Ana səhifə

Qəbir əzabının səbəbləri nələrdir?


YazdırSend to friend
Sual Detayı: 
Qəbir əzabının səbəbləri nələrdir? Qəbir əzabı çəkməyəcək olanlar kimlərdir?
Cavab: 

Hər günahın, hər haramın Qəbir əzabına səbəb olacağını düşünərək tərk etmək; hər yaxşılığın, hər ibadətin də qəbir nemətinə vəsilə olacağını hesab edərək yerinə yetirmək lazımdır. Bəzi rəvayətlərdə qəbir əzabına səbəb olacağı ya da qəbir nemətinə vəsilə olacağı açıqlanan əməllər vardır. Ancaq bunlar bir nümunədir. İslamın bütün qadağan edilənlərin əzaba, əmrlərinin də nemətə səbəb olacağını söyləyə bilərik.

 

Əzab, Allahı tanımayan və ya əmrlərinə qarşı gələnlərə dünyada və axirətdə verilən ilahi cəzadır. Əzab "tərk etmək, imtina etmək, imtina etdirmək" kimi mənalara gələn "azb" kökündən ad olub "işgəncə, əziyyət və əzab" mənasında istifadə edilər. Quranda 490 yerdə keçən əzab, ümumiyyətlə ilahi əmrlərə qarşı gələnlərə verilən cəzanın adı olaraq istifadə edilər. Quranda əzab mənasında keçən başqa sözlər də vardır. Bunlardan ən çox təkrarlananlar " nar, cəhənnəm, ricz, bes və ikab"dır. Əlaqədar ayələrin araşdırılmasından aydın olduğuna görə ilahi əzab dünyada, qəbir həyatında və axirətdə olmaq üzrə üç mərhələdə reallaşmaqdadır. 1

 

Qəbir əzabına səbəb olan əməlləri hədislərdən öyrənməkdəyik. Bunları bu şəkildə sıralaya bilərik:

1- Qəbir əzabı qiybətdən və sidikdən çəkinməmə səbəbiylə olmaqdadır.

 

Buxari və Müslim, Abdullah b. Abbas (r.ə.)ın belə söylədiyini rəvayət etmişlər: Rəsulullah (s.ə.s.) iki qəbirin yanından keçdi və belə buyurdu: "Bu qəbirlərdə yatanlar əzab görməkdədirlər. Amma böyük bir şeydən ötəri əzab görmürlər". Rəsulullah (s.ə.s.) daha sonra sözünə belə davam etdi: "Bəli bunlardan biri, insanlar arasında söz daşıyardı. Digəri isə sidiyini üzərinə sıçratmaqdan çəkinməzdi. 2

2- Ölən adamın arxasından ağı deyilməsi halında ölü qəbirdə bu ağı səbəbiylə əzab görməkdədir.

 

Ömər İbni Xattab (r.ə.) Rəsulullah (s.ə.s.)in belə dediyini rəvayət etmişdir: "Ölü qəbirdə ağı səbəbiylə əzab görər. "3  Bu mövzudakı hədislər çoxdur. Bu hədislərdə ölünün arxasınca edilən ağı səbəbiylə əzab görəcəyinə dəlalət vardır. Ancaq bu vəziyyətdə bu problem ortaya çıxmaqdadır: Adam başqasının etdiyi bir şeylə niyə əzab görər? Bu suala verilən cavablar fərqli fərqli olub Hz. Aişə bunu qəbul etməmiş və "kimsə kimsənin günahını çəkməz"4 ayəsiylə dəlil gətirərək başqasının ağı deməsi səbəbiylə ölünün qəbirdə əzab çəkməyəcəyini söyləmişdir. Əbu Hureyrə də bu mövzuda Hz. Aişə ilə eyni fikirdədir. 5 Bəzi alimlər də bu hədisi şərh etmişlər və "bu vəziyyət ağı deyilməsini vəsiyyət etmiş isə elədir. Vəsiyyət etməmişsə əzab görməz" demişlər. 6

 

3- Qəbir əzabı qənimət mallarından gizləmək səbəbiylədir.

 

Ömər İbni Xattab (r.ə.) belə dedi: "Heybər qəzvəsi günü idi. Nəbi (s.ə.s. )'in səhabələrindən bir qrup gəldi və "filan şəhiddir. Filan şəhiddir" dedilər. Sonra bir adamın yanından keçdilər: "filan kimsə də şəhiddir" dedilər. Nəbi (s.ə.s. ): "Xeyr, mən onu qənimətdən oğurladığı bir jilet -və ya əba- içində cəhənnəmdə gördüm" buyurdu. 7

 

Görüldüyü üzrə adam şəhid olsa belə cəhənnəmə gedə bilməkdədir. Bunun səbəbi də hər nə qədər şəhidlik, adamın bir çox günahına kəffarə olsa da qənimət malına xəyanəti və qul haqqlarını ortadan qaldırmaz. Bu səbəblə, Peyğəmbər Əfəndimiz şəhid olduğu xəbər verilən bir adamın qənimətdən oğurladığı bir jiletdən ötəri cəhənnəmdə olduğunu bildirmiş, qənimət malına xəyanətin və qul haqqının bağışlanılmayacağını ümmətə öyrətmişdir. 8

 

4- Qəbir əzabı borc səbəbiylədir. Adam ödəmədiyi borcları ödənənə qədər əzab görər. Bu mövzuda Əbu Hüreyrədən Rəsulullah (s.ə.s.)in belə buyurduğu rəvayət edilmişdir: "Möminin borcu ödənənə qədər ruhu borcuna bağlıdır. "9

 

Ölən kimsənin dünya ilə əlaqəsi kəsilər. Ancaq bu hədis, bu əlaqənin bir mövzuda davam etdiyini bildirməkdədir: Borc. Borclu olaraq ölən möminin ruhu qovuşacağı gözəl və yaxşılıqlara borcu ödənənə qədər çata bilməz. Bir başqa anlayışa görə, borclu ölmüş mömin haqqında, ilk iş olaraq borcunun ödənib ödənmədiyinə baxılar. Hər iki şərhə görə də borclu ölən mömin üçün borcu, bir növ ayaq bağıdır, onu yerindən tərpətməz. 10 Borc Beyhakinin ifadə etdiyinə görə qəbir əzabına səbəb olan şeylərdən biridir. 11

 

5- Allah Təalaya üsyan olan hər davranış da qəbirdə əzaba səbəbdir. Çünki qəbirdəki əzabın Kafir və Münafiqlərlə, Allaha üsyankar olan mömin qullara olacağı ifadə edilməkdədir. 12

 

6- Ayaq yolundan təmizlənməyi tərk etmənin də qəbirdə əzaba səbəb olacağı deyilmişdir. 13

 

7- Kömək etmə gücü və imkanı varkən məzluma kömək etməyi tərk etmək də qəbir əzabına səbəb olan əməllər arasında zikr edilmişdir. 14

 

8- Allahın zikrindən üz çevirmək də qəbir əzabına səbəb olan davranışlardandır. Cənabı Haqq Qurani Kərimdə: "Mənim kitabımdan üz çevirən bilsin ki onun dar bir dolanışığı olar və qiyamət günü də onu kor olaraq həşr edərik"15 buyuraraq Allahın zikrindən üz çevirmənin qəbir əzabına səbəb olacağını ifadə etmişdir. Ayədə keçən dar dolanışığı Peyğəmbərimiz şəxsən özü qəbir əzabı olaraq açıqlamışdır. 16

 

Qəbirdə əzaba səbəb olan əməllərin yanında bir sıra əməllər də vardır ki onlar da adamı qəbirdəki əzabdan mühafizə edərlər. Bu əməlləri bu şəkildə sıralamaq mümkündür:

 

1- Allaha itaət edib onun əmrlərinə qarşı gəlməkdən çəkinmənin qəbir əzabından qoruyacağı deyilmişdir. 17  Necə ki Cənabı Haqq: "Kim inkar etsə inkarı öz əleyhinə olar. Faydalı iş işləyən kəslər özləri üçün rahat bir yer hazırlamış olarlar. Çünki Allah inanıb faydalı iş işləyənlərə lütfündən cavab verəcək. Doğrusu o inkarçıları sevməz. "18 buyurmaqdadır. Mücahid ayədə keçən, "özləri üçün rahat bir yerin" qəbir olduğunu xəbər verməkdədir. 19

 

2- Allah yolunda sərhəddə keşik çəkmək qəbir əzabından adamı qoruyacağı ümid edilən əməllər arasındadır. Səlman (r.ə.) Rəsulullah (s.ə.s. )'i belə buyurarkən eşitdim demişdir: "Bir gün və bir gecə hüdud keşiyi tutmaq, gündüzü oruclu gecəsi ibadətli keçirilən bir aydan daha xeyirlidir. Əgər adam bu keşik əsnasında vəzifə başında ikən ölsə, etməkdə olduğu işin savabı qiyamətə qədər davam edər, şəhid olaraq ruzisi də davam edər və qəbirdəki sorğu mələklərindən güvən içində olar"20

 

Bir kimsə əsgərlik vəzifəsi edərkən vəzifə başında ölsə, o şəhid olaraq Rəbbinə qovuşar. Şəhidin əməl dəftəri bağlanmaz və dünyada işlədiyi gözəl və xeyirli işlərin savabı da qiyamətə qədər davam edər. Şəhid qəbirdə mələklərin sorğulamalarından və qəbir əzabından azad tutular. Sağlam bir imana və cihad ruhuna sahib olmaq bunun yeganə şərtidir. 21

 

3- Allah yolunda şəhid olmaq da qəbir əzabından qoruyan əməllərdəndir. Cənabı Mövla "Allah yolunda öldürülənlərə "ölülər" deməyin. Əksinə onlar diridirlər. Lakin siz anlamazsınız"22 buyurmaqdadır. Bir başqa ayə bu mövzuda bir az daha məlumat verməkdədir : "Allah yolunda öldürülənləri əsla ölü sanmayın. Əksinə onlar diridirlər. Allahın lütf və kərəmindən özlərinə verdikləri ilə sevincli bir halda Rəbləri yanında bol bol nemətlər içindədirlər. "23 Görüldüyü kimi şəhidlər bizim fərq etmədiyimiz bir həyatı yaşamaqda və Allahın nemətləriylə nemətlənməkdədirlər.

 

4- Mülk Surəsini oxumaq da adamı qəbir əzabından qoruyan əməllərdəndir.

 

Əbu Hüreyrə (r.ə.)dan rəvayət edildiyinə görə Rəsulullah (s.ə.s.) belə buyurdu: "Quranda otuz ayədən ibarət bir surə bir adama şəfaət etdi. Nəticədə o adam bağışlandı. " 24

 

Mülk surəsi Quranın 67-ci surəsi olub 30 ayədən ibarətdir. Bu surə Mülk surəsi deyə xatırlanar və Qurandakı adı belədir. Ancaq ona Maneə, Münciyə, Vaqeyə kimi adlar da verilmişdir. Bu surənin bir adama şəfaət etməsi və bu vəsiləylə onun bağışlanmağa nail olub bağışlanması, onu davamlı oxuması və qədrini qiymətini bilməsi səbəbiylədir. Bu şəkildə davrananları Cənabı Haqq qəbir əzabından qoruyacaq və ya qiyamət günündə özlərini bağışlayacaq. Hətta surəyə "Maneə" və "Münciyə" adlarının verilməsinin səbəbi, onun məna və mahiyyətini qavrayaraq və inanaraq oxuyanın qəbir əzabı görməsinə mane olacağı və qurtuluşuna da vəsilə təşkil edəcəyi üçündür. 25

 

5- Bağırsaq xəstəliyindən ölənin də qəbir əzabından qorunacağı deyilmişdir.

 

Nəsəyi, Abdullah b. Dinar (r.ə.)ın belə söylədiyini rəvayət etmişdir; "Mən, Süleyman b Surad və Xalid b. Arfata birlikdə otururduq. Bu vaxt bir adamın bağırsaq xəstəliyindən öldüyünü söylədilər. Baxdım, mənimlə birlikdə olan (adı çəkilən) iki adam öldüyü bildirilən adamın cənazəsində olmağı arzu edirlər. Bunlardan biri digərinə: Rəsulullah (s.ə.s.): "Kim bağırsaq xəstəliyindən ölsə, qəbirində əzab görməz" deyə buyurmadı? deyə soruşdu. O biri də: "Bəli elə buyurdu" deyə cavab verdi. 26

 

Əbu Hüreyrə (r.ə.)dan rəvayət edildiyinə görə Rəsulullah (s.ə.s. ) ; "Siz kimləri şəhid sayırsınız? deyə soruşdu. Səhabələr "Ya Rəsulullah! Kim Allah yolunda öldürülsə o şəhiddir" dedilər. Peyğəmbər Əfəndimiz: "Elə isə ümmətimin şəhidləri olduqca azdır" buyurdu. Səhabələr: "O halda kimlər şəhiddir Ya Rəsulullah?" dedilər. Rəsulu Əkrəm: "Allah yolunda öldürülən şəhiddir. Yoluxucu xəstəlikdən ölən şəhiddir. Bağırsaq xəstəliyindən ölən şəhiddir. Boğularaq ölən şəhiddir" buyurdu. 27

 

Görüldüyü kimi Peyğəmbərimiz bağırsaq xəstəliyindən ölənləri də şəhid saymışdır. Biz bunlara bilindiyi kimi Hökmü Şəhid deyirik. Digər hökmü şəhidləri də bağırsaq xəstəliyindən ölənlərlə müqayisə etsək onların da qəbir əzabından qorunacağı ortaya çıxar.

 

6- Cümə gecəsi ölmənin qəbir fitnəsindən qorunmağa səbəb olacağı ümid edilməkdədir. 28

 

7- Ayaq yolunda təmizlənmək qəbir əzabından qoruyar. 29

 

8- Əmri bil Məruf Nəhyi əl-Münkər etmək də qəbir əzabından qoruyan əməllərdəndir. Çünki bunda insanlar üçün dinləri barəsində çox böyük faydalar vardır. 30

 

Hədislərdə qəbirlərdə olacaq əzab şəkilləri haqqında da məlumatlar verilmişdir. Qəbirdəki əzab qeybə aid məlumatlardan olduğu üçün ağılla bilinə bilməz ancaq Allah və Rəsulunun bildirməsiylə bilinə bilər. Orada qarşılaşılan əzab dünya şərtlərində düşündüyümüz əzabın tamamilə xaricindədir. Bizlər varlığını qəbul edərik lakin necə olacağını bilmərik. Hz. Peyğəmbərin xəbər verdiyi ilə kifayətlənərik.

 

1- Yavuz, Yusuf Şövqü, T. D. V. İslam Ensiklopediyası, c. 4, s. 302

2- Buxari, Vudu, 56; Müslim, Təharət, 34; Nəsəyi, Cənaiz, 166; Digər rəvayətlər üçün baxın. Beyhaki, Əbu Bəkir Əhməd b. əl-Hüseyn, "İsbatı Azabi'l-Kabr və Suali'l-Melekeyn", Mektebetü't-Turas, Qahirə trs s. 115

3- Buxari, Cənaiz, 34; Müslim, Cənaiz, 28; Beyhaki, a. g. e., s. 124.

4- İsra, 17/15.

5- əs-Sənani, Məhəmməd b. İsmayıl, Sübülüs-Səlam Şərhi Buluğu'l-Məram, c. 2, s. 183.

6- Beyhaki, a. g. e., s. 124; Digər şərhlər üçün baxın. əs-Sənani, Məhəmməd b. İsmayıl, " Sübülüs-Səlam Şərhi Buluğu'l -Məram min Cəmi Edilləti'l-Ahkam" ,(I-IV), Darul –Mərifət 6. nəşr, Beyrut 2000, c. 2, s. 184; Abdulcəbbar b. Əhməd, a. g. e., s. 732.

7- Müslim, İman, 182; ayrıca baxın. Buxari, Cihad, 190; Beyhaki, a. g. e., s. 125.

8- Nəvəvi, Riyazü's-Salihin Peyğəmbərimizdən həyat ölçüləri (Tərc. və şərh M. Yaşar Kandemir və Arx. ) c. 2, s. 163-164, İst. 1997.

9- Tirmizi, Cənaiz, 74; Əhməd b. Hənbəl, c. 2, s. 508; ayrıca baxın. Beyhaki, a. g. e., s. 127.

10- Nəvəvi, Əbu Zəkəriyya Muhyiddin b. Şərəf, "Şərhi Səhihi Müslim", nəşr yeri yox. 1991. (Tərc. Və Şərh) c. 4, s. 585.

11- Beyhaki, a. g. e., s. 127.

12- Taftazani, Saduddin, Şərhu'l-Makasıd, c. 5, s. 113; ən –Nəsəfi, Əbul-Muin, Təbsıratul-edille fi Usuliddin, c. 2, s. 763.

13- əl-Hənbəli, Əbul-Fərəc Zeynuddin Əbdürrəhman b. Əhməd, "Əhvalü'l-Kubur və Əhvalı Ehliha ilən-Nuşur", Daru'l-Kitabi'l-Arabi, 3. Nəşr, Beyrut 1995, s. 90.

14- əl-Hənbəli, İbn Rəcəb, a. g. e., s. 90.

15- Taha, 124.

16- Baxın. Beyhaki, a. g. e., s. 71.

17- Beyhaki, a. g. e., s. 130.

18- Rum, 30/44-45.

19- Beyhaki, a. g. e., s. 130.

20- Müslim, İmarət, 163; Ayrıca baxın. Fəzailül-Cihad, 2; Nəsəyi, Cihad, 39; İbn Macə, Cihad, 7.

21- Nəvəvi, , Riyazüs-Salihin (Tərc. Və Şərh M. Yaşar Kandəmir və Arx. ) c. 6, s. 24, İst. 1997.

22 -Bəqərə, 154.

23- Ali imran, 169-170.

24- Əbu Davud, Salat, 327; Tirmizi, Fəzailül-Quran, 9; ayrıca baxın. İbn Macə, Ədəb, 52.

25- Nəvəvi, a. g. e., c. 5, s. 139.

26- Nəsəyi, Cənaiz, 111; Tirmizi, Cənaiz, 65.

27- Müslim, İmarə, 165, ayrıca baxın. İbn Macə, Cihad, 17.

28- Beyhaki, a. g. e., s. 141.

29- əl-Hənbəli, İbn Rəcəb, s. 90.

30- əl-Hənbəli, İbn Rəcəb, a. g. e., s. 90.

 

Özcan YILMAZ



07-12-2009 10:01:48