Ana səhifə

Qəbir həyatı necədir. Hz. Adəm zamanında ölən bir insanla qiyamətə yaxın bir zamanda ölən birinin əzabı birdir?


YazdırSend to friend
Sual Detayı: 
Qəbir həyatı necədir. Hz. Adəm zamanında ölən bir insanla qiyamətə yaxın bir zamanda ölən birinin əzabı birdir?
Cavab: 

1- Qəbir əzabı; peyğəmbərimizin bildirdiyinə görə, günahkar möminlər ilə kafir olaraq ölənlər üçündür.

 

2- İstər mömin istər kafir olsun, başına nə gəlirsə günahlarının bağışlanmasına səbəb olacaq. Bəla, müsibət, xəstəlik, çətinlik kimi şeylər insanların günahlarının yüngülləşməsinə səbəb olmaqdadır.

 

Bir mömin, bu dünyada günahkar olaraq yaşar, lakin; başına gələn müsibətlər onun günahlarının azalmasına səbəb olacaq. Qəbirdə çəkdiyi əzablar da yenə günahlarına kəffarə olub onları silər.

 

Eynilə bunun kimi, Allah; Ədaləti mütləq olduğu üçün, kafir qullarının başına gələn müsibətləri də, cəhənnəmdəki əzablarının azalmasına səbəb saymaqdadır. Eyni günahı işləyən və kafir olan iki adamdan; biri müsibətə düşsə, digəri düşməsə, müsibətə düşənin əzabı, digərinə görə yüngülləşəcək.

 

Kafir cəhənnəmdə sonsuza qədər qalacağı üçün; cənnətə girə bilməyəcək amma; istər bu dünyada istərsə də qəbirdə çəkdiyi çətinlik və əzablardan ötəri, cəhənnəmdəki əzabının şiddəti yüngülləşəcək.

 

Bu səbəblə qəbirdə çox qalıb, çox əzab çəkən; az qalıb, az əzab çəkənə görə; daha pis olmayacaq. Bəlkə də axirətdə bu vəziyyətini öyrənincə, çox məmnun olacaq.

 

3- İnsanların həyatı və keçirdiyi zaman vahidləri eyni deyil. Məsələn; bir neçə dəqiqəlik yuxuda; günlər, aylar və illər keçmiş kimi gəlir. Bəzən də, yeni yatıb qalxmış kimi, bir gecənin necə keçdiyini fərq edə bilmirik.

Bunun kimi qəbirə erkən girən bir insan, axirətdə yeni qalxmış kimi ola bilər. Bir başqası isə; bir neçə il qəbirdə qalar amma; minlər il qalmış kimi əzab çəkə bilər.

Qəbirə erkən və ya gec getmək; adama, günahına və vəziyyətinə görə dəyişə bilər. Allah orada da, insanın yuxuda olduğu kimi bir vəziyyət yarada bilər.

4- Əzabın şiddəti dəyişik ola bilər. Bir volt ilə milyon voltun dərəcəsi bir olmadığı kimi; şam alovuyla, günəş alovu da bir deyil. Qəbirdə də hər kəsin vəziyyətinə görə, ayrı və müxtəlif əzablar ola bilər. Qəbirə gec gedən biri; çox qısa zamanda şiddətli əzab ilə, erkən gedən biri qədər cəza çəkə bilər.



29-12-2009 08:54:02

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz