Ana səhifə

Qadının məhrəmi kimlərdir və kimlərin yanında örtünməlidir?


YazdırSend to friend
Sual Detayı: 
salam nece yasda oglandan hicab saxlamaq lazimdir,qaynimin oglu 13yasdadi men ondan hicab saxlamaliyam,evvelceden cox sag olun
Cavab: 

Örtünməniz və çəkinməniz daha uyğun olar.

Örtünmənin məqsədi başqasının baxışlarından qorunmaq və iffəti məşrü olmayan cinsi istəklərdən çəkindirməkdir. Kişilərin gözlərini çəkinməsi, qadınların iffətini qorumaq üçündür. Ayədə belə buyurulur:

"Mü`min kişilərə de ki, gözlərini (harama baxmaqdan) çevirsinlər və ayıb yerlərini qorusunlar. Bu onlar üçün daha təmizdir." (Nur, 24/30).

Qadınların örtünməsi barəsində də belə buyurular:

"Mömin qadınlara da de ki, gözlərini (harama baxmaqdan) çevirsinlər və ayıb yerlərini qorusunlar. Öz-özlüyündə görünənlər xaricində zinətlərini göstərməsinlər. Baş örtüklərini yaxalarının üstünə çəksinlər. Zinətlərini, (bunlardan) başqasına göstərməsinlər; Ərləri, yaxud öz ataları, yaxud ərlərinin ataları, yaxud öz oğulları, yaxud ərlərinin oğulları, yaxud öz qardaşları, yaxud qardaşlarının oğulları, yaxud bacılarının oğulları, yaxud öz qadınları yaxud sahib olduqları (cariyələr), yaxud kişiliyi qalmamış xidmətçilər, yaxud qadınların məhrəm yerlərini anlamayan uşaqlar. Ayaqlarını da vurmasınlar gizlətdikləri zinət şeylərini (xalxallarını) göstərmək üçün! Ey möminlər! Hamılıqla Allaha tövbə edin ki, nicat tapasınız! " (Nûr, 24/31).

Qadınların üzləriylə əllərindən başqa, sallanan saçları da daxil olmaqla bütün bədənləri övrətdir. Üzləriylə əlləri isə bir fitnə qorxusu olmadığı təqdirdə namazda da namaz xaricində də övrət deyil. Sağlam görüşə görə, ayaqlar da övrət sayılmaz. Çünki ayaqlarla yol gedilir və yoxsullar üçün bunları örtmək çətinliyi var. Yenə sağlam görüşə görə, qadınların qolları ilə qulaqları və sallanmış saçları da örtülməlidir.

"Qadınlar öz-özlüyündə görünən yerlər xaricində, zinətlərini göstərməsinlər ..." (Nur, 24/31)

ayəsində nəzərdə tutulan, zinətlərin taxıldığı yerlər olub, əllər və üz bundan müstəsnadır. Hədisdə belə buyurulur:

"Qadın örtülməsi lazım olan övrətdir. Çölə çıxdığı zaman şeytan ona gözünü tikər." (Tirmizi, Rada, 18).

Hz. Âişə (R.anha) dan nəql edilən;

"Allah Təâlâ yetkinlik çağına çatan qadının namazını başörtüsüz qəbul etməz." (İbn Macə, Tahare, 132; Tirmizî, Salât, 160) hədisi saçları da əhatəsinə alır, ehtiva edir.

Qadının Açıq Olaraq Yanına çıxa biləcəyi Kimseler:

Qur'an-ı Kərim, qadınların yanlarında zinətlərini aça biləcəkləri ərlərinin xaricindəki məhrəm kişiləri ümumi hökmdən istisna edərək tək-tək saymışdır. Bundakı hikmət də qadınların ayədə ifadə olunan kəslərlə davamlı bir arada olmaları zərurətidir. Bu kişilər qadınla qohumluq səbəbi ilə bir yerdə yaşamaqdadırlar və bir fitnə oyanması da mümkün deyil.

Qadının məhrəmləri bunlardır:

1.Ər. Ərin öz xanımının bütün bədəninə baxması mübahdır. Ayədə istisna edilən üzv xaricindəki bütün üzvlərindən də istifadə edə bilər ...

Qurtubi belə deyər:

«Qadının əri və cariyənin əfəndisi onun bütün  vücuduna baxa biləcəyi kimi, bir istisna xaricində bütün üzvlərindən də istifadə edə bilər. Bunun üçün də Allah Təala qadının qarşısında zinətlərini aça biləcəyi kişilərin sayılmasına ər ilə başlamışdır. »(1)

2.Ata və babalar. Qadının ana və ata tərəfindən babalarının hökmü eynidir ...

3. Ərin atası.

4. Qadının öz oğulları, oğulluqları və nəvələri.

5. Qadının qardaşları. Bunlar istər ana ata bir qardaşları olsun, istər tək ana və ya atadan qardaşı olsun fərqi yoxdur.

6. Qardaşlarının oğulları.

Sayılanların hamısı qadının məhrəmidir. Bunların qarşısında zinətlərini açmaları mübahdır.

Allah Təala bu ayədə əmi dayılara aid hökmü bəyan etməmişdir. Bütün fəkihlərə görə əmi və dayıların hökmləri də məhrəmiyyət baxımından yaxınlıq dərəcələri sayılan kəslərlə eynidir. Əmi və dayılar ata hökmündə olduğu üçün ayədə ayrıca sayılmamışdır. Çünki çox zaman əmiyə də ata deyilməkdədir. Necə ki, Allah Təala, Yaqub aleyhisselamın sualına qarşılıq oğullarının belə dediklərini bildirməkdədir;

«Sənin Tanrı'na və ataların İbrahim'in, İsmail'in, İshaqın bir tək Tanrı olan Allah`ına ibadət edəcəyik.» (Bəqərə, 2/133)

Bilindiyi kimi İsmail əleyhissalam, Yaqub aleyhisselamın atası deyil, əmisidir. Lakin əmi, ata hökmündə olduğu üçün ayədə ata olaraq zikr edilmişdir.

Ayədə sayılan nəsəb yoluyla qohum kişilər qadının məhrəmi olduğu kimi, süd yoluyla olan eyni qohumlar da qadının məhrəmləridirlər. Çünki Rəsulullah (sallallahu aleyhi və səlləm),

«Evlənməsi nəsəbən haram olan qadınlar, süd yoluyla da haramdır.» buyurmuşdur.

Sayılan şəxslərdən başqa qadınların cariyələri, qadına ehtiyac duymayan xidmətçiləri və qadınların məhrəm yerlərini hələ anlamayan uşaqların hökmlərini də ayrı-ayrı açıqlayacağıq.

Müsəlman Bir Qadının Kafir Bir Qadına Qarşı Övrəti:

Fəqihlər bu barədə ixtilaf etmişlər. Bəzi alimlərə görə ayədəki "öz qadınları" ifadəsindən məqsəd «Müsəlman qadınlar» dır. Sələfin əksəriyyətinin fikri də budur. (2)

Qurtubi belə deyər: 

«Ayətdəki, «öz qadınları» ifadəsindən məqsəd, "müsəlman qadınlar "adır, elə isə mömin bir qadının müşrik və zimmi bir kafir qadın qarşısında bədəninin heç bir yerini açması halal deyil. Ancak cariyələrinin hökmü müstəsnadır. "

«Bəzi alimlərə görə xristian bir qadının müsəlman bir qadını öpməsi və ya Müsəlman bir qadının müşrik bir qadına qarşı olan övrət yerlərinin xaricindəki yerlərini göstərməsi məkruhdur. Çünki Hz. Ömər, Suriya valisi Əbu Ubeydə bin Cərrah (ra) 'a yazdığı məktubda, “Mənə gələn xəbərlərə görə Müsəlman qadınlarla zimmi qadınlar eyni hamamda birlikdə yuyunurlar. Buna mane ol. Çünki zimmi bir qadının bir müsəlman qadını çılpaq olaraq görməsi caiz deyil.” demişdir. Bu məktubu alan Əbu Ubeydə (ra), xalqı toplayaraq, «Hansı qadın üzrsüz olaraq sırf təmizlənmək üçün zimmi qadınlarla hamama gedərsə, Allah (cc) Müsəlmanların üzünü ağartdığı gün o qadının üzünü qaraldır.» demişdir. »(Qurtubi, age, XII / 233)

İbni Abbas (ra) da belə deyir:

«Müsəlman qadınların yəhudi və ya xristian qadınlara bədənlərini göstərmələri haramdır. Çünki onlar müsəlman qadınların vəsflərini (xüsusiyyətlərini) gedib ərlərinə və kişilərinə izah edərlər. »(Qurtubi, a.y.)

Bəzi alimlərə görə ayədəki "öz qadınlarından məqsəd, Müsəlman və ya zimmi bütün qadınlardır." Alusi də Fəxrəddin Razi`dən nəqlən, “Qadınlardan məqsəd müsəlman və ya kafir bütün kadınlardı deməkdədir. Alusi, Fəxrəddin Razinin sələfdən belə nəql etdiyini zikr edər:« Qadınlardan məqsəd müsəlman qadınlardır. Buna görə müsəlman olmayan qadınlar qarşısında müsəlman qadının naməhrəm kişilər qarşısında olduğu kimi örtünməsi lazımdır.» fikiri, bu örtünmənin fərz deyil sünnət olduğu şəklində başa düşülür.” (5)

Mevdudi, bu məsələ haqqında bunları yazmaqdadır:

"Allah Təala, «qadınlar» yerinə, «öz qadınları» təbirini istifadə etmişdir. Əgər mütləq ifadə ilə «qadınlar» desəydi, Müsəlman qadınların, qadının qadına qarşı övrəti sayılan yerlər xaricindəki yerlərini, istər mömin istər kafir, istər salehə, istər fasiqə olsun bütün qadınlara göstərmələri halal olardı. Halbuki Allah Təala ayədə «öz qadınları» təbirini istifadə etmişdir. Bu şəkildə müsəlman azad qadınlara zinətlərini açmaları barəsində bir sərhəd qoyulmuşdur. "

"Məhz bu xüsusi sərhəddin nə olduğu barəsində təfsirçilər və fəqihlər arasında ixtilaf vardır. Bəzi alimlərə görə, «öz qadınları» təbiri təkcə müsəlman qadınları ifadə edir. Bu, İbni Abbas (ra), Mucahid (ra) və İbni Cərir (ra) 'nin görüşüdür. Bunlar fikirlərini Hz. Ömər`in Əbu Ubeydə (ra) 'yə yazdığı məktuba dayandırmaqdadırlar. "

"Digər bir tərifə görə öz qadınlarından məqsəd bütün qadınlardır. Fəxrəddin Razi`yə görə bu ən sağlam(doğru) fikirdir."

"Bir başqa tərifə görə isə «öz qadınlarından məqsəd, onlarla tanış olan, danışan və iş görən qadınlardır. Bu qadınların müsəlman olmaları ilə olmamaları arasında hökm baxımından heç bir fərq yoxdur. Ayədəki «öz qadınları» ifadəsi xaricində qalan qadınlar tanınmayan, xasiyyəti və adətləri bilinməyən qadınlardır. Din ixtilafı bəhs mövzusu deyil. Elə isə müsəlman bir qadının tanıdığı iffətli, namuslu, gözəl əxlaqlı bir xristian qadına qarşı zinətlərini açmasında bir zərər yoxdur. Lakin həya pərdəsi cırılmış, əxlaqına və tərbiyəsinə güvənilməyən, yad kişilərə qarşı çox yaxın,səmimi davranan qadınlara qarşı isə (istərsə müsəlman olsunlar) Müsəlman bir qadının zinətlərini örtməsi fərzdir. Çünki belə qadınların zərəri kişilərdən daha az deyil. »(Məvdudi, Nur Surəsi Təfsiri'ndən özətlə._

Məvdudi`nin zikr etdiyi üçüncü görüş daha məntiqli və daha sağlamdır. Müsəlman qadınlar bu fikir istiqamətində hərəkət etsələr əxlaqlarını daha yaxşı qoruyarlar, bugünkü Qərb təqlidçisi qadınların şər və zərərlərindən özlərini qurtararlar.

Ayədəki qadın ehtiyacı olmayan kişilər kimlərdir?

Ayəti Kərimə, qadına ehtiyacı olmayan kişiləri kişilik hökmündən istisna etmişdir. Qadınlığın nə demək olduğunu bilməyən və qadına qarşı hər hansı bir arzusu olmayan ağılsız deyiləcək qədər xəstə kişilər qarşısında qadınların zinətlərini açmasında bir günah yoxdur. Çünki bunlar qadınlara pis bir gözlə baxmazlar. Biz burada ayədən səhih bir məna çıxarılması və ayədə nəzərdə tutulanın nə olduğunun ortaya çıxması üçün bəzi səhabə, tabiin və təfsirçilərin bu ayətin tefsiri xüsusundakı fikirlərini nəql edəcəyik.

İbni Abbas (ra) 'a görə, ayədəki «kişilərdən yana ehtiyacı olmayan» kişilərdən məqsəd, qadına heç ehtiyac duymayan kişilərdir.

Qatadə (ra) 'yə görə yalnız qarnını doyurmaq üçün evə gələn kişilərdir.

Mücahid (ra) 'ə görə mədəsindən başqa heç bir şey düşünməyən və qadının nə demək olduğunu bilməyən kişilərdir.

Bu barədə daha çox fikir vardır. Bunların hamısı, ayədəki «kişilərdən yana ehtiyacı olmayanlar» ın ya kişilik gücünü itirmiş kəslər və ya cinsiyyət mövzusunda heç bir şey bilməyən axmaq kişilər olduğunu ifadə edər.

Buxari və digər mühəddislər Hz Aişə və Hz. Ümmü Sələmə`dən belə rəvayət edərlər:

«Bir hünsa Rəsulullah (sallallahu alehi və səlləm) 'ın xanımlarının yanına gedib gəlirdi. Onlar da onu qadına qarşı heç bir ehtiyacı olmayan bir kimsə hesab edərdilər. Rəsulullah (s.ə.v.) bir gün Ümmü Sələmə (r.anhüma) 'nin otağında hünsa ilə qardaşı Abdullah ibni Əbi Ümmiyyə (ra)' yi gördü. Hünsa, «Əgər Allah (cc), Taif`in fəthini nəsib etsə sən Gaylan'ın qızını al. Çünki o, dörd qadına bərabərdir.» dedi. Bunun üzərinə Rəsulullah (sallallahu aleyhi və səlləm), «Ey Allah (cc) ‘ın düşməni, sən o qadına çox baxmısan.» deyərək Ümmü Sələmə (r.anha)’ yə döndü və «Bu adam bundan sonra otağına daxil olmayacaq.» buyurdu. »

Qadınların Qarşısında Örtünməyəcəkləri Uşaqlar

Üləma, ayədəki «qadınların məhrəm yerlərini hələ anlamayan uşaqlar» ifadəsində ixtilaf etmişlər.

Bəzi alimlərə görə ayədəki uşaq hələ buluğa çatmayan uşaqlardır.

Digər bəzi alimlərə görə isə, uşaqlığından dolayı qadının gizli yerləri ilə gizil olmayan yerlərini bir-birindən ayırd etməyən uşaqlardır. Bu ikinci görüş daha səhihdir. Çünki ayədəki uşaqlardan məqsəd, şübhəsiz qadınların vücudu, rəftar və hərəkətləri barəsində cinsi bir şüura malik olmayan kiçik uşaqlardır. Qadınların gizli yerlərini anlamayan uşaq, hələ buluq çağına çatması belə, qadınların ona qarşı zinətlərini örtməsi daha uyğundur.



19-06-2014 02:23:53

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz