Ana səhifə

Qəza namazı, bilərək qılınmayan fərz və vacib namazlar qəza edilər?


YazdırSend to friend
Sual Detayı: 
Qəza namazı, bilərək qılınmayan fərz və vacib namazlar qəza edilər? Bir namaz üçün həm qəzaya həm nafiləyə niyyət edilsə hökm nədir?
Cavab: 

       Namaz, dinimizdə yerinə yetirilən ibadətlərin ən əhəmiyyətlisidir. Kəlmeyi-şəhadətdən sonra, İslam binasının üzərinə qurulduğu beş əsasdan birincisidir. Ağıllı və yetkinlik çağına çatan hər müsəlmana, istisnasız fərzdir. Kitab, sünnə və icma ilə sabitdir. Tərk edilməsi və -gecikdirməyi caiz edən qanuni bir bəhanə olmadan - vaxtında əda edilməyib, qəzaya buraxılması, ən böyük günahlardan biridir. Beləliklə, hər müsəlmanın beş vaxt namazını vaxtı içində qılması; gecikdirməyi caiz edən qanuni bir bəhanə olmadıqca, heç bir vaxtın namazını qəzaya buraxmaması lazımdır.

      Bilindiyi üzrə, beş vaxt namaz və Ramazan orucu kimi, qılınması müəyyən vaxtlara bağlanmış olan ibadətlərdə, həm ibadətin yerinə yetirilməsi, həm də əmrin təyin olunan zaman içində yerinə yetirilməsi olmaq üzrə iki ayrı mükəlləfiyyət söz mövzusudur. Bu cür ibadətləri, dinimizin təyin etdiyi vaxtı içində edənlər, hər iki mükəlləfiyyəti birdən yerinə yetirmiş olarlar. Vaxtında əda etməyib, daha sonra qəza edənlər isə, bu iki məsuliyyətdən yalnız birini yerinə yetirmiş olarlar.

      İslami hökmlərə görə, heç kim gücünün çatmadığı bir şey ilə yüklənməz və bundan ötəri məsul tutulmaz. Necə ki Qurani Kərimdə (Bəqərə Surəsi, ayə : 286): "Allah adamı ancaq gücünün çatdığından məsul tutar..." buyurulmuşdur. Beləliklə, bir ibadəti qanuni bir bəhanə səbəbiylə vaxtı içində etməyib, daha sonra qəza edən adam məsul olmaz. Lakin qanuni bir bəhanə olmadığı halda namazlarını vaxtında qılmayanlar, daha sonra bunları qəza etməklə əmri, vaxtı içində yerinə yetirməmə məsuliyyətindən xilas olmuş olmazlar. Bu kimilərin ayrıca tövbə və istiğfarda olmaları və bu məsuliyyəti kompensasiya edəcək yaxşı işlər və nafilə ibadətlər etmələri lazımdır. (1) Necə ki Qurani Kərimdə (Hud Surəsi, ayə: 114): "Yaxşılıqlar pislikləri (günahları) aradan qaldırar." buyurulmuşdur.

Qaynaqlar:

(1) Əhməd b. Məhəmməd ət-Tahtavi, Haşiyə al Meralcı'1-felah, sh. 358. İst., 1985; Alaüddin əl-Haskefi; et-Dürrii'1-münteka, 1/144, İst., 1328; a. mlf., et-Dürrü 1 muxtar, 1/485 (Reddü'1-muhtar kənarında). Bulak, 1272; İbn Abidin, Rəddi 1-Muhtar, 1/485, Bulak, 1272; H. Zehini Əfəndi, Neməti İslam (Kitabı s-salat), sh. 453, İst., 1326; Haseneyn M. Mahluf, Fetavayı Şer'iyye, 1/242-243, Qahirə, 1391/1971.

İrfan Ucal

Din İşləri Ali Təşkilatı Üzvü

Bu yazı Aktual Dini Mövzular (Diyanət İşləri Başçılığı Nəşrləri, 399, Xalq Kitabları, 118 ISBN: 975-19-2085-X saylı, (Ankara 1999, s 37-51) kitabdan alınmışdır)



07-12-2009 10:11:16