Ana səhifə

Qəza namazı nə zaman və neçə qılınır?


YazdırSend to friend
Sual Detayı: 
Salam.Mən namaz qilmağa yeni başlamışam ve istəyirəm ki,15 yaşından indiki yaşıma qədər qılmadığım namazların qəzasını qılım.Qəza namazının niyyəti necə edilir?Qəza namazı borcu olan insanın sünnət namazları qılması lazımdırmı?Niyə sabah və İkindi namazından sonra qəza namazı qılmaq yaxşı hal hesab olunmur?
Cavab: 

Fərz bir namazı vaxtında qılmağa əda, vaxtı keçdikdən sonra qılmağa qəza, pozulan bir namazı təkrar qılmağa  da qaytarma deyilir.

Bir namaz ya bilə-bilə əzələdən qılınmayıb qəzaya buraxılar və ya bir üzrdən ötəri qəzaya qalar. Bir vaxt namazı qəsdən olaraq qılmayıb qəzaya buraxmaq böyük bir günahdır. Belə bir hərəkətdən uzaq durulmalıdır. Bu növ bir xətanın işlənməsi vəziyyətində bir an əvvəl qəza edilməli, borcdan xilas olmalıdır. Çünki ölümün nə vaxt gəlib çatacağı müəyyən olmaz. Ölüm gəlib də hazırlıqsız tutsa axirətə borclu olaraq gedilmiş olar.  

Bu şəkildə qılınmayan bir namaz hər nə qədər qəza edilməklə borcdan xilas olunmuş olunsa da, işlənən günah üçün ayrıca tövbə istiğfar edib, Allah`dan əfv diləmək lazımdır. Bunun üçün həm qəza, həm də tövbə edilməlidir. Unutmaq, yuxu və ya məşru bir üzrdən dolayı vaxtında qılına bilinməyən namazlar da xatırlandığı və ya məşru üzr keçdikdən sonra çox vaxt keçirmədən qəza edilməlidir.

Bəzi üzrlər vardır ki, bu hallarda qılınmayan namazlar daha sonra qəza edilməzlər. Qadınların adət və zahılıq halı, beş vaxt davam edən epilepsiya (özündən getmə xəstəliyinin bir növü) və ya dəlilik halı bu növ özürlerdendir. Onsuz da adət görən və lohusa olan qadının namaz qılması caiz olmayıb haramdır.

Vaxtı içində qılınmayan beş vaxt namazın qəzası fərz, vitr namazının qəzası vacib, sünnənin qəzası da sünnədir. Qəzası sünnət olan, ancaq səhər namazının sünnəsidir. Günün səhər namazı qəzaya qalmış isə günortaya qədər qılınınca fərziylə birlikdə sünnəsi də qəza edilər. Günortadan sonraya qalınca sünnə qılınmaz, yalnız fərz qəza edilər.   Zamanında qılına bilməyən bəzi vaxt sünnələri də daha sonra qılınaraq qəza edilər. Məsələn, camaata çatmaq üçün günorta namazının ilk sünnəti kılınamadığı təqdirdə, fərzi qılıb iki rükət sünnədən sonra ayrıca qılınır. Cümə namazının ilk sünnəti xütbədən əvvəl kılınamadığı zaman, yenə Cümənin iki rükət fərzindən sonra qəza edilərək qılınar, iki rükət qılınaraq yarıda buraxılan günortanın və cümənin ilk sünnəti eynilə bu şəkildə dörd rükət olaraq qəza edilər. Bu sünnələrin xaricindəki digər vaxt namazlarının sünnələri kılınmadıkları zamanlar qəza edilməzlər. Məsələn əsr və işa namazının sünnətləri fərzdən əvvəl kılınmadıkları zaman daha sonra kılınmazlar.

Qəza namazları, nə şəkildə qəzaya qalmış isə eyni şəkildə ediləcək. Səhər 2, günorta 4, ilkindi 4, axşam 3, şam 4 və vitr 3 rükət olaraq qəza edilər.  

Hər namaz üçün müəyyən bir zaman və ya məkan təyin edilməz. Yəni ilkindi namazının qəzası ilkindi vaxtında qılınar deyə bir məhdudiyyət yoxdur. İstənildiyi zaman qılına bilər. Qəza namazını qılarkən ilkindi namazının şamdan əvvəl və ya günortanın səhərdən sonra qılınması lazımdır kimi bir şərt də yoxdur.  

Lakin kerahet dediyimiz zamanlarda kılınmamasına diqqət edilir. Bu vaxtlar də günəş doğulduqdan 45 dəqiqə sonraya, Günəş batmadan 45 dəqiqə. əvvələ qədər və Günəş tam təpədə olduğu zaman (günortaya 30 dəqiq. qalmış) namaz qılınması xoş görülməmişdir. Bunların xaricindəki bütün zamanlarda qəza namazı kılnabilir.  

Qəza namazları necə qılınır?

Vaxtında qıla bilməyib, qəzaya qalan namazları altı vaxta çatan və ya daha çox olan bir kimsə qəza namazları arasında bir sıranı gözləmədiyi kimi, qəza namazları ilə vaxt namazları arasında da bir sıra təqibi etməz. Namaz qılmanın məkruh olduğu üç kerahet vaxtının xaricində istədiyi və uyğun olduğu hər zaman qıla bilər. Çünki qəza namazları üçün müəyyən bir vaxt yoxdur. Məsələn, vaxtında qılınamamış olan bir əsr namazı işadan sonra, bir şam namazı da günortadan sonra qılına bilər.   Qəza namazlarını qılarkən vaxtı təyin etməyə ehtiyac yoxdur. Bu çox çətin olacağından asan olanı etmək daha uyğundur. Bir qəza namazı belə niyyət edilərək qılınar:  

Məsələn: "Niyyət etdim Allah rizası üçün, vaxtında qıla bilmədiyim ilk günorta namazını" yaxud "son günorta namazını qılmağa." Beləcə qəzaya qalmış olan namazlar, ya ilk qəzaya qalmış olanından başlanmış olar və ya ən son qəzaya qalmış olanından başlanmış olar ki, hər iki halda da müəyyən bir nizama görə keçmiş namazlar qılınaraq azalmış olar.  

Daha asan olması baxımından "Üzərimdə olan bir günorta və ya ilkindi namazını qəza edirəm" şəklində niyyət etmək də kifayətdir.   Bir vaxtın namazı qəza ediləcəyi zaman əvvəl bir azan oxunar, sonra iqamət gətirilərək qılınar. Birdən çox qəza namazı qılınacağı zaman da hamısı üçün bir azan kifayyət edərkən, hər fərz namazı üçün ayrı-ayrı iqamət gətirmək sünnədir.  

Qəzaya qalmış olan namazların neçə vaxt olduğunu qəti olaraq bilməyən kimsə, təxmininə görə hərəkət edər. Ədəd baxımından tam bir təxmin edə bilmirsə, üzərində qəza namazı qalmadığı qənaətinə çatana qədər qılar.

Eyni namazları qəzaya qalmış olanlar bu namazı camaatla qıla bilərlər. Lakin fərqli fərqli namazları qılmaq istəyənlər tək bir camaat ola bilməzlər; ayrı-ayrı qılmaları lazımdır. Qəza namazlarını, mümkünsə evdə qılmağı seçməlidir. Əgər bu namazlar bəhanəsiz olaraq qəzaya buraxılmışsa bir günah sayılacağından bunu nümayiş etmək uyğun olmaz.

(Məmməd Paksu) (Mütərcim: Fərid İsrafilov)



25-07-2013 01:45:30