Ana səhifə

Qadının ərinə səcdə etməsi haqqında məlumat verərsiniz?


YazdırSend to friend
Sual Detayı: 
Qadının ərinə səcdə etməsi haqqında məlumat verərsiniz?
Cavab: 

Səcdə hədisinə uydurma demək mümkün deyil; həm mötəbər qaynaqlarda rəvayət edilmişdir həm də mətnində bir şikəstlik yoxdur. İraq tərəflərinə gedib gələn bir səhabə orada insanların, hörmət göstərmək üçün üst idarəçilərə səcdə etdiklərini görmüş, Hz. Peyğəmbərin (s.ə.s.) buna onlardan daha layiq olduğunu düşünmüş, dönüncə bu düşüncəsini Peyğəmbərimizə açmışdı, belə buyurdular:

- Mən vəfat etdikdən sonra qəbirimin yanından keçərsənsə ona səcdə edərsən?

- Xeyr.

- Elə isə (yaşayarkən də ölümlü olduğu bilinən insanlara) səcdə etməyin. Əgər bir kimsəyə səcdə edilməsini əmr edəcək olsaydım, Allah, qadınlara qarşı kişiyə bir haqq verdiyi üçün ona səcdə etmələrini əmr edərdim. (Əbu Davud, Nikah, 40; Şərhi Avnu'l-Ma'bud, 6/177; Tirmizi, Rada', 10)

 

Mətndən də aydın olacağı üzrə hədisin əsl mövzusu Allahdan başqasına (fani, yaradılmış varlıqlara) səcdə edilə bilməyəcəyi ilə əlaqədardır. Bu münasibətlə Peyğəmbərimiz, qadınların üzərlərindəki ər haqqının da əhəmiyyətinə vurğu etmişdir. Başqa ayə və hədislərdə də ərin üzərindəki qadın haqqı izah edilmişdir.

 

Kişilərin haqqı, bir dərəcəlik üstünlüyü "ailə rəisliyi" ilə əlaqədardır. Ər həm ailənin dolanışığını təmin etdiyi, həm də ailəni təmsil, qoruma və idarə etmə baxımından daha uyğun olduğu üçün ailənin rəisi olması uyğun hesab edilmişdir.



22-02-2010 06:04:21

Düğüme özel