərəcə sevinən əmisi,

"Bu Allahın sənə lütf etdiyi bir ruzidir" dedi.

 

Əbu Talib, ödənişi təyin etmədən yola çıxmasını münasib hesab etmədiyindən, Əfəndimizə gedib şəxsən Hz. Xədicə ilə bu xüsusu danışmasını söylədi. Ancaq Peyğəmbər Əfəndimiz bunu istəmədiyini bildirdi. Bunun üzərinə Əbu Talib özü gedərək

"Ey Xədicə," dedi. "Biz eşitdik ki, sən filanı iki kişi dəvə vermək üzrə tutmusan? Biz, Məhəmməd üçün dörd kişi dəvədən aşağısına razı olmarıq."

 

Əfəndimiz kimi son dərəcə etimad edilər birini tapan Hz. Xədicə sevincli idi.

"Ey Əbu Talib," dedi. "Sən çox asan və xoşuna gələcək bir ödəniş istəmiş olursan. Bundan daha çoxunu istəsəydin mən yenə qəbul edərdim." 2

Əbu Talib, bu sözlərdən çox məmnun oldu.

 

Hz. Xədicə, köləsi Meysereni də Rəsulullah Əfəndimizin əmrinə verdi və ona bu tənbehdə oldu:

"Sənə nə əmr etsə dərhal itaət edəcəksən. Heç bir fikirinə zidd iş görməyəcəksən. Bir dediyini iki etməyəcəksən və hər halını mənə bildirəcəksən."

 

Karvanın yola çıxması üçün bütün hazırlıqlar tamamlandı. Əbu Talib ilə Əfəndimizin bibiləri də onu yola salmağa gəldilər, karvanda olanlarlaonunla maraqlanmalarını xahiş etdilər. Və karvan yola çıxdı.

Ticarət karvanı üç aylıq yorucu bir səfərdən sonra, Şam torpaqlarına çatdı. Karvana iştirak edənlərin hər biri Busra bazarınınmünasib yerlərinə dəzgahlarını qurdular. Kainatın Əfəndisi isə, oradakı monastıra yaxın bir zeytun ağacının altına endi.

 

Rahib Nastura və Əfəndimiz

 

Əfəndimizin daha əvvəlki Şam səyahəti əsnasında monastırda olan Rahib Bahira ölmüş, yerini Nastura adındakı rahibə buraxmışdı. Əfəndimizin, zeytun ağacının altına enməsi, pəncərədən gələn karvanı seyr edən Rahibin diqqətindən qaçmadı. Əvvəldən tanış olduğu Meysereni yanına çağırdı və ağacın altında yerləşənin kim olduğu soruşdu.

 

Meysere, "O Qureyş və Məkkə xalqından bir şəxsdir" dedi.

Nastura bir anlıq bir düşüncəyə daldı. Sonra da Meysereni heyrətlər içində buraxan fikirini açıqladı:

"O ağacın altına indiyə qədər peyğəmbərdən başqa kimsə enməmişdir."

 

Daha sonra Meysereyə bu sualı yönəltdi:

"Onun gözündə bir az qırmızılıq vardırmı?"

Meyseredən "Bəli" cavabını alan kimi, diaqnozunu dəqiqləşdirdi:

"O, peyğəmbərdir. Həm də peyğəmbərlərin sonuncusudur. "3

 

Meysere, həyəcan və heyrətindən çaşmışa döndü. Gələcəyin Peyğəmbərinin xidmətində olmasəadət və sevinci bədəninin bütün zərrələrinə bir anda yayıldı. Rahibin söylədikləri də yaddaşına yaxşıca yerləşmişdi.

 

Satışlar tamamlanmış, alınacaqlar alınmışdı. Bir də baxdılar ki, Peyğəmbərimiz (s.ə.s.) hər kəsdən çox qazanclı bir ticarət etmiş. 4 Bu səfər Meyserenin heyrətinə, karvandakıların da heyrət və qarışıqlığı qatıldı.

Karvan, Busradan ayrılaraq Məkkəyə doğru yola çıxdı.

 

Mələklər Kölgə salır

 

Karvan isti qumlar üzərində Məkkəyə doğru yol alırdı. Qızğın günəş, alovdan oxlarını yerə batırmaqda idi. Lakin o da nə? Meysere gözlərinə inana bilmirdi. Görəsən səhvmi görürdü?

Amma xeyr, hamısıyla gerçək idi. İki mələk, qovurucu istidən narahat olmaması üçün, bulud tərzində Kainatın Əfəndisi üzərində kölgəlik edirdi. 5

 

Meysere, heyranlıq və həyəcanından yerində dayana bilməz hala gəlmişdi. Günəşin istiliyi, bu qəribə hadisənin munis istiliyi yanında artıq ona çox təsir etmirdi. Nə var ki, Nur Məhəmmədə (s.ə.s.) bu olub bitənləri və eşitdiklərini izah etmə cəsarətini özündə heç cür tapa bilmirdi. Heyrətini, həyəcanını və qarışıqlığını həmişə içində saxlayır, xaricə əks etməməsi üçün var gücünü sərf edirdi.

Artıq karvan, Məkkədən görülməyə başlanmışdı.

 

Hz. Xədicə, evinin damında Qureyş qadınlarıyla birlikdə gələn karvanı müşahidə edirdi. Hər kəs kimi o da heyrət içində idi. Gələn Məhəmməd və Meysere idi. Ya, Məhəmmədin (s.ə.s.) başı üzərində gələnlər nə? Yenə iki mələk Kainatın Əfəndisi üzərində kölgəlik edirdilər. Xədicə həyəcan içində yanındakı qadınlara da bu qəribəliyi göstərirdi: 6

 

"Baxın, baxın, Məhəmməd mələklər tərəfindən kölgələnir."

Karvan Məkkəyə çatdı. Peyğəmbərimiz (s.ə.s.), malları Hz. Xədicəyə təslim etdi. Xədicə də gətirilən malları yüksək bir karla satdı. 7

 

Meysere Müşahidələrini İzah edir

 

Meysere bu səfər əsnasında Kainatın Əfəndisindən çox şey görmüş, çox şey öyrənmişdi.

 

Hər şeydən əvvəl təmizliyə son dərəcə riayət edirdi, əxlaqı mükəmməl idi, doğru sözlü idi, yoldaşlığı səmimi və ciddi idi. Ticarətdəki dürüstlüyünə deyəcək söz yox idi. Bütün bunları, Rahib Nasturanın söylədiklərini və yolda gördüyü qəribəliyi, Meysere bir-bir Xədicəyə izah etdi.

Hz. Xədicə Meyseredən eşitdiklərini və özünün gördüyünü vaxt keçirmədən gedib əmisi oğluVaraka bin Nevfelə izah etdi.

Varaka məlumatlı bir Xristian idi. Bütpərəstliyə tərəfdar deyildi. Öz halında yaşlı və ağılı başında bir insan idi. Xədicədən eşitdikləri qarşısında o da heyrətini gizləyə bilməyərək belə dedi:

 

"Əgər bu söylədiklərin doğru isə, şübhəsiz Məhəmməd, bu ümmətin peyğəmbəridir. Mən, onsuz da bu ümmətdən bir peyğəmbərin çıxacağını bilir və onu gözləyirdim. Bu zaman, onun tam zamanıdır. 8

Bu ifadə və etiraf qarşısında Hz. Xədicənin könlü sevinclə doldu.

 

1. Tabakat, 1/129:130

2. A. g. e., 1/130

3. Sire, 1/130; Ravdü'l-Ünf, 1/122

4. Sire, 1/130

5. Sire, 1/200; Tabakat, 1/30; Taberi, 2/196

6. Sire, 1/200; Tabakat, 1/30-131

7. Sire, 1/200; Taberi, 2/197

8. Sire, 1/203; Ravdü'l-Ünf, 1/123; İbni Kəsr, Sire, 1/267

 

 

Saleh Suruç



02-05-2010 12:36:59

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz