Ana səhifə

Qəza namazı borcları neçə yaşından etibarən hesablanır?


YazdırSend to friend
Sual Detayı: 
Qəza namazı borcları neçə yaşından etibarən hesablanır?
Cavab: 

Bir namazı vaxtında qılmağa "əda", vaxtından sonra qılmağa isə qəza" dəyilir. Vaxtında qılınmayan namaza "faitə" dəyilir. Cəmi “fəvaitdir".

Namaz hər müsəlman üçün fərz olan bir borcdur. Aldığınız bir pulu zamanında ödəmək lazımdır. Ancaq gecikdirincə ayıb isə də yenə də ödəmək və üzr istəmək lazım olacaq. Bunun kimi namaz borclarımızı zamanında ödəmək lazımdır. Ancaq bəzi səbəblərlə gecikmişsə onun üçün Allahdan üzr istəyib qalan borc namazlarımızı ödəməmiz lazımdır. Namaz borcu ancaq namaz qılmaqla ödənər. Onun başqa bir şəkli yoxdur.

İnsanların xeyir ilə şəri, haqq ilə nahaqqı ayırd edə bilmələri yetkin olduqdan sonra mümkün olduğundan, Rəbbimiz məhşərdə dünya həyatımızın uşaqlıq dövründən hesab soruşmamaqda, ancaq yetkin olduqdan sonrakı günlərimizdən başlayaraq namaz, oruc kimi ibadət mükəlləfiyyətlərimizi sual etməkdə, beləcə dini mükəlləfiyyətlərimiz yetkinlik çağından sonra başlamış olmaqdadır.

- Yetkinlik zamanı tarix olaraq qəti deyil. Oğlan (12), qız (9) yaşından başlayaraq, (15) yaşlarına çatana qədər keçən hər ay və gündə yetkinliyə çatma hissi təşəkkül edə bilər. Oğlanda ihtilam olma, qızda isə ay halı görmə şəklində özünü göstərən bu bəşəri və cinsi hissin başladığı gündən etibarən mükəlləfiyyətlərin hər biri ayrı-ayrı əməl dəftərinə ya "yerinə yetirdi", ya da "yetirmədi" şəklində yazılar.

Bu mövzuda faydalı olacaq bəzi məlumatlar verək.

 1- Əgər həddi-buluq çağı qəti olaraq bilinmirsə oğlanlar üçün 12 ili, qadınlar isə 9 ili çıxararaq qalan illərdə namaz qılmayan bütün vaxtlar hesab edilib yazılar.

2- Qəza namazlarınızı hər namazda bir namaz qəzası edərək edə bilərsiniz. Beləcə həm nəfsinizə çətin gəlməz həm də hesabı asan olar.

3- Bu şəkildə Allah sizə ömür verdikcə bütün borclarınızı ödəyəcəyinizə niyyət etsəniz və buna başlasanız, sonra Allah sizi borclarınızı bitirmədən hüzuruna alsa inşaAllah bu niyyətinizdən ötəri onları etmisiniz kimi olarsınız. Çünki həyatda qalsaydınız onsuz da ödəməyə başlamış və davam edəcəkdiniz. Allah fürsəti verəcək bir həyat nəsib etsin.



06-01-2010 12:13:17

Düğüme özel