Ana səhifə

Peyğəmbərimiz(s.a.s) Namaz sonrası Salatən tuncinə duasını etmişdir? Hədislərdə bu duanın edildiyi var?


YazdırSend to friend
Sual Detayı: 
Salam aleykum. Peyğəmbərimiz(s.a.s) Namaz sonrası Salatən tuncinə duasını etmişdir? Hədislərdə bu duanın edildiyi var? Allah razı olsun..
Cavab: 

   Və aleykum Salam və rahmətullah.

  Hədislərdə belə bir dua şəkli yoxdur, yəni Allah Rəsulu sallallahu aleyhi və səlləm namazlardan sonra bu şəkildə dua etməmiş.

             Amma mü`minlərin duaları yaşadıqları hallara görə şəkillənməkdədir. Yəni : yalan danışan “Allah`ım dilimi yalandan qoru”; içkiyə meyilli olan “Ey Rabbim, məni haram etdiyin bu içkidən uzaqlaşdır”; zinaya meyilli olan “Ey qullarını günahlardan qoruyan Allah`ım, məni zinadan qoru və məni təqvalı qullarından eylə”; namazlarını qəza edən ” Ey Rahman və Rahim olan Allah`ım, Əmrlərinə muti bir qul eylədə namazlarımı qəza etməyim” ; gözünü haramdan qoruya bilməyən ” Allah`ım, gözümü haramlardan, Sənin razı olmadığın və Sənin rızan üçün olamayan baxışlardan qoru” və digər yaşanılan hallara görə qulun qəlbindən dili vasitəsiylə İlahi Dərgaha dualar yüksəlməkdədir.

            Hər bir dua isə Alllah`a həmd və Rəsuluna salavatla başlanılmalıdır. Necəki namazdan dərhal sonra bir adamın  “ Allah`ım məni bağışla, mənə mərhəmət et” deyə dua etməsi üzərinə Allah Rəsulu (aleyhissalâtu vəssəlâm) buyurdu:

“Tələsdin, bax, namazı tamamlayıb əvvəlcə Allaha gözəlcə həmdü-səna etməlisən. Mənə salatu-salam gətirməli sonra istədiyin duanı etməlisən...” ( Tirmizi.Sünən, 5/516)

 Əbu Davud, Nəsəi və Tirmizinin rəvayət etdiyi bir hədisdə peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) belə buyurmuşdur:

"Biriniz namazı qıldıqdan sonra, Allah'a həmdu səna etsin, sonra Peyğəmbərə salavat gətirsin, ondan sonra dilədiyi dualar etsin" (bax. Nəylu'l-Əvtar, 2/577)

 

Salatən Tüncina Duası:

"Allâhummə salli alâ Seyyidinâ Muhammədin və alâ âli Seyyidina Muhammədin salâtən tüncînâ bihâ min-cəmî'il-əhvâli vəl âfat. Və taqdî lənâ bihâ cəmîal hâcât və tutahhirunâ bihâ min-cəmîi's-seyyiât və tərfə'unâ bihâ ındəkə a'lâ'd-dəracât və tubəlliğunâ bihâ aksâ'l-ğayât min cəmiîl-xayrâti fî'l-hayâti və ba'dəl-məmât birahmətikə Yâ ərhamə'r-rahimîn. Hasbunəllahu və ni'məl vəkîl, ni'məl məvlâ və ni'mə'n-nasîr. Ğufranəkə rabbənâ və iləykə'l-masîr."

Mənası:

"Allahım! Əfəndimiz Muhammədə (s.ə.v.) və onun əhli beytinə salât et. Bu salavat o dərəcə dəyərli olsun ki: Onun hörmətinə bizi bütün qorxu və bəlalardan qurtarsın. Bizim ehtiyaclarımızı o salavat hörmətinə yerinə yetirsin, bizi bütün günahlardan bu salavat hörmətinə təmizləyərsən, o salavat hörmətinə bizi dərəcələrin ən üstünə ucaldarsan, o salavat hörmətinə həyatda və öldükdən sonra düşünülə biləcək bütün xeyirlər haqqında gayələrin ən sonuna qədər çatdırsın. Ey mərhəmətlilərin mərhəmətlisi, bizə bunları mərhəmətinlə nəsib et. Allah Təala bizə kafidir və nə yaxşı bir dost, nə yaxşı bir vəkildir. Ey Rəbbimiz, sənin məğfirətini diləyirik, dönüş yalnız Sənədir. "

Bəzi yerlərdə, "Hasbunəllahu və ni'məl vəkil, ni'məl Mövla və ni'mə'n-nasir. Ğufranəkə rabbəna və iləykə'l-masir." qisiminin olmadığını da ifadə edək. Ancaq bu qisimin deyilməsi də çox faydalıdır.

Bu Salavat-ı Şərifənin böyük əhəmiyyəti və savabı vardır. Davamlı bu salavata davam edənin, bəlalardan əmin, gələcək müsibətlərə pərdə, arzularının asan, ruzisinin da bərəkətli olacağı ümid edilər.

Dua əsnasında əllər (duanın səması sayılan) yuxarıya açıq olaraq (ayrı) şəkildə tutular. İki əlin ovuc içi tərəzinin iki gözü kimi muvazeneli şəkildə sinə xəttində, səmadan gələcək Rəhmət-i İlâhiyyə'yə açıq gözləyər.

Ancaq, bəzi zamanlarda bu iki əlin yan-yana birləşib, bitişik şəkildə tutulması da sünnəyə zidd deyil. Rəsuli-Əkrəm (aleyhissalâtu vəssəlâm) Əfəndimiz hər iki halda da dua etmişdir. Lakin çox dəfə əllərini ayrı şəkildə tutduğu aydın olmaqdadır.

Necə ki Şafi məzhəbində duanın qorxu mənasına gələn cümlələrində əllərin içinin yerə çevrilib aşağıya tutulduğu kimi. Hənəfidə isə ovuc içinin aşağıya çevrilməsi sadəcə yağış duasında məşru edilmişdir, digərlərinə şâmil olmamışdır.

Şafilərin dua edərkən müsibətdən qorunmaq üçün əllərini aşağıya çevirmələri bəzi hədislərə əsaslanır ki sünnədir. Bu hədislərdən biri belədir:

"Peyğəmbər Əfəndimiz Aleyhissalatu vəssalam, Allah`dan bir şeyin olmasını istədiyi zaman əllərinin içini yuxarıya çevirirdi. Ancaq bir şeydən çəkinəcəyi zaman isə əllərinin içini aşağıya çevirirdi. "(Bu mövzuyla əlaqədar hədislər üçün bax. Müsnəd, Əhməd b. Hənbəl IV/56; Məcmauz-Zəvaid, X/168; Cəmu'l-Fəvaid, II/618; əl-Fəthu`l-Kəbir, II/357)

Bu səbəblə əllərini dua edərkən aşağıya çevirənlər, bu hədislərə görə əməl etmişdir. Hənəfilər isə bu mövzuda Şafiləri təqlid etmiş olur.

 

 

Mövzuyla əlaqədar bir Xatirə:

 

Bu mövzuda İbni Fakihani “Fecri Münir” adlı kitabında özətləyəcəyim bu hadisəni nəql edir:

Mənəviyyat böyüklərindən Əbu Musa, fırtınalı bir havada gəmidə imiş. Müdhiş bir fırtına gəmini batırmağa azacıq qalmış Peyğəmbər Əfəndimizə iltica etmiş:

Ya Rəsulullah, gəmimiz batacaq, içindəki bu qədər günahsızlar suya qərq olub öləcəklər. Lütfən bizə bir qurtuluş çarəsi göstər! ..

O sırada qulağına belə bir xitab vaqe olmuş: Ey Əbu Musa! Tüncina duasını oxuyun! Yəni, qurtaran duanı oxuyun, qurtaran duanı ...

Demiş ki: Ya Rəsulullah, bu Tüncina duası hansıdır, biz bilmirik?

Əfəndimiz (aleyhissalâtu vəssəlâm) bu gün namazlardan sonra oxumaqda olduğunuz “Salatən Tüncina”-ni oxumuş, bunu oxuyun, deyə tənbeh buyurmuş.

Gəmidəki sərnişinlər hamısı birlikdə bunu Əbu Musadan öyrənib oxumuşlar, fırtına sakitləşmiş, sağ-salamat quruya ayaq basmışlar.

Bu duanın bu kimi xüsusiyyətlərindən doalayıdır ki bizim də hüdudlarımızda düşmən təhlükəsi meydana çıxınca əli silah tutan əsgərlərimiz hüdud sərhədlərinə gedib maddi silahıyla qarşı qoyarkən, içəridə səccadəsi başındakı mü'minlər də həmişə bu qurtaran duanı oxumuşlar.

Maddi silah yanında mənəvi silahla da düşməni sərhədlərimizdən qovmuşlardır.

Bu mövzunu Əhli Sünnə məcmuəsində yazan mərhum Zapsu, bir təklifdə olmuş və demişdir ki: Hərbdə sərhədlərimizdə meydana çıxan düşmən təhlükəsini önləmək üçün məscidlərimizdə diyanət tərəfindən oxunması istənilən (Salaten Tüncana) 'yı artıq buraxmalıyıq. Çünki təhlükə keçmişdir. Sabah Allah qorusun bir təhlükə daha söz mövzusu olursa o zaman nəyi oxuyacağıq.

Faslı Davud əfəndinin yazdığı “Dəlailül Xayrat” da da keçən bu salavatı şərifə üçün Bədiüzzaman həzrətləri. “bir çox aktabların oxumaqda titizlik göstərdiyi salavat” deyə bəhs edər.

Bu salavatı şərifə ilham ilə yazılmışdır. Nə oxuyana nədə okumayana bir israr olmamalıdır. Oxunsa savabı var, okunmazsa günahı yoxdur. Mən şəxsən oxuyuram, oxunmasını da məqsədəuyğun bilirəm. Adı üstündə qurtaran salavat. (Ahməd Şahin, Aktual Suallara Çözümlər.)

Digər yöndən məsələyə baxılası olsa, bu  adi bir duadır. Məsələn biz iman qardaşımızdan və ya kimlərdənsə gözəl bir dua eşitsək, çox xoşunuz gəldiyi halda bu duanı həmişə oxuyar, hələ başqalarına bu dua şəklini öyrətməyə çalışarıq.

Allah cümləmizdən razı olsun.



20-05-2014 11:05:45

Düğüme özel