Ana səhifə

Porno yayınları izləmək günahmıdır; mütləq izləməməkmi lazımdır?


YazdırSend to friend
Sual Detayı: 
ədəbsiz görüntülər izləmək
Cavab: 

    İsrâ sûrəsinin 32-ci ayəsində Cənab-ı Haqq,

"Zinaya yaxınlaşmayın! Çünki o, bir həyasızlıqdır və çox pis bir yoldur."

    buyurur. Buradakı "yaxınlaşmayın" əmrindən hərəkətlə İslam fiqh alimləri insanı zinaya apara biləcək hər cür əməlin qadağan olduğunu ifadə etmişlər. Ədəbsiz şəkil və ya görüntülərə baxmağı da bu kateqoriyalar içində görə bilərik. Bu səbəblə bu cür şəkillərə baxmaq caiz deyildir.

    Xüsusilə cinsi təhrikin və müstehcenliyin (ayıb görüntülər) önəmli bir ticari sektor olduğu və gənclərin təbii cinsi meyllərinin mərhəmətsizcə istismar edildiyi və gedərək anormal və qeyri-qanuni təmin olunma yollarının yayılma özəlliyi göstərdiyi cəmiyyətlərdə, gənclərin şəhvani duyğularına hakim olmalarının çətinliyi inkar edilə bilməz. Bu səbəblə fərdlərin əxlaqsızlığına, cinsi istəklərin ortaya çıxmasına səbəb olacaq video, oyun kimi şeyləri düzəltmək, satmaq, almaq və seyr etmək caiz olmaz.

    Qur'an-ı Kərim'də, həm kişilərin həm də qadınların harama baxmamaları, ədəb yerlərini yaxşıca örtülü tutub, iffət və namuslarını qorumaları əmr edilməkdədir (Nur, 24 / 30-31). Hz. Peyğəmbər sallallahu aleyhi və səlləm də,

"... Gözlərin zinası şəhvətlə baxmaqdır ..." (Buxari, Qədər, 9; Müslim, Nikah, 44)

    buyuraraq harama baxmağı, zinaya aparan hərəkətlərdən olduğu üçün caiz olmadığını ifadə etmişdir. Beləliklə, kişi və ya qadının, bir-birlərini təhrik edici hal və hərəkətlər etməkdən çəkinmələri lazımdır.

    Erotik səhnələrin seyr edilməsi, insanın mənəvi həyatına mənfi istiqamətdə təsir edər. Üstəlik zamanla vərdiş və ehtiras halına gələrək, bəzi əxlaqi zəifliklərin və heç istənməyən halların ortaya çıxmasına səbəb ola bilər. Bu səbəblə belə bir şeydən mütləq uzaq durulmalıdır.

    Bütün günahlar və əxlaqi pozulmalar müstehcene baxmaqla başlayar, baxışın israrıyla inkişaf edər, sonra əməli günaha çevrilər. Üstəlik gözlər, baxdıqlarının şəkillərini də çəkər, xəyal arxivində yığıb saxlayar. Hara getsə, harada olsa artıq çəkdiyi bu şəkillər, xəyal aləmində gözlərinin önündədir.



25-09-2016 09:34:04