Ana səhifə

Qəza namazları necə qılınır?


YazdırSend to friend
Sual Detayı: 
Qəza namazları necə qılınır?
Cavab: 

   Fərz bir namazı vaxtında etməyə əda, vaxtı keçdikdən sonra etməyə qəza, pozulan bir namazı təkrar etməyə də qaytarma deyilir.

    Bir namaz ya bilə-bilə əzələdən qılınmayıb qəzaya buraxılar və ya bir üzrdən ötəri qəzaya qalar. Bir namazı qəsdən olaraq qılmayıb qəzaya buraxmaq böyük bir günahdır. Belə bir hərəkətdən uzaq dayanmalıdır. Bu növ bir səhvin işlənməsi vəziyyətində bir an əvvəl qəza edilməli, borcdan xilas olmalıdır. Çünki ölümün nə vaxt gəlib çatacağı müəyyən olmaz. Ölüm gəlib də hazırlıqsız tutsa axirətə borclu olaraq gedilmiş olar.

   Bu şəkildə qılınmayan bir namaz hər nə qədər qəza edilməklə borcdan xilas olunmuş olunsa da, işlənən günah üçün ayrıca tövbə istiğfar edib, Allahdan əfv diləmək lazımdır. Bunun üçün həm qəza, həm də tövbə edilməlidir.

   Unutmaq, yuxu və ya məşru bir səbəbdən ötəri vaxtında qılına bilməyən namazlar da xatırlandığı və ya qanuni üzr keçdikdən sonra çox vaxt keçirmədən qəza edilməlidir.

Bəzi üzrlər vardır ki, bu hallarda qılınmayan namazlar daha sonra qəza edilməzlər. Qadınların adət və lohusalık halı. Onsuz da adət görən və lohusa olan qadının namaz qılması caiz olmayıb haramdır.

Vaxtı içində qılınmayan beş vaxt namazın qəzası fərz, vitr namazının qəzası vacib, sünnənin qəzası da sünnədir. Qəzası sünnət olan, tək səhər namazının sünnəsidir. Günün səhər namazı qəzaya qalmış isə günortaya qədər qılınınca fərziylə birlikdə sünnəsi də qəza edilər. Günortadan sonraya qalınca sünnə qılınmaz, yalnız fərz qəza edilər.

Qəza namazları, nə şəkildə qəzaya qalmış isə eyni şəkildə qılınacaq.

Səhər 2, günorta 4, ilkindi 4, axşam 3, şam 4 və vitr 3 rükət olaraq qəza edilər.

Hər namaz üçün müəyyən bir zaman və ya məkan təyin edilməz(altı vaxt namazı qəzaya qalanlara aiddir). Yəni ilkindi namazının qəzası ilkindi vaxtında qılınar deyə bir sərhəd yoxdur. İstədiyiniz zamanda qılına bilər. Qəza namazını edərkən ilkindi namazının şamdan əvvəl və ya günortanın səhərdən sonra qılınması lazımdır kimi bir şərtdə yoxdur.

 

Qəza namazları necə qılınar?

Qəza namazlarını qılarkən vaxtı təyin etməyə ehtiyac yoxdur. Bu çox çətin olacağından asan olanı etmək daha uyğundur. Bir qəza namazı belə niyyət edilərək qılınar:

Məsələn: "Niyyət etdim Allah rizası üçün, vaxtında qıla bilmədiyim ilk günorta namazını" yaxud "son günorta namazını qılmağa." Beləcə qəzaya qalmış olan namazlar, ya ilk qəzaya qalmış olanından başlanmış olar və ya ən son qəzaya qalmış olanından başlanmış olar ki, hər iki halda da müəyyən bir nizama görə keçmiş namazlar qılınaraq azalmış olar.

Daha asan olması baxımından "Üzərimdə olan bir günorta və ya ilkindi namazını qəza edirəm" şəklində niyyət etmək də kifayətdir.

Bir vaxtın namazı qəza ediləcəyi zaman əvvəl bir azan oxunar, sonra iqamət gətirilərək qılınar. Birdən çox qəza namazı qılınacağı zaman da hamısı üçün bir azan kifayyət edərkən, hər fərz namazı üçün ayrı-ayrı iqamət gətirmək sünnədir.

Qəzaya qalmış olan namazların neçə vaxt olduğunu qəti olaraq bilməyən kimsə, təxmininə görə hərəkət edər. Ədəd baxımından tam bir təxmin edə bilmirsə, üzərində qəza namazı qalmadığı qənaətinə çatana qədər edər.

Eyni namazları qəzaya qalmış olanlar bu namazı camaatla edə bilərlər. Lakin fərqli fərqli namazları etməyə qalxanlar tək bir camaat ola bilməzlər; ayrı-ayrı etmələri lazımdır.

Qəza namazlarını, mümkünsə evdə qılmağı seçməlidir. Əgər bu namazlar bəhanəsiz olaraq qəzaya buraxılmışsa bir günah sayılacağından bunu nümayiş etmək uyğun olmaz.  (Məmməd Paksu)



16-03-2010 10:03:54

Düğüme özel