Ana səhifə

Peyğəmbərimizin uşaqlıq və gənclik illərindəki davranışları.


YazdırSend to friend
Sual Detayı: 
Peyğəmbərimizin uşaqlıq və gənclik illərindəki davranışlarıyla əlaqədar məlumat verərsiniz?
Cavab: 

Peyğəmbərimiz (s.ə.s.)in,  uşaqlığı və gəncliyi təmiz və iffətli bir şəkildə keçmişdir. Gərək Onun üstün əxlaqla təchiz edilmiş olması və gərəksə ilahi qoruma altında olması səbəbiylə, Onun bütün həyatı kimi gəncliyi də bizim üçün ən gözəl nümunədir. O, peyğəmbərlikdən sonra necə bir əxlaqa sahibsə, qırx yaşından əvvəlki həyatı da elə təmiz və sadə bir əxlaqa sahib idi.

 

Əfəndimiz (s.ə.s.), bisətindən əvvəl ticarət karvanlarıyla səfərlərə çıxır və ortaqlıq şəklində ticari fəaliyyətlərdə olurdu. Həyatın bir çox sahəsində olduğu kimi, bu sahədə də nümunə bir şəxsiyyət idi.

 

Abdullah bin Əbil-Hamza, Peyğəmbərimizlə olan ticari bir xatirəsini belə izah etməkdədir:

 

Rəsulullah (s.ə.s.) daha peyğəmbərlik gəlməzdən əvvəl Ondan bir şey almışdım. O alverdən ona hələ bir miqdar (borc) qalmışdım. Mən o qalanı, özünə yerində verməyi vəd etdim. Amma bunu unutdum. Üç gün keçdikdən sonra xatırladım, gəldiyimdə o hələ (sözləşdiyimiz) yerində idi. "Ey gənc! Mənə məşəqqət verdin, mən üç gündür burada səni gözləyirəm" buyurdu. (Əbu Davud, Ədəb 90, (4996).

 

Peyğəmbərimiz ticari işlərində hesabını doğru edər, heç bir kimsəyə haqsızlıq etməzdi. Peyğəmbərliyindən əvvəl özüylə alver edənlər, etdikləri alverdən çox məmnun qalardılar.

 

 

O, əl-Əmin Ləqəbi İlə Bilinərdi

 

Həcəri Əsvədin yerləşdirilməsi mövzusunda ixtilaf çıxmış və az qala qan tökülürdü. Əbu Ümeyye ibni Muğire: "Sabah səhər Səfa qapısından ilk olaraq kim girsə, o bizim aramızda hakim olsun." dedi. Təklif yerində oldu və qəbul edildi. Səhər Qureyşin öndə gələnləri ilk girən adamı maraqla gözləməyə başladılar. Həzrəti Peyğəmbər (s.ə.s.)i görüncə sevindilər. Çünki Onun doğruluğuna və etibarlılığına əsla şübhələri yox idi. Ona əl-Əmin deyirdilər. Əfəndimiz (s.ə.s.)i çağırdılar və məsələni özünə ifadə etdilər. Əfəndimiz (s.ə.s.), orada olanlara dərhal bir döşək gətirmələrini söylədi. Onlar da döşəyi gətirdilər. Hər qəbilədən bir nümayəndə seçdi.  Özü Həcəri Əsvədi döşəyin üzərinə qoydu. Seçdiyi adamlara döşəyin uclarından tutmalarını söylədi. Beləliklə daşı yerinə qoyma işi, bütün qəbilələrin əməyi ilə reallaşmış oldu.  Əfəndimiz (s.ə.s.)in fərasəti ilə məsələ qan tökülmədən həll edildi. Bəli, O gəncliyində belə idi və etibarlı bir gənc idi. Bir çox bəşəri duyğuları, fışqırmaya hazır vəziyyətdə gözləyən bir gəncin etibarlı olması və hakim qəbul edilməsi, bizim gənclərimiz üçün əhəmiyyətli bir davranış modelidir.



22-12-2009 03:13:14

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz