Ana səhifə

Qədr gecəsində necə ibadət edilməlidir?


YazdırSend to friend
Sual Detayı: 
Qədr gecəsində ibadət
Cavab: 

 

Əbu Hüreyrə (ra) 'ın rəvayət etmiş olduğu hədis-i şərifdə Peyğəmbər Əfəndimiz (s.ə.s.) belə buyurmuşdur:

"Kim Qədr Gecəsini, fəzilətinə inanaraq və alacağı savabı Allah`dan gözləyərək ibadət və itaətlə keçirərsə, keçmiş günahları bağışlanar." (Buxari, Qədr, l).

Qədr gecəsində nələr edilə bilər:

Qədr Gecəsini namaz qılaraq, Qurani-Kərim oxuyaraq, tövbə, istiğfar edərək və dua edərək qiymətləndirməli.

Üzərində namaz borcu olanların nafilə namazı qılmazdan əvvəl heç olmasa beş vaxt qəza namazı qılmaları daha fəzilətlidir. Qəzası yoxdursa nafilə qılar.

Süfyan Səvri belə demişdir:

"Qədr Gecəsi dua və istiğfar etmək namazdan sevimlidir. Qur'an oxuyub sonra dua etmək daha gözəldir." (Təcrid-i Sarih Tərcüməsi, VI/313)

Hz. Aişə (Allah ondan razı olsun) anamız demişdir ki; Rasulallah (sallallahu aleyhi və səlləm) 'ə:

"Ey Allahın Rəsulu! Qədr gecəsinə rast gəlsəm necə dua edim?" deyə soruşdum. Rasulallah (s.ə.s.):

"Allahummə innəkə afuvvun tuhibbul-afvə fa`fu anni: Allah`ım sən çox bağışlayansan, bağışlamağı sevirsən, məni bağışla." deyə dua et, buyurdu (Təcrîd-i Sarih Tərcüməsi, VI/314).

Bu gecənin elə bir anı vardır ki, o anda edilən ibadət və dualar mütləq məqbul olur. Bu əhəmiyyətli anı yaxalamaq üçün gecəni bütünlüklə tövbə və istiğfar ilə keçirmək lazımdır. Bu da adamın imanını təzələyər. Gecəni bütünlüklə ibadətlə keçirməyənlər ən azından təravihdən sonra bir az oturub dua etməlidirlər.



28-06-2016 06:35:11