Ana səhifə

Psixoloji baxımdan qorxu yaşayıram.Nəyinsə mənə baxdığını hiss edib diksinirəm. Mənə nə kömək olar?


YazdırSend to friend
Sual Detayı: 
Men Geceler Pisxoloji baximdan Qorxu kecirdirem...Her hansi Bir Ruh Ve ya nece Deyim Bir qorxu Seytan cin her neise Mene baxdigini Hiss edirem...Diksinirem ve geceler Normal Yuxu yata Bilmirem...Mene Ne Komek ola Biler?
Cavab: 

Və aleykumussalam və rahmətullah.

Dediyiniz hal bizlərdə də baş verib. Amma yuxuda olarkən yox. Əsasən də bu hal zamanı qapı künclərindən sənə kimlərinsə baxdığını zənn edirsən. Dediyiniz kimi, “...nəyinsə mənə baxdığını hiss edirəm”. Hiss etmək o hadisənin baş verməsi demək deyil. Bu vəsvəsə kimi bir şeydir. Nəfis və şeytan verdikləri vəsvəsələr ilə insan ruhunu haqq yolundakı tərəqqisindən yayındırmaq istəyirlər. İnsanın ağıl və fikrini yayındırıb əzm və iradəsini qırmaq arzusundadır. Bir arı yeşiyi içində yüzlərcə arı var, amma siz əhəmiyyət vermədən onun qabağından keçib getsəniz, onlar da sizə toxunmaz. Vəsvəsə qarşısında da edəcəyimiz bundan fərqli olmamalıdır.

Belə halda bunu düşünməkdən qəti şəkildə uzaq durulmalıdır. Belə hissi keçirən kimi ilk növbədə tədirgin olub da o hissin, fikrin qalasına girib tələsinə düşməyin. Fikrinizi yayındarmağa, başqa işlərlə məşğul olmağa çalışın.  Əks halda zəyif tərəfinizi görən şeytan bu usul ilə sizi çox narahat edəcək.

Yuxuda və ya oyaq ikən qorxudan xilas olmaq üçün xüsusi dualar varmıdır? ..

"Çok cürə qayğılanmalar, çox cürə xəstəliklər gətirir." hədisini necə başa düşməliyik?

Depressiya və digər psixoloji rahatsızlıqları, vəhmdən (xəyal) necə ayırd etməliyik, fərqi nədir?

Qarabasan haqqında məlumat verərsiniz, belə bir şey varmı, necə qorunarıq?

Şeytandan Allah`a sığınmaq necə olmalıdır?

Cinlrdən və şeytanlardan qorunma, şərlərindən Allah`a sığınma necə olmalıdır?

Cinlərdən qorunmaq üçün oxunan, Rabbi ənnî məssəniyə'ş-şəytânu binusbin və əzab, .. duasının üç yüz dəfə oxunması məsələsini izah edərsinizmi?

Şeytanı uzaqlaşdıran dua varmıdır? Oxunduğu anda şeytanı uzaqlaşdıran dua...


 



15-07-2014 09:14:42