Ana səhifə

Qədr Gecəsi vaxtının Ramazan ayının içində dəyişməsi və bunun gizli olmasının hikmətləri nələrdir?


YazdırSend to friend
Sual Detayı: 
Qədr gecəsi vaxtının dəyişik olmasının hikmətləri
Cavab: 

Qədr Gecəsinin hansı gecə olduğu qəti olaraq bilinməməklə bərabər, ümumiyyətlə ramazanın iyirmi yeddinci gecəsində olduğu seçilmişdir. Hz. Peyğəmbər (sallallahu aleyhi və səlləm) bunun tam olaraq hansı gecə olduğunu bildirməmiş, ancaq belə buyurmuşdur:

"Siz Qədr Gecəsini ramazanın son on günü içərisindəki tək rəqəmli gecələrdə axtarın." (Buxari, Leylətü'l-Qədr, 3; Müslim, Siyam, 216)

Qədr Gecəsi`nin vaxtı təqvimə bağlı deyil, gizlidir. İlk ayələr ramazanın iyirmi yeddisində endirilmişdir, amma ondan sonra gələn Qədr gecələrinin də ramazanın iyirmi yeddisində olma məcburiyyəti yoxdur. Əvvəlki günlərdə və ya sonrakı günlərdə ola bilər. Məsələn, keçən il ramazanın on dokuzunda olan Qədr Gecəsi bu il iyirmi beşində ola bilər. Allah, bu gecənin yerini, hikməti gərəyi ramazan içində dəyişdirməkdədir.

Bəzi şeylərin gizli olması qiyməti, dəyəri üçündür. Ayrıca ona bənzəyən hər şeyi özünün dəyərinə yüksəldər. Belə ki;

- İnsanlar içərisində vəli gizlidir. Bundan dolayı hər kəsi vəli bilmək lazımdır.

- Cümə günündə saat-i icabə(qəbul) dediyimiz bir vaxt var. Bunda ediləcək dualar qəbul olar. Gizli olmasına görə cümənin hər anını bu vaxtın dəyərinə yüksəldər.

- Ömürdə əcəl gizlidir. Beləcə hər anımızı "ölə bilərik" narahatlığıyla keçirər, günahlardan uzaq durarıq.

- Kainatın ömründə qiyamət gizlidir.

- Qədr Gecəsi ramazan içərisində gizlidir. Beləcə hər ramazan gecəsi qədr dərəcəsində bilinsin və əhya edilsin.

Lakin bütün bunlarla birlikdə, Peyğəmbərimiz (s.ə.s.) bəzi işarələr etmişlər.

"Qədr Gecəsini ramazanın son on beşində, xüsusilə son on gündə və xüsusilə tək gecələrdə axtarın."

deyə ümməti bir az aydınlatmış. Əgər açıq açıq söyləmiş olsaydı, o zaman Allah`ın hikmətinə zidd olardı.

Zamanın və məkanın, onlarda meydana gələn mübarək hadiseler ilə keyfiyyət qazanmaları mümkündür. Mü'minlərin qatında, Kəbə-i Muazzama ən mübarək məkandır. Çünki Allah Təala (cc) Onu, bütün möminlərə qiblə olaraq təyin etmişdir. İrfan əhlinin "On bir ayın sultanı." olaraq ifadə etdikləri, Ramazan-ı Şerif ayı da mübarək bir zamandır. Bu ayda, haqq ilə batili bir-birindən ayıran və hidayət rəhbəri olan Qur'an-ı Kərim endirilmişdir. Bu həqiqət;

"O saylı günlər Ramazan ayıdır ki, Qur'an o ayda endirilmişdir. Qur'an insanlara mahz-ı hidayətdir. Elə isə içinizdən kim o aya yetişərsə, orucunu tutsun." (Bəqərə, 2/185)

ayəsi ilə sabitdir. Bu Lövhü Məhfuzdan endirilmə hadisəsi, min aydan daha xeyirli olan Qədr Gecəsi 'ndəolmuşdurİmam Qurtubi:

  "Qur`an-ı Kərim`in Ramazan-ı Şerif ayı içərisində endirildiyi Allah Təala (cc) 'nın "O Ramazan ayıdır ki, Qur'an onda endirilmişdir." sözü ilə ilə sabitdir. Qədr surəsində isə, Qur'an'ın Qədr Gecəsi'ndə nazil olduğu, qəti olaraq xəbər verilmişdir. Bu nassları əsas alan Əhl-i Sünnət`in müctəhid imamları, Qədr Gecəsi'nin Ramazan-ı şərif ayı içərisində olduğunda icma etmişlər (fikir birliyi). " (İmam-ı Qurtubi, Əl Camii Li Ahkamu'l Qur'an, Qahirə: 1967, XX/136.)

deyərək, bir incəliyə işarə etmişdir. Bəzi qaynaqlarda, İmam Əbu Hənifənin bu təsbitinə yer verilmişdir:

"Qədr Gecəsi Ramazan ayındadır. Lakin sabit deyil; gah takaddüm (öncə), gah təahhur (sonra) edər." (İmam-ı Qadıhan, Əl Fətəva, Qahirə: 1282, I/190.)

Ramazan-ı Şerif ayının hər gecəsini, "Qədr Gecəsi ola bilər" zənni ilə dəyərləndirmək sünnəyə uyğundur. Hz. Abdullah İbn-i Ömər (Allah ondan razı olsun) 'in:

"Rəsul-i Əkrəm`ə (sallallahu aleyhi və səlləm) Qədr Gecəsi`ndən soruşuldu. Bunun üzərinə Peyğəmbərimiz Əfəndimiz (aleyhissalatu vəssəlam)

'O, hər Ramazan-ı şərif ayındadır.' cavabını verdi." (İmam-ı Beyhaki, əs-Sünənü'l- Kübra, Haydarahad: 1350, IV/307.)

dediyi məlumdur.

Səhih hədis məcmualarında, Rəsul-i Əkrəm (s.ə.s.) 'in Ramazan-ı şərif ayında məsciddə itikafa girdiyi xəbər verilir. Hər il, fərqli zamanlarda itikafa girməsi, Qədr Gecəsini axtarışı ilə əlaqədardır.

Füqəha Qədr Gecəsini axtarmağın müstəhəb olduğunda ittifaq etmişdir. Fətəva-ı Hindiyyə'də:

"Qədr Gecəsi'ni axtarmaq müstəhəbdir. İmam Əbu Hənifəyə görə; Qədr Gecəsi Ramazan ayının içərisindədir. Lakin onun hansı gecə olduğu bilinə bilməz. Bəzən irəli keçər, bəzən geri qalar. İmameyn`ə (İmam Yusuf və İmam Muhamməd) görə; Qədr Gecəsi Ramazan ayının içərisindədir. Gizli olan müəyyən bir gecədir. İrəli keçmədiyi kimi, geri də qalmaz. O gecəni axtarmaq sünnədir." (Şeyx Nizamüddin və Heyət, Fətəva-ı Hindiyyə, Beyrut: 1400, I/216.)

hökmü qeydlidir.

Ramazan ayında müsəlmanların; həm bədənlərinin zəkatı olan oruc ibadətini əda etmələri, həm min aydan xeyirli olan gecəni (Qədr Gecəsi 'ni) axtarmaları lazımdır.



28-06-2016 06:41:35