Qəza və vaxt namazları arasındakı tərtib necə olmalıdır?


Və aleykum Salam.
Bir namazı vaxtında qıla bilməyən şəxs həmin namazı qılmaqda olduğu vaxt namazından öncə qılar. Əgər günorta namazı qəzaya qalıbsa və qəzaya qalmış namaz sayı altını keçməyibsə, onda əvvəlcə günortanın qəzası qılınar sonra isə ikindi namazı əda edilər. Əgər namaz qılan şəxs qəza namazını qılıncaya qədər ikindi namazının çıxacağından qorxursa, onda öncə ikindi namazını qılar, sonra da qəzaya qalmış günorta namazını qılar. Digər namazlar da belədir.
Əgər bir neçə vaxt namazınız qəzaya qalmışsa, onda onları növbə ilə qəza etmək lazımdır. Ancaq keçmiş namazlar altı vaxt və ya daha çoxdursa, o vaxt namazları növbə ilə qılmağa lüzum yoxdur.
Üzərində qəzaya qalmış namaz borcu olmayan və ya qəzaya qalmış namazlarının cəmialtı vaxtı keçməmiş olan kimsəyə "tərtib sahibi" deyilir. Altı vaxt namazı qəzaya qaldığı təqdirdə tərtib sahibi olmaqdan çıxar, qəza namazları arasında və ya qəza namazlarıyla vaxt namazları arasında sıraya əməl olunması lazım deyil. Tərtib sahibinin qəza namazı ilə vaxt namazları arasında sıranı gözləməsi lazımdır. Tərtib sahibi olmayan kimsə qəzaya qalan namazını qılmadan digər namazlarını qıla bilər.
Tərtib sahibi olan bir adam bir fərz namazını və ya Əbu Hənîfə'yə görə vacib olan vitr namazını üzrsüz olaraq və ya aybaşı və nifas xaricində bir üzrlə vaxtında qılmamış olsa bu namazı ilk vaxt (fərz) namazından əvvəl qəza etməsi lazımdır. Çünki gərək qəza namazları arasında və gərək bunlarla vaxt namazları arasında sıranı gözləməsi şərtdir.
Qəzaya qalmış namazlar birdən çox olub da müddət, bunlardan yalnız bir qisimi ilə vaxt namazları qılmağa əlverişli olsa sıraya tabe olmaq lazım deyil.
Bir kimsənin vitr namazından başqa altı vaxtdan çox və ya altı vaxt namazı qəzaya qalmış olsa bunları qəza etmədən vaxt namazlarını qıla bilər, çünki qəza namazları vitrdən başqa altı vaxt olunca çox, altı vaxtdan nöqsan olunca az sayılır.
Düğüme özel
- Qəza namazları necə qılınır?
- Qəza namazları necə qılınır?
- Qəza namazına necə niyyət edilir? Neçə vaxt namazım qəzaya qalmış bilmirəmsə nə etməm lazımdır ?
- Yeni Müsəlman olan və ya dindən çıxıb təkrar dinə dönən mürtəd, qılmadığı namazları qəza edər mi? Peyğəmbərimiz bir hədisində "İslam, əvvəlkiləri təmizləyər, silər süpürər." buyurur. Buna əsaslanaraq bir müsəlman əvvəldən qılmadığı namazlarını qəza etməsə
- Ana-ata fasiq və günahkardırsa onlara itaət necə olmalıdır? Ana və ataya itaətdə sərhəd nə olmalıdır?
Üzv olmaq istəyirsinizsə Bura basın.
Əgər üzv deyilsinizsə Bura basın.