Ana səhifə

Qədr gecəsini kimlər bilər?


YazdırSend to friend
Sual Detayı: 
Qədr gecəsini kimlər bilər?
Cavab: 

 


 

 

 

 

 

 

 

 

 

   Bu sual Hz. Peyğəmbərdən bu yana hər Ramazanda bir çox müsəlmanın gündəmində olmuşdur. Quran ayəsi ilə min aydan xeyirli deyə xəbər verilən bir gecəni axtarışın həyəcanıdır insanı bu suala göndərən. Bir çox sual kimi bu problemin də tək bir cavabı yoxdur. Bəzilərinə görə cavab iki maddədən meydana ibarətdir: bəli və ya xeyr. Kimilərinə görə isə problemin qəti bir cavabı yoxdur. Kvantdakı naməlumluq qanunu kimi ehtimalla təxmin edilə bilər, ancaq qəti olaraq naməlumdur. Kimiləri də Allahın sevimli qullarının bir cür ilhamla bu gecəni biləcəklərini iddia edərlər. Kimiləri isə bu cür müstəsna bir gecənin fizika aləmində kainat diametrində bir əlaməti olduğuna inanar və atomlardan da qalaktik sistemə qədər bu gecəyə işarə edən bir fiziki hadisəni axtararlar. Axtarış metodları fərqli də olsa hamısı bir məqsəd üçündür: Qədr Gecəsini tapmaq. Bu axtarışa qatılanlardan biri olaraq, keçmiş bir Ramazanda yaşadığım bir macəranı sizinlə paylaşmaq istəyirəm. Qədr Gecəsini axtararkən maraqlı bir həqiqətlə qarşılaşmışdım. Qədr Gecəsini bilib bilmədiyimi Allah bilər, ancaq Qədr Gecəsini bilənləri bilirəm artıq. Kimlər? Buda hekayəsi...

    Qədir Gecəsi axtarışına çıxarkən fərq etdiyim ilk şey Türkiyədəki müsəlmanlar ilə digər müsəlmanlar arasında bu gecə ilə əlaqədar fərqli fikirlərin varlığı idi. Hədislərdə Qədr Gecəsini son on gecədə və xüsusilə təkli gecələrdə axtarın deyilməsinə baxmayaraq Türkiyədə iyirmi yeddinci gecə Qədr Gecəsi olaraq idrak edilmişdir. Halbuki Amerikada qarşılaşdığımız digər Müsəlmanlar tək gecə yerinə, hədisin mənasına uyğun olaraq, son on gecəyə bağlanmağı daha uyğun görürlər. Bir qismi bu gecəni əldən qaçırmamaq üçün son on gündə seçərlər. Qədr Gecəsinin qədrini bilənlər hər bir gecəni Qədr gecəsi ola bilər deyə qiymətləndirərlər.

   Qədr Gecəsi axtarışına davam edərkən şahid olduğum başqa bir şey isə axtarış metodlarının fərqliliyiylə əlaqədardır. Kimiləri buludlu bir gecədə okeana gedib səhərə qədər balıq axtarar kimi axtarır. Kimiləri yüksək maaşlı yeni bir iş axtarar kimi axtarır. Kimiləri Bayram ərəfəsində qazancını maksimum etmək üçün uyğun bir bazar axtaran tacir kimi axtarır. Kimiləri dünyanın ən qiymətli xəzinəsini axtarar kimi axtarır. Kimiləri fizika aləmindəki fövqəladə xəbərlərin içində axtarır onu. Kimiləri yuxularda axtarır. Kimiləri şeyxindən və ya ustadından gələcək bir mesajda axtarır. Qədr Gecəsini insanlar min bir fərqli yollarla axtarır.

    Bu yaxınlarda bir axşamüstü iftardan sonra bir neçə yoldaşın balıq ovuna çıxmaq üzrə hazırlıq edərkən danışdıqlarına qulaq qonağı oldum. Hamısı bir məqsəd ətrafında toplanmışdı: mümkün olduğu qədər çox balıq tutmaq. Təxminən iki saat uzaqlıqdakı okeana gedib qarmaqla balıq tutacaqdılar. Biri "böyük okeanda balıqlar tapa tapa bizim qarmağımı tapacaq" deyə şübhəsini dilə gətirərkən, bir başqası "böyük okeanda da balıq tapa bilməsək başqa harada tapa bilərik" deyə ümidvar olduğunu bəyan edirdi. Hərçənd xalq arasında balıq kimi ovlanmaq deyə bir təbir istifadə edilsə də, dinlədiyim qədəriylə balıqlar elə asan ovlanılmazmış. Hava vəziyyəti, istifadə etdiyin yem, getdiyin bölgə və gediş zamanı kimi bir çox fərqli faktoru diqqətə almaq lazım olurmuş müvəffəqiyyətli olmaq üçün. Buludlu havada və gecə vaxtında balıq tapmaq ola bilirmiş. Balıqçı yoldaşlar bu nöqtələrdə fikir birliyinə gəldikdən sonra yola çıxmağa qərar verdilər. Hərçənd yuxularına haram qatacaqdılar. Bütün gecə ayaqda qalmaqla özlərinə əziyyət edəcəkdilər. Bu mənfiliklər ağıllarına gəldiyində, əllərininin arasına alacaqları böyük balıqları xəyal edirdilər. Şüurlu fərdlər olaraq, alacaqları mükafat qarşısında, yuxusuzluq kimi bir xərc ödəməyə razı idilər. Bəlkə də onlara görə gündüz vaxtı balığa getmək irrasyonaldı. Onların şirin müzakirələrinə qulaq asarkən, xəyalım məni başqa bir axtarışa aparmışdı: Qədr gecəsi axtarışı. Nəfsim Ramazan okeanında Qədr Gecəsini axtarmaq üçün bir gecə də olsa rahatından imtina edib axtarışa çıxmağıma razı olardımı görəsən? Həm bu dünya okeanında tutulan balıqlar bir paylıq olmasına baxmayaraq, sonsuz paylarda süfrəmə gələcək balıqların ovuna çıxmaq daha şüurlu deyilmi? Həm sonsuz gecələrdə rahata qovuşmaq üçün bir gecəlik rahatı fəda etmək çoxmu ağır idi? Bu mülahizələr nəfsimi bir dərəcə razı salmaqla birlikdə tam kafi gəlmirdi. Başqa bürhan istəyirdi.

    Ramazanın iyirminci günü idi, bir fizikaçi yoldaşla Qədr gecəsi müddətindən bəhs edirdik. Mən axtarmaq üçün hazırlığa başlarkən, o mənə bu gecə Qədr gecəsi ola bilər dedi fiziki bir hadisəyə dayandı. Bu cür qiymətli bir gecənin Kainat ölçüsündə fiziki bir hadisə ilə əlaqəsi olmalı idi onun izah etdiyinə görə. Üzvü olduğu fizikaçı qrupundan aldığı xəbərə görə bu gecə Andremoda qalaktikasının tutulması hadisəsi yaşanırdı. Qalaktik ölçüdə böyük bir hadisədir. Daha da maraqlısı bu hadisə hər il Ramazanın son on gecəsində cərəyan edirmiş. Eynilə Qədr Gecəsi kimi hansı gecədə olduğunu bilinə bilmirmiş. Arqumentlər çox razı salıcı idi. Keçən il bu hadisə Ramazanın iyirmi səkkizində olmuş bu il isə bu gecəyə rast gəlmişdir. Elmə olan güvənimin təsiri ilə deyilənlərə xeyli inandım. Bu gecə Qədr gecəsi ola bilər deyə səhərə qədər canlandırmağa qərar verdim. Bu qərarımda axşama doğru virtual dünyadan aldığım bir xəbərində təsiri olmuşdu. İnternetdə söhbət etdiyim dost yazıçı bir dostuma eşitdiklərimi rəvayət edərkən maraqlı bir cavab aldım. "Bilirsənmi!" dedi həmsöhbətim, "bu gün Qədr Gecəsiylə əlaqədar bir xəbər aldım." "Bir oxucum mənə gündüz bir mesaj yazdı. Tanışı vəli bir şəxsdən bu gecənin Qədr gecəsi olduğunu öyrənmiş." Eh, dostlara düşən bu böyük fürsətdən bir-birlərini xəbərdar etmək idi. Qədr Gecəsi sirrini həll edən bir Allah dostu, bunu xəbər vermiş öz dostuna.. biz də dostun dostundan eşitmiş olduq.. Bu iki hadisə qarşısında həm ağıl həm də ürək cavabını tapmış və sevinmişdi. "Nəfsim belə səhərləməyə razı olar," deyə düşünmüşdüm. Gəl gör ki, gecəni canlandırmaq üçün səy göstərdikdən sonra, içimdən yüksələn qarşı arqumentlərin təsiriylə nəfəsi yataqda almışdım. Saat gecənin ikisini göstərirdi yatdığımda. "Allah bərəkət versin. Bu qədər yetər demişdi" içimdəki eqoist səs. Çox keçmədən dəhşətli bir yuxu ilə oyanarkən ağlıma gələn ilk şey: bu gecə həqiqətən Qədr Gecəsimi yoxsa? Bir müddət daha oyanıq dayandım. Ancaq, qafil nəfsim olanları unutdurub, yenə məni yana aşırtdı.

    Günlər bir-birini sıralarkən iyirmi yeddinci gecəyə çatmışdım. Axtarışım davam edirdi. Bu gecə Qədr Gecəsi olması qüvvətlə olabiləcəkdir deyə nəfsimi razısalmaya çalışdım. Gecənin irəliləyən saatlarında nəfsimdən yüksələn şübhəli səslər qarşısında ağlım təmin edici bir bürhan axtardı. Ramazan Risaləsindəki bir təşbehdən hərəkətlə bir neçə yoldaşa zəng etməyə qərar verdim. Əslində onlara bir həqiqəti izah etməklə, nəfsimə dərs vermək istəyirdim. Eynilə, qızım sənə söyləyirəm, gəlnim sən eşit. Həm onlarla bir həqiqəti paylaşacaqdım, həm də nəfsimi razı salacaqdım. Oyuncaq vertolyot satan tacir bir yoldaşı axtardım əvvəl. Salam və təbrikdən sonra əsl mövzuya gəldim.

"Vertolyotlarını neçiyə satırsan?"

"Dənəsini 10 manata."

"İlin müəyyən bir zamanında gecə vaxtı açılacaq bir bazarda onların dənəsini 1000 manata satmaq imkanı olsa və daha da sonrası bazara apara bildiyin malların hamısının satın alınacağı zəmanəti varsa nə edərsən?"

"Bir il əvvəlindən hazırlıqlarımı edərəm. Fabrik ilə əlaqəyə keçib maksimum miqdarda məhsulla bazara çxaram."

"Yaxşı bir gecə vaxtı dənəsinə 30 min manat verən bir Bazar olsa nə edərsən"

"Heç tərəddüdsüz bütün gecəni bazarda keçirərəm."

   Dəstəyi endirdikdən sonra öz özümə soruşdum: Belə bazarlarda ən qazanclı ticarəti edib bütün dünyanın maliki belə olsan, Ramazan bazarında qazanacaqlarımızın yanında bir qiymət ifadə edər? Rəd surəsində Cənabı Haqq göy gurultusu şiddətində bir səslə bu suala cavab verirdi: "ona (Rəbbinin əmrinə) uyğun gəlməyənlərə gəlincə, əgər yer üzündə olanların bütünü ilə bunun yanında bir misli daha özlərinin olsa, (cəhənnəmdən xilas olmaq üçün) onu mütləq fəda edərlər. "(Rad, 18)

O halda nəfsimi qazanclı dünya bazarına tərəddüdsüz razı edib, axirət bazarından uzaqlaşdıran nə idi görəsən?

Telefonun düymələrinə bir daha basdım. Bu səfər Amerikanın şimalında kompüterdə doktorluq müdafiə edən bir yoldaş vardı qarşımda. Xoş beşdən sonra ona da əsl mövzunu açdım.

"Bildiyimə görə məktəbdə assistent olaraq işləyirsən. Saat ödənişin neçə manatdır?"

"15 manat"

"Burada xeyli yüksək ödəniş verən bir iş imkanı var. Müraciət etməyi düşünərsənmi?"

"Nəymiş bu?"

"Kompüterlə əlaqəli bir iş."

"Neçə manat verəcəklər."

"Xeyli çox ödəniş verirlər, ancaq bir şərtləri var. Gecə işləyəcəksən."

"Nə qədər verəcəklər?"

"Saatı 100 manat"

"Demə ya, bu qədər yüksək ödəniş verdiklərinə görə bir istədikləri vardır"

"İstədikləri şey proyekti qısa müddətdə bitirmək üçün gecə boyunca işləmək. İstəyirsənsə sənə iş elanını göndərim."

"Olar. Göndər baxaq."

"Yuxusuz qalarsan."

"Əhəmiyyətli deyil ki! Gündüz yatarıq, gecə də çalışarıq. Yetər ki, edə biləcəyimiz bir iş olsun."

    Qədr gecəsini axtarış macəramın sonunda çox əhəmiyyətli bir həqiqəti tapmışdım: Yazının başlığındakı sualda bir səhv vardı. Qədr gecəsinin qədrini bilirikmi? Deyə soruşmaq lazımdır. Həm Quranın özü də belə soruşmurmu? Bu suala cavab tapanlar əslində başlıqdakı suala da cavab tapmış olarlar. Çünki Qədr Gecəsini bilənlər, onun qədrini bilənlərdir. Qaldı ki, bir Ramazanda Qədr Gecəsini bilib, hamısıyla canlandırmaq çətin ola bilər. Ancaq, hər Ramazanda son on və ya on beş gecənin dörd saatını canlandıran, üç ildə qəti olaraq bir Qədr Gecəsini tam olaraq canlandırmış olar. Ömüründə altmış altı dəfə Ramazan ayına çatan biri cəmi 22 dəfə Qədr Gecəsini canlandırmış olar. Bu da, Qədr Surəsinin verdiyi müjdəyə görə 22 min ay, yəni 1833 illik ibadət savabına bərabər olar. O halda, vədindən dönməsi mümkünsüz olan sonsuz rəhmət sahibinin açdığı bu "səmavi kampaniya"nı qaçırmaq ağıllı işdir?



28-06-2016 06:39:53