Ana səhifə

Peyğəmbərlər ancaq Yaxın Şərqəmi göndərilmişdir?


YazdırSend to friend
Sual Detayı: 
Peyğəmbərlər ancaq Yaxın Şərqəmi göndərilmişdir?
Cavab: 

“Həqiqətən, Biz səni haqla müjdə verən və qorxudub xəbərdar edən olaraq göndərdik. Elə bir ümmət yoxdur ki, ona xəbərdar edən bir peyğəmbər gəlmiş olmasın.” (35-Fatir 24)

Biz hər ümmətə: “Allaha ibadət edin, tağutdan uzaq olun”– deyə, elçi göndərdik. (16-Nəhl 36)

“Səndən əvvəl elçiləri xalqlarına açıq-aşkar dəlillərlə göndərdik. Cinayət törədənləri də cəzalandırdıq. Möminlərə yardım etmək Bizim borcumuz idi.” (30-Rum 47)

Bu bölgə, yəni orta-şərq sivilizasiyanın beşiyi olmuşdur. İnsanlığın böyük hissəsi bu bölgələrdə yaşamışdır. Onsuzda o dövrdə dünya üzərində insanların sayı 170-200 milyondan çox deyildi və bu 170-200 milyonun çox hissəsi orta şərq bölgələrində yaşıyırdılar.

Eramızdan əvvəlki illərdə yaşayan insanların sayı barədə aşağıdakı statistikaya baxaq:
e.ə 10000 1 milyon insan
e.ə 8000 5 milyon insan
e.ə 6500- 5 milyon insan
e.ə 5000- 5 milyon insan
e.ə 4000- 7 milyon insan
e.ə 3000- 14 milyon insan
e.ə 2000- 27 milyon insan
e.ə 1000- 50 milyon insan
e.ə 500- 100 milyon insan
e.ə 400- 162 milyon insan
e.ə 200- 150 milyon insan
eramızın 1-ci əsri 170-200 milyon insan

Mənbə:https://www.census.gov/population/international/data/worldpop/table_history.php

Eramızdan öncə dünya üzərindəki əhali sayısı elə də çox olmayıb. Eyni zamanda dünya üzərində əhalinin böyük qisminin bu bölgələrdə yaşaması, bu bölgələrə daha çox peyğəmbər göndərilməsinin əsas səbəblərindən biridir.Sonradan İnsanlığın sayı artınca digər bölgədəki insanların sayıda artıb.Buna görədə tarixin ən qədim və böyük mədəniyyətə sahib şəhərləri bu bölgələrdə mövcud olmuşdur. Bu baxımdanda bu bölgələrə daha çox peyğəmbər göndərilmişdir.

Qədim dövrlərdə insanların böyük əksəriyyətinin orta-şərqdə yaşaması barədə tarixi-arxeoloji dəlillər mövcuddur:
1) Ən qədim böyük və əzəmətli şəhərlərin bu bölgədə yerləşməsi
2) Əkinçiliyə keçidin ilk dəfə bu bölgədə olması

Tarixçilər Tertius Chandler, Gerald Fox və George Modelski insanlıq tarixinin gördüyü ən böyük 16 şəhəri seçmişdir. Bu 16 şəhərdən 7-si miladdan öncəyə aiddir. Və biz burada eramızdan öncəki şəhərlərə baxacağıq. Çünki müxaliflərin “peyğəmbərlərin çoxu niyə orta şərqdəndi?” deyə ünvanlandıqları sualdakı peyğəmbərlərin böyük əksəriyyəti eramızdan öncə yaşamışdır. İstisna olaraq İsa aleyhissalamın 1-ci əsrdə, Muhamməd aleyhissalamın isə 7-ci əsrdə yaşamışdır.

Tertius Chandler, Gerald Fox və George Modelskinin miladdan öncə mövcud olmuş 7 ən böyük şəhərdən 6-sı orta şərqdə yalnız 1-i Çində yerləşmişdir. (16 greatest cities in human history)

Bu 7 şəhər aşağıdakılardır:
1) Fələstinin qərbində yerləşən miladdan öncə 7000-2000 –ci illər arasında mövcud olmuş “Eriha” şəhəri
2) Miladdan öncə 3500 -2000 ci illərində mövcud olmuş Şumerlərin “Uruk” şəhəri
3) Miladdan öncə 2500-cü illərdə mövcud olmuş Mesopotimayın mərkəzində yerləşən “Mari” şəhəri
4) Miladdan öncə 2100-cü illərdə mövcud olmuş Bəsrə körfəzi yaxınlığındakı “Ur” şəhəri
5) Miladdan öncə 1300-cü illərdə mövcud olmuş Çində “Yinxu” şəhəri
6) Miladdan öncə 700-cü illərdə mövcud olmuş “Babil” şəhəri
7) Miladdan öncə 300-cü illərdə mövcud olmuş Tunisin yaxınlığında yerləşən “Karfagen

Miladdan öncəyə aid dünyada mövcud olmuş 7 ən böyük şəhərdən 6-sının orta-şərqdə olması bu bölgədə yaşayan əhalinin digər bölgələrdə yaşayan əhalidən qat–qat çox olduğunu göstərir.

Eyni zamanda bildiyimiz kimi miladdan əvvəl on mininci illərdə insanlıq tarixindəki ən əhəmiyyətli hadisələrdən biri olan əkinçiliyə keçişlə birlikdə əhali sahəsində bir inqilab yaşanmışdır. İnsanlıq tarixində böyük bir inqilab olan Taxıl istehsalı və heyvanların əhilləşdirilməsi və əhalinin oturaq həyata keçməsi əkinçiliklə baş vermişdir. Əkinçiliyə ilk olaraq orta şərqdə “Fertile Crescent-Bərəkətli Aypara” ərazisində keçilmişdir (Urban World History). Bu isə qədim dövrlədə bu bölgənin əhalisinin sayının çox olmasının göstəricisidir.

Eyni zamanda əhalinin artımında çox mühüm rol oynayan əkinçiliyə keçid inqilibadı məhz bu orta-şərq bölgəsində “Bərəkətli Aypara” adlanan yerdə baş vermişdir.

Lakin bununla belə bəzi ayələrdə digər bölgələrə göndərilmiş peyğəmbərlərə də işarə vardır.
1. And olsun əncirə və zeytuna!
2. And olsun Sinay dağına!
3. And olsun bu təhlükəsiz şəhərə (Məkkəyə)!

(Tin surəsi, 1-3)

Burada Əncir və Zeytundan qəsd peyğəmbərlərin vəhy aldıqları yerlər nəzərdə tutulur.
Bəzi bu iki kəlmə “əncir” və “zeytun” meyvələri şəklində anlaşılmışdır. Lakin ayələrin bir-biri ilə bağının olduğunu nəzərə alaraq sözü gedən kəlmələri meyvə olaraq deyil, bölgə şəklində anlamaq daha doğru olar. Çünki ardınca gələn digər 2 ayədə məhz iki bölgənin adı zikr olunur. Meyvə və bölgə arasında bir bağ qurmaq mümkün olmadığına görə bunların da bir bölgə olduğu qənaəti daha güclüdü.

Quranda keçən ayələrdən məlum olduğu kimi, Sina dağı Hz Musanın, təhlükəsiz yer olan Məkkə isə Hz Muhammedin vəhy aldıqları yerlərdir. Zeytun dağı, zeytun və ya zeytun ağacı: Hz. İsanın vəhy aldığı mübarək və müqəddəs qılınmış bölgəni simvollaşdırır.

Lakin ayədə keçən “Əncir” dən qəsdin hansı peyğəmbərin vəhy aldığı yer barədə ixtilaflar vardır (4). Lakin bunnan qəsdin budda-nın vəhy aldığı əncir ağacının olması fikirli daha qənaətbəxşdir.Buddist inancına görə; Siddhartha Gautamanın bir əncir ağacının altında oyanmış, yaşamış və beləcə Buda (oyanmış) olmuşdur. Bu səbəblə əncir (Bodhi) ağacı, o gündən bəri Buddist sənətində bir simvol olaraq istifadə edilməkdədir. Əncir ağaclarına Buddist məbədlərində və cədvəllərində tez-tez yer verilmişdir. (Bodhi Tree)

Bu baxımnan Budda-da peyğəmbər ola bilər.Lakin buddanın gətirdiyi mesajı sonradan təhrif olub şirk dininə çevrilə bilər.Necəki xristianlar Hz İsanın gətirdiyi ilahi mesajı təhrif etdilər.Buddanın gətirdiyi mesaj təhrif olmasına baxmayaraq onun adına əsrlər sonra Tripitika kimi uydurma kitablar yazılsada buddist inancında bəzi şeylər az bir şəkildə təhrifə uğramadan bizim dövrümüzə çata bilər. Məsələn buddizmdə öldürmək, oğurluq etmək, zina etmək, yalan danışmaq, içki içmək qadağan edilmişdir.

Qısaca demək olarsa Buddanın Çinə göndərilmiş bir peyğəmbər ola bilər.Hal hazır ki, buddist inancın şirklə dolu olması buddanın gətirdiyi mesajın təhrif olduğunu göstərir. Tin surəsi 1-ci ayəsində peyğəmbərlərin vəhy aldıqları yer olaraq bildirilən “Əncir” ağacının buddanın vəhy aldığı yer olması fikiri daha güclüdü.

NƏTİCƏ:
1 Qurana əsasən bütün millətlərə elçilər göndərilmişdir.Mövcud arxeoloji dəlillər bunu sübut edir.
2 Quranda adı keçən peyğəmbərlərin çoxunun orta-şərqdən çıxmasının əsas səbəbi bu bölgələrdə dünya üzərindəki əhalisinin böyük hissəsinin yaşaması, iri şəhərlərin və sivilizasiyaların burda yerləşməsi
3 Qurani Kərimdə Çinə göndərilən peyğəmbərlərə dair işarənin olması

Peyğəmbərlər yalnız Ərəb yarımadası və ətrafına deyil, hər cəmiyyət və millətə göndərilmişdir. Necəki müasir antropolji tapıntılar bunu təsdiq edir. İstər Mesapotamiyada, istərsə də Misirdə aparılan araşdırmalar nəticəsində, qədim mədəniyyətlərdə saysız-hesabsız tanrı və müqəddəs varlıq inancına rast gəlinir. Ancaq araşdırmalar dərinləşdikcə belə bir həqiqət ortaya çıxır:

Bütün bu tanrı, yarı-tanrı varlıqlar arasında bir uyğunluq mövcuddur. Və hamısının üzərində tək bir tanrı var. Bu həqiqət, istisnasız bütün çox tanrılı inanclarda da belədir. Yəni çox tanrılı dinlərin içində, hər zaman tək tanrılı bir din gizlidir. Bu həqiqəti ilk olaraq ortaya çıxaran antropoloq, Oxford Universitetindən Stephan Langdon idi. Langdon 1931-ci ildə əldə etdiyi tapıntıları elm dünyasına çatdırarkən, əldiyi bu nəticələrin heç gözləmədiyi bir şey olduğunu da etiraf etməkdə idi. Çünki onun tapıntıları dinlərin təkamülü inancının tamamilə tərsinəydi. Xüsusilə bütün dünya mədəniyyətlərinə təsir etmiş olan Şumerler üzərinə aparılan qazıntı və araşdırmalar, başlanğıcda qəti olaraq tək tanrılı bir dinin var olduğunu, ancaq zamanla pozularaq çox tanrılı bir inanc halına gəldiyini dəqiq olaraq sübut etdi.

Ancaq bu gün hələ qədim Şumer yazılarında “Nuh Tufanı” kimi Tövrat, İncil və Qur`anda bəhs edilən hadisələrə bənzər hadisələrin izlərini görən bir sıra araşdırmaçılar, bu işarələri tərsinə oxuyaraq müqəddəs kitabların mənşəyini bu Şumer yazılarına bağlamağa çalışmaqdadırlar. Bu idddiaya görə, Tövrat və İncil bu qədim Şumer kitabələrindən yığılmışdır. Hətta Qur`an belə -haşa- qədim Şumerden qalma söz-söhbətlərin təsiriylə ortaya çıxmış bir kitabdır. Halbuki bu ortaq mövzuların izi, ilk insan, ilk peyğəmbər olan Adəm aleyhissalam ilə başlayan həqiqi insanlıq tarixinin ip uclarını göz önünə sərməkdədir.Tövratda, İncildə və Qur`anda keçən tufan hadisəsinin, Şumer kitabələrində də keçməsi, bizə tək bir şeyi söyləyər: Dinlərin tək bir ilahi qaynaqdan gəldiyini

İllər sonra Tell-Esmar adındakı qədim bir şumer şəhərində aparılan qazıntıların nəticəsi də eyni həqiqətə işarə edirdi. Qazıntı işlərini idarə edən Henry Frankfortun rəsmi hesabatında bildirdiyinə görə, dinlər insanların təbiət hadisələrinə, pis ruhlara tapınmalarıyla ortaya çıxmamışdır. Başlanğıcda tək bir ilahı olan din, zamanla təhrif edilmiş və iman edilən ilahın sifətləri başqa başqa tanrılar şəklində ortaya çıxmışdı. Aydın olan o ki, bu qövm, onları bir olan Allaha dəvət edən peyğəmbərlərindən sonra, Rəblərinin sifətlərində(vəsflərində) səhvə yol vermişlər və tövhid əqidəsindən sapmışlar. Elm bizə bunu söyləyirdi. Məsələn, möhürlərin üzərindəki şəkillərdə ümumiyyətlə ilahlara edilən ibadətlər təsvir edilir. Ancaq bu şəkillərin hamısında bu məbəddə yalnız tək bir Tanrı inancının olduğu görülməkdədir. ”Bu səbəblə, ən qədim zamandakı Şumer-Akkad inanc sistemi içində, bu tək İlahın fərqli sifətlərinin ayrı ilahlar olaraq görülmədiyi aydın olur.” (H. Frankfort, Third Preliminary Report on Excavations at Tell Asmayar (Eshnunna): Quoted by P. J. Wiseman en New Discoveries en Babylonia about Genesis, Marshall, Morgan and Scott, s. 24. )
(Allah son kitabı Quranda belə azmış qövmlərdən, onların başlarına gələn fəlakətlərdən, özlərinə yol göstərici olaraq göndərilən peyğəmbərlərin və o peyğəmbərin qövmləriylə olan mübarizələrindən, çox bəhs edilməkdədir.)

MİSİR, HİNDİSTAN VƏ DİGƏRLƏRİ
Şumerlərdə görülən degenerasiya, tanrılarıyla və fironlarıyla məşhur Misir mədəniyyətində də görülmüşdü. Misirlilər də ilk başlarda tək tanrılı bir inanca sahib idilər, ancaq Misir dini pozuldu və çoxlu ilahlar ortaya çıxdı. İş bununla da qalmayıb, krallarına belə üluhiyyət istinad edərək, onları da, bir yarı-tanrıya çevirdilər. Və beləcə Misir, bir fironlar mədəniyyəti halına gəldi.

Tək tanrılı bir dindən çox tanrılı dinə keçməyə ən təəccüblü və canlı nümunə, Hind mədəniyyətidir. Tarixi keçmişi, Şumer və Misir qədər olmasa belə, qədim bir mədəniyyət olan Hindlilərdə bu gün belə adları alt alta yazılsa, yüzlələrlə,minlərlə tanrı ortaya çıxar. Ancaq Hindlilərin müqəddəs Veda kitabını araşdıran araşdırmaçı Max Müllerin ifadəsiylə,  Vedada tək tanrılıq inanc çox tanrılıq inancdan daha qədimdir.

–“Tək və sonsuz bir tanrının xatirəsi, göyü bir sis kimi örtən bütpərəst anlayışının içində mavi göyün meydana çıxması kimi aşkara çıxar”. (Max Muller, History of Sanskrit Literature: Quoted by Samuel Zwemer, s. 87 )

Gələk Yunan tanrılarına. Eynilə digər nümunələrdə olduğu kimi, Qədim Yunanlarda da, bir din degenerasiyası və haqq dindən uzaqlaşma görülməkdədir. Qədim Yunan dini inancları üzərinə araşdırmalar aparmış olan Axel W. Persson, Tarix Əvvəli Yunan adlı əsərində belə deyir:

“İlk başdan bəri mövcud olan Tək Tanrı, daha sonra Yunan əfsanələrinde gördüyümüz çoxlu tanrıya çevrilmişdir. Mənə görə, bu vəziyyət, tək və bir olan tanrının sifətlərinin zamanla fərdiləşdirilməsindən qaynaqlanmışdır.” (Axel Persson, The Religion of Greece en Prehistoric Times, University of Kaliforniya Press, 1942,s. 124 )

Eyni təhrifatın izlərini İtaliyada da görmək mümkündür. Arxeoloq Rosenzweiq, “erkən Etrusk dövrünə təsadüf etmiş Iguvine mənbələri üzərində apardığı araşdırmalarda “tanrılar ilk olaraq (ilahi) sifətlərin müxtəlif xüsusiyyətlər olaraq izah olunmasından meydana çıxmışdır” deməkdədi. (Book review, American Journal of Archaeology, 43 (1939): ss. 170-171 )

Daha geniş məlumat üçün: From Monotheism to Polytheism


XRİSTİANLIQ VƏ YƏHUDİLİK
Hər nə qədər bu gün yer üzündə olan üç Tək Tanrılı dindən ikisi sayılsalar belə Yəhudilərin Tövratı, Xristianların isə İncili təhrif etmələri, insanlıq tarixinin gördüyü ən son iki din degenerasiyasıdır. Bilindiyi kimi, Tövrat, Musa aleyhissalama vəhy edildiyi kimi qalmamış, əsrlər boyu Yəhudi alimləri tərəfindən dəyişdirilmiş və yenidən yazılmışdır.

İncilin vəziyyəti də Tövratdan fərqli deyil. Bu gün dörd fərqli İncil mövcuddur və aralarında ciddi ayrılıqlar vardır. Əsrlərcə Xristian alimləri də eynilə Yəhudilər kimi İncili təhrif edib dəyişdirmişlər. Ancaq Xristian aləmindəki əsl böyük təhrif , ‘təslis’ inancıdır. Xristianlar, ata-oğul və müqəddəs ruh üçlüyü ilə (təslis nəzəriyyəsi) tövhiddən uzaqlaşmışlar və İsa aleyhissalama Allahın qulu və elçisi nəzəri ilə deyil, uluhiyyətin bir parçası və ortağı nəzəriylə baxmağa başlamışlar.



17-01-2018 07:13:34

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz