Ana səhifə

Peyğəmbərimizin (s.ə.s.)in babası Abdulmuttalibin cahiliyyə dövründə əxlaqı və həyatı necə idi?


YazdırSend to friend
Sual Detayı: 
Peyğəmbərimizin (s.ə.s.)in babası Abdulmuttalibin cahiliyyə dövründə əxlaqı və həyatı necə idi? Peyğəmbərimiz (s.ə.s.) ilə babası Abdulmuttalibin münasibətləri necə idi?
Cavab: 

Altı yaşında ikən anasını itirən Peyğəmbər Əfəndimizi yaşlı babası Abdülmuttalib himayəsinə götürdü.

Qureyşin rəisi Abdülmuttalib də nuru Əhmədidən nəsibini almışdı. O nur özünə çox üstünlük və sifətlər qazandırmışdı. Uzun boyu, böyükcə başı və heybətli görünüşünə; parlaq üzü, şirin sözü, utancaqlığı, nəzakət və üstün əxlaqı bir başqa gözəllik qatmışdı. Səbirli, ağıllı, anlayışlı, mərd və comərd idi. Yoxsul insanların qarınlarını doyurmaqdan böyük zövq alardı. Hətta bu comərdliyini, bu köməksevərliyini heyvanlardan belə əsirgəməzdi. Dağ başlarında aç susuz qalan qurdu, quşu da düşünərdi.

Cahiliyyə qaranlıqları arasında işıqlıq yoldan ayrılmayan bəxtiyarlardan biri idi. Allaha bağlı idi və axirətə inanardı. Verdiyi sözü nə bahasına olursa olsun mütləq yerinə yetirərdi. Necə ki, Cənabı Haqqa verdiyi sözü yerinə yetirmək üçün, ən çox sevdiyi oğlu Abdullahı bıçaqın altına yatırtmaqdan belə çəkinməmişdi. Qureyşlilər müdaxilə etməsəydilər, onu qurban edəcəkdi.

Cahiliyyə dövrünün çirkin adətlərindən uzaq dayandığı kimi, başqalarını da bunları etməkdən daşınmağa çağırardı. O zamanın zalım bir adəti olan qız uşaqlarını diri diri torpağa basdırmaqdan xalqı çəkindirərdi. Şərabdan, zinadan hər vaxt qaçınardı. Bütün gücüylə Məkkədə zülmə, haqsızlığa meydan verməməyə çalışardı.

Qonaq qarşılamaqdanda böyük həzz duyardı. Qohumlarıyla yaxından maraqlanar, onlara şəfqət və mərhəmət göstərərdi. Bu böyük xüsusiyyəti səbəbiylə Qureyşlilər ona "İkinci İbrahim" deyərdilər.

Ramazan ayı girincə Hira Mağarasında inzivaya çəkilib ibadətlə məşğul olardı. Bunu ilk dəfə  edən də özü idi.

Yaşlı baba eyni zamanda uşaq sevgisi, nəvə sevgisi nədir bilirdi. Hələ nəvəsi Kainatın Əfəndisi kimi tərtəmiz bir uşaq olunca, artıq sevgisinin sözümü olardı?

Həqiqətən Abdülmuttalib, ətrafa nur saçan nəvəsini canı kimi sevir, şəfqətli qanadları arasında onu nazlı bir bala kimi saxlayırdı. Onsuz heç bir yerə getmək istəmirdi. Bu yaşında belə Peyğəmbər Əfəndimizin davranışları kamil bir insanın hərəkət və davranışlarından fərqsiz idi. Getdiyi hər yerdə bu fövqəladə vəziyyəti hər kəs tərəfindən dərhal fərq edilirdi. Hətta zaman zaman yığıncaqlar və söhbətlərdə soruşulan suallara Abdülmuttalib, onunla müşavirə etdikdən sonra cavab verirdi.

 

Peyğəmbərimiz (s.ə.s.) ilə babası Abdulmuttalibin münasibətləri necə idi?

 

Həqiqətən Abdülmuttalib, ətrafa nur saçan nəvəsini canı kimi sevir, şəfqətli qanadları arasında onu nazlı bir bala kimi saxlayırdı. Onsuz heç bir yerə getmək istəmirdi. Bu yaşında belə Peyğəmbər Əfəndimizin davranışları kamil bir insanın hərəkət və davranışlarından fərqsiz idi. Getdiyi hər yerdə bu fövqəladə vəziyyəti hər kəs tərəfindən dərhal fərq edilirdi. Hətta zaman zaman yığıncaqlar və söhbətlərdə soruşulan suallara Abdülmuttalib, onunla müşavirə etdikdən sonra cavab verirdi.

Kəbə divarının kölgəsində az qala hər vaxt Qureyşin rəisi Abdülmuttalib üçün bir döşək silsiləli olardı. Uşaqlarının heç biri bu döşəyin üstünə çıxmaz, ataları gələnə qədər ətrafında oturub gözləyərdilər.

Abdülmuttalib, uşaqlarından heç birini almazkən, Peyğəmbər Əfəndimizi qucaqlayaraq yan tərəfinə döşəyin üstünə oturdardı. Əmiləri tutub onu döşəyin üstündən endirmək istəyərdilər. Lakin, ataları buna mane olar və belə deyərdi:

"Oğulumu sərbəst buraxın. Vallah, irəlidə onun adı və şanı böyük olacaq. "Sonra da möhtərəm nəvəsini döşəyin üstünə, yan tərəfinə oturdar, əliylə kürəyini oxşayaraq ona olan sonsuz sevgisini ifadə edərdi. 1

Abdülmuttalib yatarkən Sevimli Peyğəmbərimiz (s. a. s. )dən başqası onu oyandırma cəsarətini göstərə bilməzdi. Xüsusi otağına ondan başqası icazəsiz girə bilməzdi. Yaşlı baba; nur üzlü nəvəsini süfrədə yanına, bəzən də dizinə oturdar, yeməyin ən ləzzətlisini ona yedirər və o gəlmədən yeməyə başlamağa icazə verməzdi.

Kainatın Əfəndisini, babası bir gün itən dəvəsini axtarışa göndərdi. Bir az gecikincə, itdi narahatlığıyla böyük bir təlaşa qapıldı. Kədəri üzündən oxunurdu. Dərhal Kəbəyə çataraq əllərini uca Mövlaya açdı və

"Allahım, Məhəmmədimi mənə geri lütf et!" deyə dua etdi.

Az sonra Peyğəmbər Əfəndimiz, dəvə ilə birlikdə çıxıb gəldi. Babası, özünü sevinclə qucaqladı və

"Biricik balam," dedi. "Sənin üçün o qədər kədərləndim, o qədər fəryad etdim ki, artıq bundan sonra səni yanımdan əsla ayırmayacağam və tək başına bir yerə göndərməyəcəyəm."

Həqiqətən də Abdülmuttalib, vəfatına qədər nəvəsini bir kölgə kimi izləməkdən geri dayanmadı.

 

1. Sire, 1/178; Tabakat, 1/118, Ensab, 1/81

 

 

Saleh Suruç



02-05-2010 12:27:29

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz