Ana səhifə

Qəbir əzabı var, varsa bu bədənə yoxsa ruha ediləcək?


YazdırSend to friend
Sual Detayı: 
Qəbir əzabı var, varsa bu bədənə yoxsa ruha ediləcək?
Cavab: 

Hər insan istər ölərək torpağa basdırılsın, istər boğularaq dənizin dibində qalsın və ya yırtıcı bir heyvan qarınında olsun və ya yanaraq külü havaya qarışsan, mütləq qəbir həyatı keçirəcək. İnsan öldükdən sonra qəbirə qoyulunca, Münkər və Nəkir adında iki mələk, gələrək; "Rəbbin kimdir? Peyğəmbərin kimdir? Dinin nədir?" deyə soruşarlar. İman və gözəl əməl sahibləri bu kimi suallara doğru cavab verərlər. Bu kimi ölülərə cənnət qapıları açılar və Cənnət özlərinə göstərilər. Kafir və ya münafiq olanlar isə bu suallara doğru cavab verə bilməzlər. Onlara da Cəhənnəm qapıları açılar, oradakı əzab özlərinə göstərilər. Möminlər nemət içərisində, çətinliksiz və dinc yaşayarkən, kafir və münafiqlər isə qəbirdə əzab görəcəklər (bx. əz-Zebidi, Təcridi Sarih, tərc. Kamil Miras, Ankara 1985, IV 496.).

 

 Qəbirdə əzab və nemətin varlığını göstərən bəzi ayə və hədislər vardır. Bir ayədə; "Firon və adamları səhər-axşam alova atılarlar. Qiyamətin qopacağı gün də deyilər ki; Firon xanədanını alovun ən şiddətlisinə soxun" (Muminin, 40/46) buyurular. Buna görə qiyamət qopmadan əvvəl də yəni qəbirdə də əzab vardır. Peyğəmbər əfəndimiz; "Allah, iman edənlərə bu dünya həyatında və axirətdə, o sabit sözlərində daim stabillik lütf edər" (İbrahim, 14/17) ayəsinin qəbir neməti haqqında endiyini açıqlamışdır (Buxari, Təfsir, surə: 14).

 



29-12-2009 08:50:04

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz